Ədəbiyyatla bağlı kim nə düşünür ?
III yazı
"Didro effekti"... Yəqin ki, biznes və
ticarət sahəsində
çalışanların bu termindən çoxdan xəbəri
var. 1988-ci ildən terminologiyaya
ayaq açan "Didro effekti" alış-veriş vərdişinin
insana vurduğu maddi və mənəvi
ziyanları açıqlamaq
üçün işlədilir.
Bu gün oturub "Didro effekti"nin
ədəbiyyata bir dəxli olub-olmamasını
çox düşündüm.
Nə də olsa, terminin adı bir yazarın
adıyla bağlıdır
axı... Hə, söhbət məhz ondan - Deni Didrodan
gedir...
Bir gün dostu Didroya yeni
pijama hədiyyə edir. Filosof pijamasını
geyinir, yazı masasına yaxınlaşır,
ədəb-ərkanla oturur,
yazmağa başlayır
və... Və masasının köhnəliyini,
əynindəki bahalı
pijamaya yaraşmadığını
yalnız indi dərk edir; yeni masa alır.
Ardınca döşəmədəki
xalının rəngləri
solğun dəyir gözünə... Sonra da
divardakı xalını
bəyənmir, pərdələri
çoxdandı dəyişmədiyinin
fərqinə varır...
Beləcə, elə gün gəlir ki, Didro bahalı,
bir-birinə yaraşan
əşyalara pul xərcləyə-xərcləyə yenidən borc bataqlığına düşür
və bu qədər bahalı əşyanın içində
yeməyə bir tikə çörək tapmır... Bütün bunlar bir yana, elə həmin borcun, bir tikə çörəyin
dərdini çəkə-çəkə,
könülsüz-könülsüz masaya oturur, yazmağa başlayır. Bir də ayılır
ki, hekayənin son nöqtəsini qoyub... Özü də bu əhvalatı anladan o məhşur hekayənin: "Köhnə
pijamam üçün
peşmanlıq"...
... Hə, məni düşündürən bax,
bu idi; o boyda bahalı əşyanın arasında,
əynində o bahalıqda
pijama, Didro heç nə yazmamışdı... Yaza
bilməmişdi... Yeni hekayəsi
isə məhz onun çarəsizliyindən,
peşmanlığından "doğulmuşdu". Qəribədir, deyilmi?
Həm də o qədər qəribədir ki... Ağrımadan, ağlamadan, yanmadan,
göynəmədən yazmaq
mümkündürmü? Düşüncələrimə indi də bu
sualı yük eyləyib dörd yolun ayrıcında, yeddi cığırın
görünən səmtində
dayanıb öz başıma kül ələyəsi də deyiləm... Yox, bu gün masama heç təzə çiçək
də qoymamışam.
Eləcə, asta-asta Cəfər Xəndanın
o məhşur misralarını
zümzümə edirəm:
Axı şairləri şair eyləyən
Vüsal
olmayıbdır,
hicran olubdur...
Bilirəm ki, təsəlli axtarışındadı ruhum. Ədəbiyyatın özünün qamçıladığı
bir düşüncəni
elə ədəbiyyatdan
gizlətməyin, fikirlərimin
qançırlarının üstünü sözlə,
mətnlə örtməyin
yollarını axtarıram,
di gəl, bu axtarışın da yönü
çıxmazadır. Mənsə,
fikir köhlənimi keçiçıxmaz qayalıqların
üstünə sürməkçün
hazır deyiləm.
Sadəcə, ədəbiyyatdan umduqlarımın siyahısını
tutmağa başlayıram.
Məsələn, bir oxucu kimi oxuduğum hər əsərdən məndən bəhs etməyini umuram. Bu, əksər oxucuların
gündüz işığında
əllərində şam
axtardıqlarıdır əslində.
Bəzən insanın özünə
deyə bilmədikləridir
ədəbiyyat, bəzən
ehtiyacı olan birkəlməlik təsəlli,
bəzən də yolgöstərəndir, həmdərddir,
həmsöhbətdir. Hərçənd, Elxan Yurdoğlu deyir: "Özünüzlə nə
qədər danışırsınız
danışın, yazı
adamı yazdıqlarının
içindədir və
ən yaxşı şəkildə yazdıqlarıyla
söhbət edir".
Bəs yazmayan adam? "Yazı
adamı" olmayan adam? Onların ədəbiyyatdan
umduqları nədir?
Könül istərdi ki, elə bu an səsim yetdiyi qədər bu sualı pəncərəmdən
eşiyə - ən azından bir küçəyə bağıra
biləydim, heç olmasa, iki-üç cavab alım. Amma könülün hər istədiyi də olmur bu ədəbiyyatı
ruhundan "soyunmağa"
başlayan dünyada...
Yox, dünya
yeni yazılan əsərlərdən, mətbəələrdə
çap üçün
növbə gözləyən
kitablardan hələ kəm deyil. Bu əsərlərdə qəhətə
çıxan ordakı
ədəbilik-bədii ifadə
vasitələridir. Bəzən irad
tutanda "...izm janrı onu tələb eləmir"
kimi cavablar eşitməkdə də gecikmirik. Unudulan odur ki, bu
"...izm, ...iya, ...ika"
kimi janrlar da ədəbiyyatın bir parçasıdır, onun
qucağında başını
qoyub uyuya bilmirsə, yuxusuna haram qatılsa - heç yazılmasa yaxşıdır,
nəinki umduğumuzu
gözümüzdə qoyub
küsməyimizə səbəb
olalar...
