Moskvada
Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub .
Moskva
Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin
880 illik yubileyinə həsr olunan tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Məhəmməd Əmin
Rəsulzadə Məclisi
və “Bakılılar”
mədəni-maarifləndirici klubunun təşkilatçılığı
ilə keçirilən
tədbirdə rusiyalı
və azərbaycanlı
elm adamları, ədəbiyyatşünaslar,
Rusiyadakı Azərbaycan
səfirliyinin və diasporunun nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan “Bakılılar” klubunun rəhbəri Cəmil Sadıxbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri,
Şərq və dünya intibah dövrünün görkəmli
nümayəndəsi olan
Nizami Gəncəvinin
880 illik yubileyinin Rusiya paytaxtında, xüsusi ilə də Moskva Millətlər Evində qeyd olunmasının xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb. O, dahi şairin yaradıcılığına
bütün dünyada
olduğu kimi, Rusiyada da önəm verildiyini bildirib: “Rusiya prezidenti Vladimir Putin
2002-ci ildə Nizami Gəncəvinin Sankt-Peterburq
şəhərində abidəsinin
açılışı zamanı dahi Azərbaycan şairi haqqında çıxış
edib. O, Nizami Gəncəvinin hər zaman xalqları yaxınlaşdıran sözləri
seçdiyini vurğulayıb:
“Dünya ehtiyaclar və zülm üçün yaranmayıb,
dünya xoşbəxtlik
və azadlıq üçün yaranıb”
fikri də məhz Nizamiyə məxsusdur”.
Tədbirdə çıxış edən Məhəmməd
Əmin Rəsulzadə
Məclisinin sədri Füzuli Fərəcov Nizami Gəncəvi yaradıcılığının bütün azərbaycanlılar
üçün mənəvi
qida olduğunu bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi
ilə bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub.
Biz də Rusiyada
fəaliyyət göstərən
diaspor təşkilatı
olaraq dahi Azərbaycan şairinin həyat və yaradıcılığına, onun dünya ədəbiyyatına verdiyi
töhfələrə həsr
olunan tədbirlərə
start vermişik”.
Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun
aparıcı elmi işçisi, nizamişünas
alim Abuzər Bağırov isə çıxışında Nizami
Gəncəvinin qəzəllərindən,
aforizmlərindən, “Xəmsə”yə
daxil olan əsərlərdən parçalardan
ibarət rus dilində kitab nəşr olunması təklifi ilə çıxış
edib: “Onun əsərlərində həm
keçmişimiz, həm
bu günümüz, həm də gələcəyimizə işarələr
var. Yaxşı olardı ki, “Nizami ili”ndə bu kitab rus
dilində nəşr
olunsun və rusiyalı oxuculara çatdırılsın”.
Nizamişünas alim dahi şairimizin
milli mənsubiyyəti
ilə bağlı elm aləmində uzun illərdir gedən polemikalardan da danışıb: “Nizaminin milli mənsubiyyəti ilə bağlı təşvişə
düşmək lazım
deyil. Onun kimi böyük şəxsiyyətləri hər
zaman hamı milliləşdirməyə, özününküləşdirməyə
çalışır ki,
Nizaminin kimliyindən mənfəət götürsün.
Bu, təbii haldır. Birmənalı olaraq Nizami Gəncəvi
Azərbaycan şairidir.
Bunu hətta fars elm adamları
da təsdiqləyiblər.
Tehran Universitetinin professoru Səid Nəfisi ötən əsrin 50-ci illərində
Bakıya gələndə
bu mübahisəyə
ehtiyac olmadığını,
Nizaminin bütün əsərlərindən türklük
qoxusu gəldiyini xüsusi vurğulayıb.
Böyük Bertelsin də dediyi ki, fars dilində
yazmaq, heç də fars şairi
olmaq demək deyil. ”.
Daha sonra
tədbirə Bakıdan
Azərbaycanın Əlyazmalar
İnstitutunun direktoru,
tanınmış ədəbiyyatşünas
alim Teymur Kərimli, İstanbuldan İstanbul Texniki Universitetinin kafedra müdiri Çingiz Hacıyev video əlaqə vasitəsi ilə qatılıblar.
Tədbirdə Rusiya Təbiət
Elmləri Akademiyasının
müxbir üzvü,
pedaqoji elmlər doktoru Nizami Əliyevin məruzəsi dinlənilib. Çıxış
edən digər natiqlər Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş
etdiyi töhfələrdən
danışaraq, onun əsərlərində qoyulan
bəşəri problemlərin
bu gün də aktuallığını
qoruduğunu xüsusi
vurğulayıblar.
525-ci qəzet.- 2021.- 18 fevral.-S.8.