Nəsirəddin Tusinin yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
AMEA Naxçıvan
Bölməsində böyük Azərbaycan alimi və
mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin
həyat və fəaliyyətinə həsr olunmuş elmi
konfrans keçirilib.
AMEA Naxçıvan
Bölməsinin mətbuat
xidmətindən, "İki
sahil"ə verilən
məlumata görə,
bölmənin sədri,
akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər
salıb. Alim bildirib ki, elmin
20-dən artıq sahəsində
olduqca zəngin və fundamental tədqiqatların müəllifi
olan Məhəmməd
Nəsirəddin Tusi
200-dən artıq elmi
əsərin müəllifidir.
Qeyd olunub ki, alimin tərtib
etdiyi astronomik cədvəllər, yeni bir qitənin mövcudluğu ilə bağlı bildirdiyi proqnoz və 256 şəhərin coğrafi
koordinatlarını verməsi
xüsusi əhəmiyyətə
malikdir. Bu gün 820 illik
yubileyi keçirilən
böyük Azərbaycan
alimi həm humanitar, həm də dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir,
onun tarix, hüquq, fəlsəfə,
əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə
gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. Akademik vurğulayıb ki, dahi mütəfəkkir Nəsirəddin Tusi dövlətçilik tarixi
ilə bağlı ilk fikir söyləyən
elm xadimlərindən
biridir.
Daha sonra
bölmənin Təbii
Ehtiyatlar İnstitutunun
elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Bəşəri düha Nəsirəddin Tusinin həyatı və fəaliyyətindən bəzi
epizodlar” mövzusunda məruzə edib.
Dahi Azərbaycanlı mütəfəkkirin həyatı
və elmi fəaliyyəti haqqında
məlumat verən məruzəçi bildirib
ki, bu elm
fədaisi hələ
uşaq yaşlarından
yüksək əqli keyfiyyətləri və çalışqanlığı ilə fərqlənmiş,
biliklərini daha da dərinləşdirmək
üçün dövrünün tanınmış
elm mərkəzlərində
təhsil almışdır.
Qeyd olunub ki, hələ gənc yaşlarından elmə, biliyə göstərdiyi həvəs
Tusinin görkəmli alim, filosof və
bacarıqlı dövlət
xadimi kimi formalaşmasına səbəb
olmuşdur. Məruzədə
N.Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətindən
bəhs olunmuş, müasirlərinin alim haqqındakı bəzi fikirlər diqqətə çatdırılmışdır.
“Ordubad şəhərində yaşayan
Tusi nəslinə aid epiqrafik məlumatlar”
mövzusunda məruzə
edən AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli
orta əsr Azərbaycan mədəni mühitinin yetirməsi olmuş Nəsrəddin Tusinin nəsil şəcərəsi haqqında
məlumat verib. “Nəsirəddin Tusinin sələflərinin və
õələflərinin Həmədan,
Marağa, Naõçıvan,
Ordubad və başqa şəhərlərdə
yaşaması tariõşünaslığımızda
təsdiq və qəbul olunan faktlardandır”, - söyləyən
alim bildirib ki, tədqiq olunan bir sıra
qaynaqlarda, o cümlədən
müsəlman åpiqrafikası
abidələrində Nəsiri Tusi adı ilə õatırlanan bu nəslin nümayəndələri
orta əsrlərdə
böyük nüfuza
malik olmuş, dövlət idarəçiliyində
mühüm vəzifələr
tutmuşlar.
Professor H.Səfərli
Ordubad şəhərində
bu günədək qalan bir nåçə müsəlman
kitabəsində Tusi nəslinin adının, eləcə də həmin nəslin nümayəndələri ilə
bağlı bir sıra åpiqrafik faktların mövcudluğunu
konfrans iştirakçılarının
diqqətinə çatdırıb.
Qeyd olunub ki, bu nəslə
mənsub insanların
böyük bir qismi orta əsrlər
zamanı Ordubad şəhərində və
onun yaõınlığında
yårləşən Vənənd
kəndində yaşamış
və hazırda da burada yaşamaqdadırlar.
Konfransda bölmənin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya üzrə fəlsəfə
doktoru dosent Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin
Tusi” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi N.Tusinin
bacarıqlı elm və ictimai xadim olmaqla yanaşı,
həmçinin
çox incə
şairlik istedadına
sahib olduğunu, yazdığı bədii
nümunələrin fəlsəfi,
didaktik, nəsihətamiz
məzmunu ilə seçildiyini bildirib. N.Tusi yaradıcılığında Şərq şeirinin bütün xüsusiyyətlərinin
təcəssümünə, söz və fikirlərin biri-birini tamamlamasına diqqət çəkən tədqiqatçı
onun yaradıcılığının
şedevrlərindən hesab
olunan “Əxlaqi-Nasiri”
əsəri ilə bağlı da yığcam məlumat verib. Əsərin adının “Oxunması zəruri olan kitabların siyahısı”nda olduğunu
qeyd edən R.Qasımov onun cəmiyyətin maariflənməsində
daşıdığı önəmdən
bəhs edib.
Sonra Naxçıvan
Bölməsi Batabat Astrofizika Rəsədxanasının
direktoru, fizika-riyaziyyat
üzrə fəlsəfə
doktoru, dosent Qulu Həziyev Nəsirəddin Tusinin astronomik irsi haqqında məruzə edib. Məruzədə qeyd olunub ki,
Tusinin XIII əsrdə
astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə
yanaşı, bu elmin sonrakı inkişafında da çox mühüm rol oynayıb. N.Tusinin rəhbərliyi ilə yaradılmış Marağa rəsədxanası
dövrünün ən
qabaqcıl elm ocaqlarından biri olmuş, burada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların
nəticələri sonralar
Şərqdə və
Avropada geniş tətbiq edilmişdir.
Məruzəçi vurğulayıb
ki, dünyanın əksər tanınmış
rəsədxanalarında istifadə
olunan cihazların əksəriyyəti məhz
N.Tusinin rəhbərliyi
ilə Marağa rəsədxanasında hazırlanmış
cihazların prototipidir.
Məruzə əsnasında Marağa rəsədxanası, orada
istifadə olunmuş bəzi cihazlar və alimin elmə gətirdiyi yeniliklərdən ibarət
slayd nümayiş etdirilib.
525-ci qəzet.-
2021.- 19 fevral.- S.15.