"Kəlin nallanması"

 

"NALBƏND NALLADIĞI KƏLƏ TƏSƏLLİVERİCİ SÖZLƏR DEYİRDİ"

 

Rubrikamızın budəfəki qonağı  Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət tarixi nəzəriyyəsi kafedrasının müdiri,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdur.

 

Aslan müəllimlə Əməkdar rəssam Ələkbər Rzaquliyevin "Kəlin nallanması" əsəri haqqında danışmışıq.

 

***

 

- Əsər haqqında danışmazdan öncə Ələkbər Rzaquliyev haqqında bir qədər ətraflı məlumat verməyinizi istərdim. Bildiyim qədərilə rəssamın həyat yolu da rəsmləri qədər maraqlıdır.

 

- Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Əməkdar rəssam Ələkbər Rzaquliyev milli mədəni irsimizi zənginləşdirən sənətkarlardandır. Rəssamın yüksək bədii-estetik dəyərə malik olan özündə qədim milli miniatür ənənələrinin cizgilərini əks etdirən çoxsaylı qrafika əsərləri bunun əyani göstəricisidir. Ələkbər Ələsgər oğlu Rzaquliyev 31 yanvar 1903-cü ildə Bakıda xırda ticarətlə məşğul olan kiçik bir dükan sahibinin böyük ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri qədim Bakının əyri dalanlı, Şərq koloritli evlərində keçən Ələkbərin atası Ələsgər Rzaqulu oğlu mömin olduğu üçün öz oğlanlarını molla məktəbində oxudurdu. Ələkbər bir neçə il molla məktəbində oxuyandan sonra təhsilini rus-tatar məktəbində davam etdirir.

 

Ə.Rzaquliyev hələ uşaq yaşlarından rəsm çəkməyə böyük maraq göstərib. Mərhum şair Nüsrət Kəsəmənlinin 12 oktyabr 1973-cü il tarixli "Bakı" qəzetində dərc olunmuş "Bir az xatirəyə bənzəyir onlar" başlıqlı məqaləsində Ə.Rzaquliyevin ilk yaradıcılıq vərdişləri haqqında sağlığında rəssamın özü ilə çox maraqlı bir dialoqu əks olunmuşdu:

 

" - Atam dükançı idi: ət satardı. Ət bükmək üçün çoxlu kağız alardı. İlk kətanım da o kağızlar olub.

- Yəqin ki, ilk "əsərləriniz" müştərilərin əllərində evlərə paylanıb...

 

- Bəli, ancaq bunlar sadəcə cızma-qaralar idi. "Molla Nəsrəddin" jurnalının karikaturaları üslubunda çəkməyə çalışırdım. Hamıya Əzim Əzimzadənin gözü ilə baxmaq istəyirdim. Bir dəfə... Bəy hirsli-hirsli dükana girdi:

 

- Bura bax, məni məsxərəyə qoymusunuz?

 

Atam təəccüblə dilləndi:

 

- olub, bəy?

 

- Dünən səndən ət aldım?

 

- .

 

- Daha "?" Kağıza bükdün?

 

- Bükdüm.

 

- Aparıb evdə baxıram, kağızın üstünə eybəcər şəkillər çəkilib. Mənə oxşatmaq istəyib.

 

- Bəlkə səni çəkməyib, bəy?

 

- Necə yəni?.. Bığ, papaq, burun... Hamısı mənimkidir... Çək bu uşağın ipini".

 

Ailəsində rəssam olmasa da, hələ uşaq yaşlarından rəsm çəkməyə böyük maraq göstərən Ə.Rzaquliyev 1922-1924-cü illərdə Bakı Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətlə məşğul olan tanınmış rus-sovet heykəltəraşı S.Erzyanın studiyasında rəssamlıqla məşğul olur. 1925-1928-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanalarında təhsil alan  rəssamın mütərəqqi baxışlarına görə həbs olunması onun təhsilinin IV kursdan yarımçıq qalmasına səbəb olur.

 

Etiraf edək ki, 28 illik ağır sürgün həbsxana həyatı (1928-1956) keçirəndən sonra 53 yaşlı rəssamın gəncliyində başladığı yaradıcılıq axtarışlarına qayıtması yəqin ki, asan məsələ deyildi. 1963-cü ildə Ələkbər Rzaquliyevin Bakıda ilk fərdi sərgisinin təşkil edilməsi, daha sonra Moskvada nümayişi (1966), 1964-cü ildə isə təsviri sənətin inkişafına verdiyi töhfələrə görə "Azərbaycan SSR Əməkdar rəssamı" fəxri adına layiq görülməsi çoxları üçün gözlənilməz idi. Onun linoqravüra texnikasında yaratdığı "Köhnə Bakı" silsiləsi o vaxtlar bütün mənalarda Azərbaycan incəsənətində qədim şəhərə göstərilən yeni bənzərsiz bədii münasibətin ən gözəl nümunəsi idi.

