Müəllimlik - qaranlıqları aydınlığa
çıxaranların peşəsi
Dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf
mərhələlərində hansı dəyərlərin
əsas kimi qəbul ediləcəyini,
hansı yeni dəyərlərin yaranacağını
indidən demək çətindir.
Bir şey aydındır ki, müəllim və şagirdlər həmişə
olub. Qətiyyətlə demək olar
ki, müəllim yeganə dəyərdir ki, zamandan asılı
olmayaraq, daim var olacaq. Çünki insan, bilik və təcrübəsini
yeni nəsillərə
ötürməklə sivilizasiyanın
yüksək zirvəsinə
çata bilər.
Həmin
təcrübəni nəsillərə
ötürmək missiyası
isə müəllimin
üzərinə düşür,
müəllim qaranlığa
işıq saçan
yanar çıraqdır.
Müəllim peşəsini digərlərindən
fərqləndirən daha
bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən
öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarix yazan dahi
şəxsiyyətləri də
müəllim yetişdirib.
Müəllimlik yeganə peşədir
ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, on illər, yüz illər ötəcək,
cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq,
lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində
dayanacaq.
İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Bu sualın əsl müəllimlərin sayı
qədər cavabı
var. Lakin aydın olan odur ki,
həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər
və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl
müəllimlər üçün
başqa peşə olmur, onlar heç
bir zaman öz peşələrini
dəyişə bilmirlər.
ƏN
ŞƏRƏFLİ ZİRVƏ
Ən şərəfli peşə
sayılan müəllimliyi seçən
və bu adı şərəflə,
layiqincə daşıyan
müəllimlərdən biri
də Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Cavadovadır. A.Cavadova 1994-1998-ci illərdə
M.F.Axundov adına
Azərbaycan Pedaqoji Rus dili və
Ədəbiyyatı İnstitutunu
Qırmızı diplom
ilə bitirib. 1998-2000-ci illərdə isə Bakı Slavyan Universitetinin magistratura pilləsində
təhsil alaraq buranı fərqlənmə
diplomu ilə başa vurub.
2015-ci ildən pedaqoji fəaliyyətə başlayan
A.Cavadova paytaxtın 103 və 297 nömrəli məktəblərində müəllim
kimi çalışıb.
Hazırda isə 60 nömrəli
tam orta məktəbdə
fəaliyyətini davam
etdirir.
A.Cavadova
bir cox təlimlərdə,
həmçinin, Təhsil
Nazirliyinin təşkil
etdiyi "İbtidai təhsil səviyyəsində
dərs deyən müəllimlər üçün
Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu,
ehtiyat dərsliklərin
tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi",
"İnklyuziv sinifin
təşkili" və
"Microsoft Teams" təlimində iştirak edib.
ŞAGİRDLƏRİNİ
SEVƏN MÜƏLLİM
Pedaqoji fəaliyyətin
əsasını təşkil
edən həlledici amil şagirdləri və öz işini sevməkdir. A.Cavadova həm
peşəsini, həm
də şagirdlərini
çox sevən müəllimdir. Uşaqlara böyük
məhəbbətlə yanaşı,
daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək
səyləri, mənəvi
inkişaf bu müəllimin dəyərli
xüsusiyyətlərindəndir.
Müəllimin əlində digər peşə sahiblərindən
heç birində olmayan bir imkan
var. Həyatın dərk
edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək
və kamilləşmək.
No
description available.
A.Cavadova onun qarşısında ətrafdakı hadisələri
öyrənməyə çalışan
və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışıb-yanan
gözlərini müəllimə
dikən şagirdlərini
öz ölkəsinə
və millətinə
layiqli vətəndaşlar
kimi yetişdirir. O bilir ki, şagirdlərin gələcək həyatı,
fəaliyyəti, uğurları,
hətta taleyi də birbaşa müəllimdən asılıdır.
ŞAGİRDLƏRƏ
UĞUR QAZANMAĞIN SİRLƏRİNİ ÖYRƏTMƏK
A.Cavadova öz zəhmətinin bəhrəsini görəndə,
biləndə ki, şagirdlərinə biliklər
verməklə yanaşı,
onlarda yeni potensial aşkar edib, uşaqlarda özünəinam aşılayıb,
bu zaman böyük iftixar hissi keçirir. Sevinir ki,
Allah ona misilsiz bir hədiyyə edib və o, Müəllim olub.
Müəllimin sözlərinə görə,
indi o, daha çox bələdçi
rolunu oynayır, şagirdlərini müxtəlif
mənbələrdən müstəqil
şəkildə biliklər
əldə etməyə
istiqamətləndirərək onlara yol göstərir. Bir sözlə,
onlara elmlə uğur qazanmağın sirlərini öyrədir.
Belə şəraitdə,
şagird şəxsiyyəti
inkişaf edir, onun hər bir
hadisəyə fərqli
yanaşması olur və qərar verməkdə çətinlik
çəkmir: "Müəllim
fəaliyyətinin məqsədi
və nəticəsi öyrətməkdir. Bunun üçün
ilk növbədə nəyi,
nə zaman və necə öyrətməyi bilmək
lazımdır. Dərsin məqsədini
düzgün müəyyən
edərək real nəticə
ilə ona çatmağı hədəf
seçmək lazımdır.
