Şərqşünaslıq İnstitutunda Elmi Şuranın iclası olub İnstitutun Qarabağ mövzusunda və "Nizami ili" çərçivəsində
həyata keçirəcəyi
işlər müzakirə
edilib
Şuranın
iclasında Şərqşünaslıq İnstitutunun alimlərinin
qarşısında duran vəzifələr, yeni plan işlərinin
mövzuları müzakirə olunub.
İclasa sədrlik edən
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən,
məqsədyönlü siyasət
nəticəsində ölkəmiz
iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər bütün
sahələrdə yüksək
inkişafa nail olub. Onun sözlərinə
görə, respublikamızın
sürətli iqtisadi inkişafı, dünya miqyasında qüdrətinin
artması, hərbi sahədə əldə edilən uğurlar bu gün Azərbaycan
elmi qarşısında
da ciddi vəzifələr qoyur. Akademik qeyd edib
ki, nəzərdə tutulan plan işlərində
Azərbaycanın mövqeyinin
dünya miqyasında möhkəmlənməsinə, dövlətimizin maraqlarına
xidmət edən mövzular öz əksini tapmalıdır.
Ötən ilin payızında
Azərbaycan Respublikasının
Prezidenti, Qalib Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi
altında ordumuzun 44 günlük müharibədə
qalib gələrək
torpaqlarımızın Ermənistan
tərəfindən işğalına
son qoyduğunu deyən G.Baxşəliyeva
bildirib ki, bu qələbə
bütövlükdə cəmiyyətimizin,
o cümlədən Azərbaycan
alimlərinin qarşısında
yeni böyük vəzifələr qoyur, yeni elmi-tədqiqat işlərinin planlarında
Qarabağ bölgəsinin
tarixi, mədəniyyəti,
folkloru, etnoqrafiyası
və s.-nin öyrənilməsi ilə
bağlı kompleks tədqiqatların yer almasını zəruri edir.
Şərqşünas alimlər də mövcud reallığı
nəzərə alaraq,
öz fəaliyyətlərini
bu yöndə qurmalı, tədqiqatlarını
prioritet istiqamətlərdə
aparmalıdırlar. Bununla əlaqədar
Şərqşünaslıq İnstitutunda alimlərin qarşısında qoyulan
əsas vəzifələr
müəyyənləşdirilib, Qarabağa dair mövzular qarşıdakı
illərdə əsas
prioritet istiqamətlərdən
biri kimi təyin edilib. İnstitutda aparılan elmi-tədqiqatları əhatə
edən problemlər sırasında “Qarabağ
şərqdilli mənbələrdə, elmi ədəbiyyatda və mətbuatda” yer alıb. Bu çərçivədə aparılacaq tədqiqatlar
“Ermənistan, Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi Şərq
ölkələri mətbuatında”
və “Qarabağın
tarixi və mədəniyyətinə aid
Şərq mənbələrinin
tərcüməsi və
tədqiqi” mövzuları
daxilində olacaq.
Qeyd edilən problem çərçivəsində
2021-2023-ci illər üçün
institutun 8 aliminin tədqiqat mövzusu müəyyənləşib. Qarşıdakı illərdə Şərqşünaslıq
İnstitutunda “Müasir
İran mətbuatında
Qarabağ məsələsinin
əksi”, “Qarabağ məsələsi Cümhuriyyət
parlamentində və
1918-1920-ci illər İngiltərə,
Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”,
“İranda Qarabağa dair araşdırmalar (1991-2021)”, “XIX əsr Qarabağ divan ədəbiyyatı (ənənə
və fərdiyyət
kontekstində)”, “Səməd
Sərdariniyanın “Qarabağ
tarixin gedişində”
adlı kitabının
fars dilindən tərcüməsi və Ön sözün yazılması”, “Qarabağın
maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)”
və digər əhəmiyyətli mövzular
üzərində iş
aparılacaq.
2021-ci ilin Azərbaycan
Prezidenti tərəfindən
“Nizami Gəncəvi ili” elan edilməsi
AMEA-da cari ildə diqqəti dahi şairin yaradıcılığına yönəldib.
G.Baxşəliyeva Şərqşünaslıq
İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair
tədqiqatların aparılacağını,
kitabların nəşr
ediləcəyini, konfrans,
elmi sessiya və seminarların keçiriləcəyini bildirib.
Bundan əlavə, institutda “Nizami Gəncəvi ili” problemi çərçivəsində
“Nizami Gəncəvi yaradıcılığı və
Şərq ədəbiyyatları
qarşılıqlı təsir
və əlaqə kontekstində” mövzusu üzrə bir sıra tədqiqatların
aparılacağını söyləyib.
Bu sırada şərqşünas
alimlərin “İranda
Nizamişünaslığın tarixşünaslığı”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii
irsinə münasibət”,
“Nizami yaradıcılığı
ümumbəşəri dəyərlər
kontekstində”, “Müasir
ərəb ədəbiyyatşünaslığında
Nizami Gəncəvi” və s. mövzularda araşdırmalar aparmaları, məqalələr hazırlamaları planlaşdırılır.
Cari ildə Şərqşünaslıq
İnstitutunda akademik Gövhər Baxşəliyevanın
“Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (16-18-ci əsrlər)”,
Pərvin Əsədullayevanın
“Nizami “Xəmsə”sində
zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri,
eləcə də f.ü.f.d. Aygün Əlizadə tərəfindən
edilən Nizami məktəbinin ardıcılı
Hatifinin “Həft mənzər” əsərinin
fars dilindən tərcüməsi nəşr
ediləcək. İran
alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət
toplunun hazırlanması
və nəşri də planlaşdırılır.
Eyni zamanda bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi
təsirin hüdudları”
mövzusunda beynəlxalq
konfrans, həmçinin
“Azərbaycan şərqşünaslarının
nizamişünaslığa töhfəsi" mövzusunda
elmi sessiya, eləcə də mütəmadi seminarlar keçiriləcək.
Daha sonra müəssisədə
2021-2025-ci illər üçün
nəzərdə tutulan
elmi-tədqiqat işlərinin
mövzuları müzakirə
edilərək təsdiqlənib.
İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, eləcə də tarix üzrə
fəlsəfə doktoru
Səməd Bayramzadə,
hüquq üzrə fəlsəfə doktoru
Rauf Qarayev, filologiya üzrə fəlsəfə
doktorları Səbinə
Səlimova, Vüqar Məmmədov və başqaları çıxış
edərək 2021-2025-ci illər
üçün nəzərdə
tutulan elmi-tədqiqat işlərinin, o cümlədən
Qarabağ və Nizami Gəncəvi ilə əlaqədar planlaşdırılan işlərin
əhəmiyyətini
vurğulayıb və
şərqşünas alimlərin
bu işlərin öhdəsindən layiqincə
gələcəklərinə əminliklərini ifadə
ediblər.
525-ci qazet.- 2021.- 6
fevral.-S.13.