 

- Rəsmin yaranma tarixi barədə deyə bilərsiniz?

 

- Rəssamın mövzu rəngarəngliyi ilə seçilən süjetli kompozisiyaları içərisində xüsusilə fərqlənən, 1963-cü ildə çəkilmiş "Kəlin nallanması" linoqravürünün olduqca maraqlı yaranma tarixi var. Bu lövhə ilk növbədə orijinal bədii həllinə görə seçilir. Bu əsəri rəssam Şəkidə yaşadığı illərdə müşahidə etdiyi kənd həyatı səhnələrindən təsirlənərək çəkib. Rəssamın xatirələrində bu haqda belə qeydlər var:

 

"1947-1949-cu illərdə Şəkidə yaşamışam. Buna qədər ancaq Bakı kəndlərində olmuşdum. Kənd məişəti haqqında, düzü, təsəvvürüm yox idi. Yadımdadır, maşınla yol gedərkən çayda yatan camışları lap yaxından gördüm. Xahiş edib maşını saxlatdım. Eskiz götürdüm. Camışlar qrafika üçün hazır materiallar idi. Rəngləri qap-qara. Lap canlı, təbii qrafik kimi. Sonra kəndlərin birində gördüm ki, camışı, daha doğrusu, kəli nallayırlar. Dediyim kimi, kənd həyatını yaxşı bilmədiyimdən bu da mənim üçün yeni bir lövhə idi. Dərhal alboma, karandaşa əl atdım..." Rəssam müşahidələrini belə tamamlayır: "Yerdə ayaqları bağlı bir kəl uzanmışdı. Onun gözləri qanla dolmuşdu. Başını, ayaqlarını kəndirlə bağlamışdılar. Onun acizliyi çox məzəli, təsirli görünürdü. Hiss elədim ki, nalbənd narahatdır. O, xoşagəlməz əməliyyatı tez qurtarmağa çalışır. Mənə elə gəldi ki, o, kələ nəsə təsəlliverici sözlər deyirdi".

 

Bu hadisədən təxminən 16-17 il sonra Ə.Rzaquliyev bu mövzuya qayıtmaq imkanı tapdı. Kənd məişətini, heyvanat aləmini öyrənmək üçün nalbənd Əli əmi ona bələdçilik elədi. Heyvanat aləmi ilə, xüsusilə kəllərlə bağlı olan linoqravürlərin yaranması ilk növbədə buradan qaynaqlanıb. Məşhur "Kəlin nallanması" əsəri məhz bu təəssüratdan yaranıb. Tablonun hər cizgisində mülayim, özü ancaq böyük sənətkarın görə biləcəyi mülayim bir yumor duyulur...

 

- Əsərin rəng koloriti necədir?

 

- Fərdi yaradıcılıq ənənəsinə sadiq qalan rəssam bu əsərdə ağ-qara cizgilərdən yüksək ustalıqla istifadə etməklə milli qrafika xəzinəmizə əvəzsiz töhfə verib. Rəssamın cəmisi iki - qara rəngin vasitəsilə yaratdığı "bədii möcüzə"ləri obrazlı desək, onun təzadlı həyat yaşantılarının ifadəsi hesab etmək olar. Amma onun bir çox əsərlərində bu "ağ-qaralı"ğın kifayət qədər işıqlı nikbin tutum almasını da görürük. "Kəlin nallanması" əsəri məhz bu qəbildəndir.

 

- Bu rəsm sizə deyir?

 

- Fikir versəniz, "Kəlin nallanması" əsərində bu proses sanki onun göstəricisidir ki, ayaqları nallanan kəl bir qədər sonra yerin şumlanması üçün hərəkətə gələcək. Başqa sözlə desək, nalbəndin kəlin ayaqlarını nallaması, kəlin isə yeri şumlaması kənd həyatının qədər zəhmətlə dolu bir həyat olduğunun göstəricisidir. Bir sözlə, uğura gedən yol zəhmət iradədən başlayır!..

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 10 fevral.- S.21.