Haaqada Nizami Gəncəviyə həsr
edilmiş proqram yayımlanıb
Niderlandın Haaqa şəhərində
fəaliyyət göstərən
Hollandiya Azərbaycan–Türk Mədəniyyət
Mərkəzinin təşəbbüsü
ilə "Youtube"
kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəviyə
həsr edilmiş proqram yayımlanıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin qüdrətli
söz və fikir ustadının anadan olmasının 880 illiyi münasibətilə
2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı,
Hollandiya Azərbaycan-Türk
Mədəniyyət Mərkəzinin
sədri İlhan Aşkının qonağı
Almaniyada yaşayan yazıçı Orxan Aras olub.
Nizami Gəncəvinin qədim
Azərbaycan şəhəri
Gəncədə yaşayıb-yaratdığı
barədə ətraflı
məlumat verən Orxan Aras bildirib
ki, görkəmli şairin "Xəmsə"si
dünya ədəbiyyatına
ciddi təsir edib, böyük ədəbi məktəbin
bünövrəsini qoyub.
Bunu Məhəmməd
Füzulinin, Cəlaləddin
Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin
əsərlərindən hiss
etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin
üslubu ilə müqayisə olunduğu vurğulanıb.
Tədbir zamanı
N.Gəncəvinin Şərq
və dünya ədəbiyyatındakı yeri
və mövqeyi, poemalarının bədii
məziyyətləri, humanist
ideyaları barədə
danışılıb.
Müzakirələrdə Nizami Gəncəvinin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının
da yaradıcılıq
fəaliyyətinə müsbət
təsirindən söhbət
açılıb.
Nizami Gəncəvinin insanları
daimi əxlaqi kamilliyə çağıran
və yüksək mənəvi keyfiyyətlər
aşılayan zəngin
irs qoyub getdiyi qeyd edilib,
diaspor təşkilatlarının
və soydaşlarımızın
yaşadıqları ölkələrdə
dahi şairin yaradıcılığını dərindən öyrənmələrinin
və təbliğ etmələrinin
vacibliyi bildirilib.
525-ci qəzet.- 17
fevral.- S.11.