Şanlı ordunun qalib əsgəri
Azərbaycan tarix boyu çox
savaşlar, çox müharibələr görüb. Başı qovğadan
ayrılmayan torpağın
son və ən ağır yarası Qarabağ idi.
Tariximizin hələlik son səhifəsində
qızıl hərflərlə
həkk olunan Vətən müharibəmiz
məhz bu yaranın məlhəmi oldu. Cənab Ali Baş Komandanın
rəhbərliyi, şəhid
və qazilərimizin canı, qanı, zabit və əsgərlərimizin
fədakar əməyi,
xalqımızın birliyi
sayəsində otuz ilə yaxın işğal altında olan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Böyük bir millətin
haqq etdiyi əzəmətli "qalib"
ifadəsi yenidən bizə nəsib oldu. Bu müharibədə
ən xırda əməyi belə olan insan böyükdür,
fəxr, qürur yerimizdir. Xüsusən şəhidlərimiz, qazilərimiz, əsgər
və zabitlərimiz haqqında nə qədər danışsaq,
azdır. Canını, qanını bu vətən yolunda, bu xalq uğrunda
əsirgəməyən qeyrətli,
cəsarətli igidlərimizi
hər kəs tanımalıdır. Bu xalq öz qəhrəmanlarını
yaxşı tanımalıdır.
Məhz bu səbəbdən,
"525-ci qəzet" olaraq,
vaxtaşırı həmin
vətən övladlarını
oxucularımıza təqdim
edirik.
Gözünü qırpmadan bu torpaqların azadlığı
uğrunda döyüşə
atılan, düşmənə
qan udduran igidlərimizdən biri də Qaraşlı İftixar Əjdər oğludur. O, 1997-ci il yanvar ayının 3-də Bərdə
rayonunun Arabaçılar
kəndində anadan olub. Orta təhsilini
şəhid Nemət Malıyev adına
Qaradırnaq kənd orta məktəbində alıb.
Cənnət Qarabağımızın azadlığı uğrunda
başlanan 44 günlük
Vətən müharibəsində
İftixar da erməni vəhşilərinə
qarşı şərəfli
döyüş yolu keçdi. 2020-ci il sentyabr ayının 21-dən
ehtiyatda olan hərbi vəzifəlilərin
təlimlərinə cəlb
olunan İftixar
27 sentyabr - müharibə
başlanan gündən
döyüş nöqtəsində
oldu. Tuşlayıcı-pulemyotçu
kimi düşmənə
qarşı döyüşdü.
İftixarın döyüş
yolu Talış kəndi, Suqovuşandan, Ağuçu-Talışkənd yüksəkliyindən keçdi.
Bu ərazilərin hər birində qazanılan zəfər İftixarın və onun döyüş yoldaşlarının vətənə
olan sevgisi sayəsində başa gəlirdi. Silaha sarılan o igidlərimizin
bircə məqsədi
vardı: yalnız irəli getmək, düşməni torpaqlarımızdan
qovmaq, vətəni işğalçılardan azad
etmək. Bu, cənab Ali Baş Komandanın rəhbərliyi altında
Azərbaycan əsgərinin
qarşısına qoyduğu
məqsəd idi.
Misilsiz birlik
və əbədi yenilməzlik - <b style="color:red">Şahanə
Müşfiq yazır
</b>
Qalib ordunun
qalib əsgəri İftixar digər silah yoldaşlarıyla birgə qələbədən
sonra da xidmətini davam etdirib və dekabr ayının 29-da ordudan tərxis olunub. Bu gün harda
olmasından asılı
olmayaraq, o günlərdə
yaşadığı duyğu
dolu anları dostları, tanışları
ilə bölüşür,
zəfərə gedən
yolun iştirakçısı
və Müzəffər
Azərbaycan Ordusunun sıralarında olması
ilə fəxr edir. O, öz döyüş yoldaşlarını,
bu torpaq uğrunda canından keçən şəhid
dostlarının igidliyini
fəxarətlə anır.
Onların igidliyi, şücaəti haqqında
qürurla danışır.
Vətən müharibəsi iştirakçılarıyla
söhbətlərimizdə şahid olduğumuz ortaq məqam budur ki, Böyük
Qələbə xəbərinin
sevincini hər biri fərqli, amma oxşar duyğular içərisində
dadıblar. 30 illik işğaldan su içən, 44 gün davam edən müharibənin nəhayət, yekunlaşdığına
inanmayan da olub, bunu "atəşkəs dilənçisi"
düşmənin növbəti
oyunu sanıb, bir azdan onlar
tərəfindən yeni
həmlə gözləyən
də. İftixar isə bu xəbəri
döyüşə hazırlaşdıqları
məqamda aldığını
deyir: "Noyabrın
8-i döyüşə
hazırlaşırdıq. Tonaşen kəndi istiqamətində. Noyabrın
9-u gecə döyüş
hazırlığı saxlanıldı,
xəbər gəldi,
düşmən təslim
oldu".
Bəli, bundan
gözəl ifadə,
bundan əzəmətli
xəbərmi olar:
"Düşmən təslim
oldu!" Bu təslimiyyət uğurlu
və qətiyyətli
siyasətin, rəşadətli
ordunun, yumruq kimi birləşmiş xalqın ortaq qələbəsi idi. Artıq bütün dünya kar qulaqlarıyla duyub, kor gözləriylə görüb, nəhayət
dərk etdilər ki, Qarabağ Azərbaycandır! Vətən
onu sevənlərindir!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 12 fevral.- S.13.