SÖZ BAYRAĞI
Fevralın 18-i ad günü olan
Ustadım - Xalq şairi Nəriman Həsənzadənin 90 illiyi
münasibətilə
Allah məsləhət bildiyi
Dindən, imandan gəlirəm.
Kim hardan gəlir, bilmirəm,
Mən Nərimandan gəlirəm!
Ustadlı-şagirdli sanki
Bizi bir ana doğubdu.
Şairlərin söylədiyi
Sözü bir ana doğubdu.
Qardaşlıq düşdüm ondakı
O ilahi təcəssümlə!
Hər şerimi yazdım onun
Üzündəki təbəssümlə!
O, nəyə nail olmayıb,
Keçəndə özündən keçib.
Kürhardan keçirsə keçsin,
Onun da köksündən keçir!
Heç
vaxt dəyişik düşmədi,
Əliynən, Vəliynən gördüm.
O, hər dəfə yeriyəndə,
Aveydağı, Göyəzəni
Axır ki, yeriyən gördüm.
Nadanları qandırmağa
Hər vaxt Haqq səsi bəs etdi.
Ocağımı yandırmağa
Quru nəfəsi bəs etdi!
Sevənlərin ürəyində
Saza döndü,
sözə döndü.
Təbriz
Təbrizdə deyildi,
Təzədən Təbrizə döndü!
Dözmədi nifrəti, kini,
Qəsd eylədi qəsdə, uçdu.
Qarabağı alan zaman
Adı mərmilərin üstə,
Uçdu,
düşmən üstə
uçdu!
Əsgər qanıyla torpağa
Axdı... axdı isti qanı.
Onun da qələmi ancaq,
Bircə
söz söylədi,
bircə:
"Azərbaycan İstiqlalı!"
Bütün dünyada yellənən
Söz bayrağı
var əlində.
Vətəndən ötrü əbədi
Öz bayrağı var əlində!
Yanında dayanıb odur,
Nə vaxtdı
Nuru Paşanın.
Vətənə, yurda gərəkdir,
Şair
vüqarı Şairin,
Paşa
qüruru Paşanın!
Necə
öyünməyim, necə,
Yurda dair ustadımla!
Fəxr
edirəm həm qəhrəman,
Həm də şair ustadımla!
Ustadıma minnətdaram,
Sinəmdə şair ürəyi.
Süfrəmi bəzəyir hələ
"Nabat xalanın
çörəyi!"
***
14.02.2021.
Nəriman HƏSƏNZADƏ
ŞAİRİN
90 YAŞINA SÖZ ƏRMƏĞANI
Nərdivan
Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında
biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,
nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız vermişdi
öz hökmünü
təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç
araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Elə dayanırsan
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni
dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol... Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin
yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl
tanış olaq.
Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz,
arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi
üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
görəsən məni?
Dözmür Nəriman
Sən məni bu qədər
gözlətməmişdin,
Belə qoymamışdın gözümü
yolda.
Bu qədər özünü
gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin - mənsiz
darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb
evimizdə palın-paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq
tayların,
Yolda ayağına
bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdı
gün.
Sənin
bişirdiyin o mürəbbələr
İçilib qurtardı, hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu...
Sənin
ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
Şirin
söhbətindən olmayıb
doyan,
Çağır qonşuları doyunca
gülək:
Mənsiz,
gördünüzmü, dözmür
Nəriman,
Sənə qurban olum, sən
görmədin tək.
***
Barat Vüsal
525-ci qəzet.- 2021.-18 fevral.- S.10.