Azərbaycan və İran Milli kitabxanalarının  əməkdaşlığı müzakirə olunub.

 

 

Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Milli Kitabxanada olub.

 

Qonaqları salamlayan kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb, son illərdə bu əlaqələrin zəiflədiyini bildirib. Qeyd edib ki, Azərbaycan İran milli kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac var.

 

Əli Purmərcan Milli Kitabxanada olmasından şad olduğunu ifadə edərək, iki ölkənin milli kitabxanaları arasında mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. QonaqNizami Gəncəvi İli”ndə dahi şair haqqında yeni kitabların nəşrinin, iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, N.GəncəvininXosrov Şirinəsəri fars dilində nəşr edilib. HəmçininYeddi gözələsəri bu yaxınlarda çapdan çıxacaq.

 

Kərim Tahirov qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin ölkəmizdəNizami Gəncəvi İlikimi qeyd olunmasının əhəmiyyətindən bəhs edən direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrəNizami ili”nin açılış tədbiri, sərgidə nümayiş olunan kitablar barədə məlumat verib. Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Milli Kitabxana Heydər Əliyev Fondunun onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi iləMilli-mənəvi dəyərlərimizin Vətənə qayıdışılayihəsi çərçivəsində dünyanın milli kitabxanalarında muzeylərində mühafizə edilən Azərbaycana aid əlyazmaların surətlərinin ölkəyə gətirilməsini həyata keçirir. Son iki ildə layihə çərçivəsində Türkiyədən, Pakistandan, Hindistandan digər ölkələrdən 58 əlyazmanın surətləri Milli Kitabxanaya gətirilib.

 

Görüşdə sözügedən layihə üzrə İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 

Kərim Tahirov həmçinin Azərbaycan İran milli kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Daha sonra Əli Purmərcan Nizami əsərlərinin səhnələşdirilməsinin Xəmsə”nin  yenidən işlənilib nəşr olunmasının vacibliyini vurğulayıb, habelə hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanmasına köməklik göstərəcəyini bildirib.

 

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.

 

 525-ci qəzet.- 2021.- 9 fevral.- S.9.