Qarabağdakı Alban məbədləri sahiblərinə qovuşur...
"525-ci
qəzet"in hələ
ötənilki 25 noyabr
tarixli sayında Rəşad Məcid Qarabağdakı Alban mədəniyyətinə
aid məbədlərin Azərbaycan
Alban-Udi xristian dini icmasinin ixtiyarına verilməsi təklifilə çıxış
etmiş, mənfur ermənilərin qədim
Alban irsinə sahib çıxaraq
albanlara aid tarixi abidələri mənimsədiklərini
qeyd etmiş, Azərbaycanın Qəbələ
rayonunun Nic kəndində Alban xalqının
varisləri olan udinlərin yaşadıqlarını, bu
yaxınlarda Heydər
Əliyev Fondunun Qəbələdəki
qədim Alban kilsəsini
təmir etdirdiyini xatırladaraq, Şəkinin
qədim Kiş kəndində xristianlığın
ilk məbədlərindən biri sayılan Alban məbədinin mövcudluğunu,
eləcə də Laçında möhtəşəm
Ağoğlan, Kəlbəcərdə
Gəncəsər, Xudavəng
monastırı,
Ağdərədə Müqəddəs Yelisey kimi qədim alban abidələrinin
olduğunu göstərmişdi.
İran ərazisindən başlayaraq,
Araz çayından keçərək, Həkəri
çayı və Ağoğlan çayı
boyunca iki-üç aşırımlı (tağlı)
körpülərin mövcudluğu,
Laçın rayonunun
Minkənd kəndində
anbar kimi istifadə olunan Alban abidəsi, həmin ərazidən Sisian (Qarakilsə) rayonuna, oradan da İrəvan və Qars istiqamətində
karvan yolunun, yolboyu karvansarayların mövcudluğu bölgədə
qədim albanların izlərini hələ də özündə əks etdirməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov R.Məcidin
təklifinə münasibət
bildirərkən, Qafqazdakı
Alban kilsələrinin xristian
dünyasının ən
qədim abidələrindən
olduğunu, təəssüf
ki, 1836-cı ildə Müqəddəs Sinodun qərarı ilə Alban Katolikosluğunun fəaliyyətinə
son qoyulması ilə
Alban kilsələrinə erməni
Qriqoryan kilsəsinin
sahib çıxmasına zəmin
yaradıldığı, məbədləri
bir qisminin isə gürcü Provaslav kilsəsinin təsiri altına düşdüyünü vurğulamışdı.
G.İsmayılova görə, Qarabağda
və ona yaxın ərazilərdəki
Alban kilsələrinin mütləq
əksəriyyəti qriqoryanlaşdırılıb.
Ermənistanın Azərbaycana qarşı
təcavüzündən sonra
ermənilər işgal
altındakı bütün
Alban məbədlərini qriqoryanlaşdıraraq
özününküləşdiriblər.
Komitə sədrinin müavini
Alban kilsəsinin hüququ
statusunun bərpası
fikrinə toxunarkən,
bunun çox vacib bir məsələ
olduğunu bildirmişdi.
Qeyd edək ki, hələ
2006-cı ildə Azərbaycanda
Alban-Udi xristian dini icmasının yaradılması bu istiqamətdə aparılan
işləri sürətləndirməklə
yanaşı, uzaqgörənliyin
nəticəsi kimi qiymətləndirilməlidir. G.İsmayılov R.Məcidin
Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki
Azərbaycan Alban-Udi xristian dini icmasının
ixtiyarına verilməsi
təklifini ziyalı mövqeyi kimi təqdir etmiş, bu məsələlər müzakirəyə çıxarılarkən
ziyalıların mövqeyinin
mütləq nəzərə
alınacağını bildirmişdi.
Mən
"525-ci qəzet"də "Ermənilər qədim
Alban məbəd və
abidələrinə qənim
kəsilib" başlıqlı
yazı ilə tanış olduqdan sonra Rəşad Məcidin Qarabağdaki
Alban mədəniyyətinə aid məbədlərin Alban-Udi
xristian dini icmasının ixtiyarina verilməsi təklifini ürəkdən bəyənmiş,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılovun
fikirlərini təqdir
etdiyimi bildirmişdim.
