Mədəniyyət Nazirliyyində Şuşa xalçalarının Ermənistanda sərgilənməsinə etiraz
Nazirlikdən APA-ya bildirilib ki, armenpress.am saytının
(https://armenpress.am/rus/news/1043451.html) məlumatına
görə, 20 fevral tarixində Ermənistanın
Tamanyan adına
Milli Memarlıq Muzey-İnstitutunda Şuşa
Xalça Muzeyindən
1 noyabr tarixində çıxarılan xalçaların
sərgisi keçiriləcək:
"Sərgidə təqdim
olunacaq “Arsax” adlandırılan xalçalar
Vətənimizin ayrılmaz
hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir.
Bu sərgi ermənilərin
növbəti oğurluğu
və qeyri-qanuni mənimsəməsidir.
Belə
ki, Ermənistanın Azərbaycanın beynəlxalq
səviyyədə tanınımış
əraziləri daxilindən
mədəni irs nümunələrimizin qanunsuz
çıxarılması, daşınması, digər
ölkə ərazisinə
gətirilməsi kimi əməllləri UNESCO-nun “Silahlı
münaqişə zamanı
mədəni mülkiyyətin
müdafiəsi haqqında”
1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə
və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən
çıxarılması və
mülkiyyət hüququnun
qanunsuz olaraq başqasına verilməsinin
qadağan olunması və qarşısının
alınmasına yönəldilmiş
tədbirlər haqqında”
1970-ci il Konvensiyasının
11-ci Maddəsinə əsasən
beynəlxalq hüququn
pozulmasıdır və
bununla bağlı bütün məsuliyyət
Ermənistan hökumətinin
üzərinə düşür".
Qeyd olunub ki, bununla
yanaşı, xalça
elə nadir sənət
nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir:
"Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın
əsas məqsədlərindən
biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan
xalçalardakı kompozisiya,
naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən
biri olduğunu bir daha sübut
edir.
Xalçaçılıq sənəti qədimdən
bəri Azərbaycan xalqının bəşəriyyətə
miras qoyduğu nadir irs nümunələrindən
biridir. Təsadüfi
deyil ki, 2010-cı ildə Azərbaycan xalçasının toxunması
ənənəvi sənəti
UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni
irs kimi
tanınmışdır. Bu
ənənə xalqımızda
o qədər dərin
köklərə bağlanmışdır
ki, Azərbaycanın hər bir bölgəsində
geniş yayılmış
və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda
8 əsas xalçaçılıq
məktəbi fəaliyyət
göstərmiş və
hər biri öz naxış və boyaları ilə bir birindən
fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının
da səbəbi odur ki, bu sənət
Azərbaycan icmasından
mənimsənilib".
Bəyanatda qeyd olunub ki, tarixən ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olub, ticarət prosesində Azərbaycan xalçalarını
erməni xalçaları
kimi təqdim edərək yalan məlumatları dünyaya
yaymağa cəhd ediblər: "XIX əsrdə
Qarabağda tədqiqatlar
aparmış Y.Zedgenidze
bütün müsəlman
əhalinin xalçaçılıqla
məşğul olduğunu,
Qarabağda toxunan xalçaların kəmiyyət
və keyfiyyətinə
görə bütün
Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını,
əksinə, xalçaçılıq
sənətinə “arzuolunmaz
iş” prizmasından yanaşdıqlarını yazır.
Beləliklə, Ermənistan hökumətinin
himayəsi ilə nümayişkaranə şəkildə
Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa
Xalça Muzeyindən
qeyri-qanuni çıxarılan
xalçaların sərgisinin
nümayişkəranə keçirilməsi
Ermənistanın bu sahədə tərəfdaş
olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizliyinin
bariz nümunəsidir
və bu yanaşmaya UNESCO tərəfindən
münasibət bildirilməlidir.
Mədəniyyət Nazirliyi bu məsələ ilə əlaqədar UNESCO ilə
lazımı hüquqi
prosedurları həyata
keçirəcək".
525-ci qəzet.-2021.-
19 fevral.- S.9.