BDU-da Lütfi
Zadənin 100 illik yubley tədbiri
Bakı
Dövlət Universitetində (BDU) dünya şöhrətli
alim Lütfi Zadənin 100 illik yubleyinə həsr edilmiş
regional elmi konfrans keçirilib.
Konfransdan əvvəl
BDU kollektivi qeyri-səlis
çoxluqlar nəzəriyyəsi
və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin Fəxri Xiyabanda qəbirüstü abidəsini
ziyarət edib, məzarı önünə
əklil qoyub.
“Microsoft Teams”
platforması üzərindən
təşkil olunan konfransda BDU-nun və digər ali məktəblərin, eləcə də Türkiyə Respublikasının
bir sıra universitetlərindən olan
tədqiqatçı alimlərin
məruzələri dinlənilib.
Moderator, BDU-nun
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin
direktoru Mais Süleymanov nitqində yubileylə bağlı tədbirlər planı və bu günkü
konfrans haqqında məlumat verib. Lütfi Zadənin mühüm nəzəriyyələrinin
əhəmiyyəti və
onların hazırda elm və istehsalatda
geniş şəkildə
tətbiq olunduğunu
qeyd edib.
BDU-nun rektoru
Elçin Babayev dahi alim Lütfi
Zadənin həyatı
və elmi tədqiqatlarından bəhs
edərək onun elmi ideya və
nəzəriyyələri haqqında
məruzə ilə çıxış edib.
L.Zadənin zəngin elmi
fəaliyyətinin Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
də hər zaman yüksək qiymətləndirildiyini, Lütfi
Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Prezidentin 2021-ci
il 25 yanvar tarixli Sərəncamını
qeyd edib. Böyük alimin həm ölkəmizdə,
həm də dünya miqyasında öz layiqli qiymətini aldığını,
onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib.
Lütfi Zadənin nəzəriyyələrinin elm
və istehsalatda geniş şəkildə
tətbiq olunmasından,
elmdə inqilab hesab olunan qeyri-səlis
məntiq nəzəriyyəsinin
dünya elminə, texnologiyaya geniş nüfuz etməsindən bəhs edib. Alimin irəli sürdüyü
və inkişaf etdirdiyi nəzəriyyələrin
müxtəlif elm sahələrinin, süni intellekt sahəsində tədqiqatların inkişafına
böyük təkan verdiyini və bu nəzəriyyələrin
üstün intellektual
texnologiyalara güclü
təsir göstərərək
müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin
əsaslarının formalaşdırılmasında
mühüm rol oynadıqlarını vurğulayıb.
Rektor E.Babayev qeyd edib ki,
BDU-da məqsədilə
bakalavriat və magistratura pillələrində
Lütfi Zadənin elmi irsinin tədqiq
edilməsi buraxılış
və dissertasiya işlərinin tədqiqat
mövzusu kimi tədris planına əlavə ediləcək.
BDU-da, BDU-nun Qazax filialında, BDU nəzdində İqtisadiyyat
və Humanitar Kollecdə və “Gənc İstedadlar” liseyində tədbirlər,
ustad dərsləri təşkil ediləcək,
seminarlar, konfranslar keçiriləcək.
Ailə üzvləri
adından çıxış
edən Azərbaycanın
Respublikasının xalq
artisti, professor Cənnət Səlimova konfransın təşkilinə
görə BDU-ya və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib, xatirələrini bölüşüb.
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin kafedra müdiri, dosent Oqtay Babazadə çıxış edərək
rejissoru olduğu “Uzaq və yaxın
Lütfi Zadə” filminin çəkilişləri
və Lütfi Zadə ilə görüşləri haqqında
danışıb, xoş xatirələrindən
bəhs edib.
Konfransda BDU-nun baş
müəllimi Fuad Qurbanov, Qazi Universitetinin professoru Çetin Elmas, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun aparıcı
elmi işçisi Reyhan Şıxlinskaya, Türkiyə 9 Eylül Universitetinin professoru Efendi Nasiboğlu, Türkiyə Kocaeli Universitetinin professoru Çiğdem Gündüz,
BDU-nun professorları Əziz Məmmədov və Sədi Bayramov, Türkiyənin Qafqaz Universitetinin dosenti Taha Yasin
Öztürk, Mingəçevir
Dövlət Universitetinin
baş müəllimi
Möhübbət Əhmədovun
Lütfi Zadənin elmi tədqiqatları haqqında məruzələri
dinlənilib.
Sonda Lütfi
Zadəyə həsr olunmuş foto-təqdimat nümayiş etdirilib.
525-ciqəzet.-
2021.- 6 fevral.- S.7.