Gəncə teatrında  Xocalı soyqırımı haqqında  film

 

 

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qayıdış” adlı qısametrajlı film üzərində işi tamamlamaq üzrədir.

 

Bu barədə Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, layihənin bədii rəhbəri Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorları Elşad Əhmədov Yusif  Cəfərov, quruluşçu operatoru Sübhan İbrahimlidir.

 

Filmdə Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Elxan Yunis, Sevda Orucova, Kəmalə Məmmədova, Novruz Cəfərov, Salamulla İsmayılov, Ramiz Vəliyev, aktrisalar Zəminə Cəfərova, Sevinc Hüseynova, Nailə Əhmədova başqaları çəkilib.

525-ci qəzet.- 2021.- 17 fevral.- S.12.