Hər bir mövzu özlüyündə gözəl
və maraqlıdır.
Şagirdləri təlim prosesinə
cəlb etmək üçün mövzunun
vacibliyini onun əhəmiyyətini nəzərinə
çatdırmaq vacibdir".
PANDEMİYA
ŞƏRAİTİNDƏ TƏDRİS
COVİD-19 pandemiyası üzündən sosial təcrid zərurətilə
üzləşdiyimiz bir
vaxtda ən həssas təbəqələrdən
biri, bəlkə də birincisi uşaqlardır. Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan
təlim-təhsil sahəsində
valideynlərdən çox
müəllimlərin rolu
ön plana çıxır. Belə ki,
ən mürəkkəb
şəraitdə belə
gənc nəslin istər mənəvi, istərsə də zehni və cismani
inkişafı həyati
məsələ kimi məhz müəllimlərin
üzərinə düşür.
A.Cavadova deyir ki, pandemiya
onu sevimli şagirdlərindən bir
müddət ayrı saldı. Əli əllərinə dəyməsə də, o
məsum gözləri
hər gün görüb. Yəni şagirdlərinin
əlini tutmadan da sevgi verə bilib onlara.
Bir çoxları
onlayn dərslərin ən çox ibtidai siniflər üçün çətin
olacağını düşünürdü. Uşaqlara kompüter
ekranından dərsi izah etmək, mövzunu, cümlələri
və hərfləri anlatmaq heç də asan deyildi.
Amma A.Cavdova bu çətinliyin öhdəsindən məharətlə
gəldi: "Şagirdlərim
ikinci sinifdədir. Onlayn dərs zamanı onlara yeni mövzuları
rahatlıqla izah edirdim. Tapşırıqlar verir və bunu həlli yollarını izah edir və bütün
incəlikləri ilə
anladırdım. Həvəslə qulaq asırdılar.
Onların bütün suallarını
cavablandırırdım. Dərslərin bu formada təşkili onların proqramdan, dərslərdən
geri qalmamasına köməklik etdi. Gününün böyük hissəsini
evdə keçirən
uşaqlara onlayn da olsa müəllimini, sinif yoldaşlarını
görmək həm də mənəvi dəstək idi. Bu müddət ərzində
uşaqlarımdan aldığım
nəticələrdən razı
qaldım. Şagirdlərim onlayn dərslərdə çox fəallıq nümayiş etdirdilər.
"Virtual məktəb"
layihəsi şagirdlərə
məsafədən tədris
almaq üçün
əlavə bir imkan verdi. Bu
layihə şagirdlərin
təhsildən kənarda
qalmamaları üçün
Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən uğurlu
bir proqramdır. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə
təhsil proqramları
və mərkəzləşdirilmiş
test nümunələrini
tapmaq mümkündür.
Bütün bu resurslar üz-üzə görüşləri təmin
etmək, tapşırıq
və müzakirələri
bir-birinə inteqrasiya
etmək üçün
vahid bir mərkəzdə cəmləşdirilib".
"ŞAGİRDLƏRİMİ YENİDƏN
SİNİFDƏ GÖRMƏK MƏNİ ÇOX
SEVİNDİRİR"
A.Cavadovanın dediyinə görə, fevralın 1-dən etibarən
məktəblərdə ənənəvi
təhsil qismən də olsa bərpa
olunub. Bu da həm müəllimlər,
həm də şagirdlər tərəfindən
böyük sevinclə
qarşılanıb: "Şagirdlərimi
yenidən məktəbdə,
sinifdə görmək
bir müəllim olaraq məni çox sevindirir. Bildiyiniz kimi, pandemiya bütün sahələrlə yanaşı,
təhsil sisteminə də təsirsiz ötüşmədi. Buna baxmayaraq,
bütün çətinlikləri
həll etmək istiqamətində Təhsil
Nazirliyinin həyata keçirdiyi layihələr və tədbirlər nəticəsində
yaranan problemlər müvəffəqiyyətlə aradan qaldırıldı.
Pandemiya səbəbindən
təhsil müəssisələri
bağlansa da, nazirlik tərəfindən televiziya kanallarında teledərslərə
start verildi. Bununla da "Virtual məktəb" layihəsinin
həyata keçirilməsinə
başlanaraq müəllimlərin
şagirdlərinə onlayn
dərslər keçməsi
prosesi reallaşdırıldı.
Məhz bu layihənin təhsilin davamlı olmasında, eyni zamanda, uşaqların
təhsildən kənar
qalmasının qarşısının
alınmasında
mühüm rolu danılmazdır.
Etiraf edim
ki, istər müəllimlər, istərsə
də şagirdlər
məktəbdəki ənənəvi
təlim mühiti, canlı ünsiyyət və digər tədbirlərdə iştirak
etmək üçün
darıxmışdılar. Hamı yenidən öz təhsil ocağına dönəcəyi günü
səbirsizliklə gözləyirdi.
İnanıram ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin
təşkili istiqamətində
nəzərdə tutulan
mərhələli tədbirlər
bundan sonra da uğurla reallaşdırılacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 9 fevral.- S.11.