Özbəkistan səfiri Xalq yazıçısı Anarla
görüşdü
Özbəkistan səfiri Baxrom Aşrafxanov Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anarla
görüşüb.
525.az xəbər verir ki, Xalq
yazıçısı birliyin
fəaliyyəti ilə
bağlı səfirə
ətraflı məlumat
verib.
Bundan başqa,
AYB sədri Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrindən
söz açıb.
Səfir böyük özbək şairi, Nizami Gəncəvinin davamçılarından
olan Əlişir Nəvainin 580 illik yubiley tədbirləri ilə bağlı danışıb.
Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafı
üçün nəzərdə
tutulmuş yeni layihələrlə bağlı
məlumat verən
diplomat “Cahan ədəbiyyatı”nın bir sayının tamamilə Azərbaycan ədəbiyyatına
həsr ediləcəyini
bildirib.
Görüşdə Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı
Çingiz Abdullayev, Bədii tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri Səlim Babullaoğlu da iştirak ediblər.
Görüş zamanı geniş fikir mübadiləsi aparılıb və iki qardaş ölkənin ədəbi
qurumları arasında
memorandum imzalanması və
qarşılıqlı ədəbi
layihələr həyata
keçirilməsi qərara
alınıb.
525-ci qəzet.-
2021.- 6 fevral.- S.13.