Eyni zamanda qeyd etmişdim ki,
bu məsələlərlə
bağlı AMEA Rəyasət
Heyətinin Albanşünaslıq
Elmi Mərkəzinin yaradılması barədə
qərarı olduqca məqsədəuyğun addımdır.
Artıq yuxarıda göstərilənlərlə
bağlı son üç
ayda görülən
işlər öz bəhrəsini verməyə
bağlayıb. Yerli hakimiyyət nümayəndələri
ilə yanaşı, bu müddət ərzində Azərbaycan
Alban-Udi xristian dini icmasinin rəhbəri və ayrı-ayrı üzvlərinin
dəfələrlə Kəlbəcərdəki
Gəncəsər və
Xudavəng monastırına ziyarətlərinin
təşkili, ötən
günlər bu dini icmanın təmsilçilərinin və
İkinci Qarabag müharibəsində iştirak
edən Udi xalqının nümayəndələrinin
iştirakı ilə
Laçın rayonundakı
möhtəşəm Ağoğlan
Alban məbədinin geniş
tərkibdə ziyarəti,
bu ziyarətin dövlət və özəl televiziya kanallarında dəfələrlə
nümayişi, digər
kütləvi informasiya
vasitələrində xəbərlərin
yer alması bütün xalqımızla
yanaşı, Laçın
rayon ictimaiyyətinin də
mənəvi hisslərinin
yüksəlməsinə səbəb
olub. Mən Laçın rayonunun
əhalisi və ziyalıları adından
bu iftixar və fərəh hisslərini bizlərə
yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, bütün bu məsələlərin
təşəbbüsçüsü kimi Rəşad Məcidə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə,
xüsusilə onun sədr müavini, bu işlərdə xeyli zəhmət çəkən hörmətli
ziyalımız Gündüz
İsmayılova da səmimi
qəlbdən təşəkkür
edirəm. Mən hələ "525-ci qəzet"in
16 dekabr 2020-ci il tarixli sayında dərc olunmuş yazımda əminliyimi bildirmişdim
ki, bu təşəbbüslər
bölgədəki müsəlman
icmasına və
İslam dininə qarşı
ədalətsiz və
məkrli qərəzin
aradan qaldırılması
üçün zəruri
tədbirlərin görülməsinə
yol açacaq. Hesab edirəm ki, artıq ilkin nəticələr əldə
olunub. Bu nəticələr
istər Kəlbəcər
və istərsə də Laçın rayonunun ərazilərindən
daimi "dəhliz"
kimi istifadə edəcəklərinə göz
tikən mənfur qonşularımız üzərində
ən böyük ictimai, siyasi və mənəvi qələbəmizdir. Bu kimi
tədbirlərin nəticəsidir
ki, son günlər sülhməramlıların tabeliyində
olan "Laçın
dəhlizi"nin nəzarətə
götürülməsi insanlarımızda
məmnunluq hissi yaradıb. Laçın və Kəlbəcər rayonunun əhalisinin istəyi ondan ibarətdir ki, Zəngilandan Naxçıvana
dəmir yolu, avtomobil yolu ilə bağlı sərhəd keçid məntəqəsi olacağı
halda, ermənilərə
nə Laçın, nə də Kəlbəcərdən keçid
- "dəhliz" verilsin.
1905-1907-ci, 1918-1920-ci və
1988-1993-cü illərdəki münaqişələr zamanı
da ermənilər Laçın
və Kəlbəcər
ərazilərindən Qarabağa
yaxın məsafə
olmasından istifadə
edib ərazilərimizə
soxularaq kütləvi
qırğınlar törətmişdilər. Bütün bunları
tarixçilər daha
ətraflı izah və şərh edə bilərlər.
Sonda növbəti
Laçın səfərləri
zamanı nümayəndə
heyətinin tərkibinə
bələdçi kimi
mənim, eləcə
də Laçın rayonunu təmsil edən ziyalılardan ibarət bir qrupun da daxil olunmasını arzu edirəm.
Bütün fəaliyyətinizdə hər
birinizə uğurlar arzulayıram.
Elbrus TƏHMƏZOV
Milli Məclisin Laçın
rayonundan seçilmiş
sabiq deputatı
525-ci qəzet.- 2021.- 17 fevral.-S.13.