Ədəbiyyatdan küsmək... Bu, bir yazarın, bir oxucunun, hansısa
fərdin şəxsi
faciəsi deyil; bu, bütöv bir gələcəyin, kökü bir insanın ruhundan başlayan, ailə-nəsil-qonşu-iş
yoldaşı-amal yoldaşı-cəmiyyət
ardıcıllığıyla böyüyən qocaman bir ağacın içindən ahəstə-ahəstə
qurumasıdır. Ona
görə də, hərdən ədəbiyyatın
içində umduğumuzdan
bir hənir tapanda sevinirik... Küsməyə min səbəb
olsa da, həmişə
barışmağa bircə
barmaq yer axtarmaqdır sevgi... Və nə yaxşı ki, hələ içimizdə
ədəbiyyata olan o
sevgi ümidsizliyə
canını təslim
etməyib!
Bu yaxında Yusif
Səmədoğlunun "Soyuq
daş" hekayəsini
oxudum. Hekayə mənə o qədər tanış idi ki... Yaddaşımı silkələdim, ilk dəfə
oxuduğum bu hekayənin əvvəlinimi,
axırınımı tanıyırdım,
təsvir olunan hadisənin harda başlayıb-harda bitdiyinimi
bilirdim, bunu anşırdammadım. Amma nəydisə,
hardaydısa, "Soyuq
daş"da ayrılanların
paralel dünyadakı
vüsal anını anladan bir başqa
əsər vardı tanıdığım. Sonra tapdım
o əsəri, elə
özüm yazmışammış
"Birlikdə üşüyək"
adlı hekayəni.
Qayıdıb öz hekayəmi
təkrar bir də oxudum. Elə bil, iki hekayə
bir-birini tamamladı.
Sadəcə, sonun əvvəli
kimi. Çox düşündüm, görəsən, "Soyuq
daş"ı daha əvvəl oxusaydım,
"Birlikdə üşüyək"
yazılardımı? Bilmirəm... Bu da mətnin taleyidi; hardasa öz yarısını - yarını
tapmaq onun da nəsibidi.
Düzdü, həmin vaxt "özünü Yusif Səmədoğluna tay tutursan" kimi ironiyalar da eşitdim, indən sonra da eşidəcəyimdən əminəm. Amma bir də güzgünün
gümüşü tərəfinə
baxdım: əgər
zamanın hansısa kəsiyindəsə "Azərbaycan
ədəbiyyatı" deyiləndə
hansısa bir əsərinin adı Yusif Səmədoğlunun
əsəriylə yan-yana
çəkilməyəcəksə, onda bu günün
Azərbaycan yazıçıları
niyə yazır? Bəs onların umduqları nədir bu ucsuz-bucaqsız
ədəbiyyat dəryasından?
Bu sualın cavabını
tapmaq istəyərdim...
Di gəl, əlimizin çatmağı bir yana, ünümüzün
yetdiyi yerlər də daş hasarların o üzündə
qalıb...
Bayaq janrlar
və onların tələblərindən danışırdım
axı... Bu gün daha çox
detektiv janrda yazılan əsərlərdə
umduğum bədii təsvirlərin kasadlığını
görürəm. Ağzımı
açıb bir söz demək o yana, elə gözümücə bərəldib
müəllifin üzünə
baxan kimi cavab hazırdı: "Burda o dediyinə heç gərək də yoxdu. Oxucu qısa, lakonik mətn, hadisələrin gərgin
xətlə cərəyan
etməsini istəyir.
Biz də onu yazırıq". Tamam... Bununla da razıyam... Oxucu nə umursa, onu "qızıl sinidə qarşısına
qoymaq"la məşğulsunuz,
çörək hamının
haqqıdır, anam bütün yaradıcılığını
arxasınca qaçdığı,
amma heç vaxt çatmadığı
bir "sarı beş qəpikliyə"
qurban verib, bunu, məndən yaxşı anlayan tapılmaz. Amma... Axı... Siz yazıçısınız... Yazırsınız... Yazı
adi anlayış deyil... Yazının insan taleyinə bağlılığını duyan, anlayan, idrakından bulaq suyu kimi süzdürən
ulularımız taleyimizə
"yazı" deyib...
Bir də
yazdığınız janrın
klassikləri var ki, dediklərinizi, yazdıqlarınızı haqsız
çıxarmağa yetir.
Məsələn, Adam
Hall "Casus postu" detektiv romanında yazır: "Sağ tərəfdə, Schinkel abidəsinin ötəsindəki işıqlara
baxdım. Gizlədilməyən
qürurla söylənən
bir sözü xatırlamışdım: "Bu da Berlin!"
Berlin haraydı, necə bir yerdi?
Bir zamanlar yer üzünün cəhənnəminin paytaxtı,
ortasından divarla bölünmüş, ikiyə
ayrılıb da hər parçası təkbaşına yaşayan
soğulcanları andıran
bir şəhərmi?"
Təsvirə baxın, bənzətməyə
baxın... Mənim ədəbiyyatdan umduqlarım
siyahısında hər
əsərdə məni
heyran qoyacaq ifadələrin olması da var...
... Necə ki,
"Ulduz" jurnalının
"525-ci qəzet"lə birgə hazırladığı
"9-luq" layihəsində Rəşad Məcid deyir: "Söhbət ədəbiyyatdan gedirsə,
ədəbiyyatın başqa
sahələrdən fərqi
odur ki, həyatı yüksək
səviyyəli bədii
obraz və çalarlarla təsvir edir..."
Şəfa VƏLİ
525-ci qəzet.- 2021.- 11 fevral.- S.12.