Köhnəbazar kənd tam orta
məktəbinin 140 illik
yubileyi qeyd olunub
Kürdəmirin Tədqiqi və
Təbliğinə Dəstək
İctimai Birliyi ilə Kürdəmir rayon
Təhsil şöbəsinin
birgə təşkilatçılığı
ilə V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş Elmi vebinar konfrans keçirilib.
525.az xəbər verir ki, vebinarda Köhnəbazar
tam orta məktəbinin,
Təhsil Nazirliyinin, Milli Məclisin, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin, Azərbaycan Yazıçılar Birliyinin,
ADPU-nun, ADU-nun, ATU-nun, BSU-nun, ADBTİA-nın,
Azərbaycan Respublikası
Təhsil İnstitutunun,
AMEA Tarix İnstitutunun,
Kürdəmir rayon İcra
Hakimiyyətinin, rayon Təhsil
şöbəsinin, Kürdəmir
rayon Regionlararası Mədəniyyət
İdarəsinin nümayəndələri,
eləcə də Köhnəbazar məktəbinin
xarici ölkələrdə
(Rusiya, Ukrayna, Türkiyə, İsveç,
İngiltərə, Almaniya,
Amerika və Kanada) yaşayan məzunları
iştirak ediblər.
Tədbiri Kürdəmirin Tədqiqi
və Təbliğinə
Dəstək İctimai
Birliyinin sədri, vebinarın moderatoru, professor Habil Məmmədov açıb.
Vətən uğrunda canlarını
fəda vermiş şəhidlərimizin, soyqırım
qurbanlarının və
eləcə də Köhnəbazar məktəbinin
kollektivi və məzunlarından vəfat
edən şəxslərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda Təhsil Nazirliyinin nümayəndəsi
Əhliyyət Adıgözəlov,
Kürdəmir rayon İcra
Hakimiyyəti başçısının
səlahiyyətlərini həyata
keçirən Ağəli
Kərimli, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Kürdəmir rayon Təhsil
Şöbəsinin müdiri
Rəfail Məmmədov,
Köhnəbazar kənd
tam orta məktəbinin
direktoru Zülfi Zahidov, Əməkdar elm xadimi Fərrux Rüstəmov, Azərbaycan
Respublikası Təhsil
İnstitutunun şöbə
müdiri, professor İntiqam
Cəbrayılov, ADPU-nun kafedra
müdiri, professor Müseyib İlyasov, A.Bakıxanov adına Tarix İnstitutunun şöbə
müdiri, professor Mais
Əmrahov, BDU-nun kafedra
müdiri, dosent Məmmədağa Baxışov,
Ukrayna Kadrları İdarəetmə Regionlararası
Akademiyasının professoru
Azad Ömərov, Xarkov
Milli Radioelektronika Universitetinin Beynəlxalq əlaqələr üzrə
prorektoru, professor Murad
Ömərov və digərləri Azərbaycanda
orta təhsilin tarixindən, problemlərindən
bəhs ediblər, Köhnəbazar kənd
tam orta məktəbinin
Kürdəmir rayonunda
fəaliyyət göstərən
43 tam orta məktəb
arasında xüsusi yer tutduğunu bildiriblər.
Tədbirdə Nuralı İsmayılovun
“140 yaşlı Köhnəbazar
məktəbi” kitabının
təqdimatı xüsusi
maraqla qarşılanıb.
Daha sonra Nuralı İsmayılov, Elnurə Eminbəyli, İntiqam Cəbrayılov, AMEA Nizami
Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Aran Regional filialının
müdiri Yaqut Bahadırqızı, Tofiq
Abdullayev, Yadigar Təvəkkül, Şəhla
Yunusova, Pənah Bəkirov, Müseyib İlyasov, Şəlalə
Əbil, Badam Şirəlizadə, Ramazan
Tağıyev müxtəlif
mövzularda məruzə
ilə çıxışlar
ediblər.
Konfransın fəxri qonağı
Azərbaycan Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist
Rəşad Məcid çıxış edərək
qocaman təhsil ocağının 140 illik
yubileyinə həsr olunmuş vebinar konfransın təqdirəlayiq
hadisə olduğunu bildirib, məktəbin kollektivinə və bütün məzunlarına
uğurlar arzulayıb.
Məktəbin məzunlarından - tanınmış
şairə Zemfira Əliş qızı (Zərbalıyeva), Vüqar Məmmədov
(məzun, Kanada), Ülviyyə Məmmədova
(Almaniya) və digərləri Köhnəbazar
məktəbi və müəllimləri haqqında
öz xatirələrini
bölüşüblər.
525-ci qəzet.- 2021.-
17 fevral.- S.12.