“Siyasi dialoqun
Azərbaycan modeli” adlı silsilə görüşlər davam
edir
“
ölkəmizdə
dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi
məqsədilə Azərbaycanda
fərqli layihələr
davamlı olaraq reallaşmaqdadır. Görülən
işlər sayəsində
“siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq,
siyasi təcrübənin
ayrılmaz amilinə çevrilib.
APA-nın xəbərinə görə,
Prezident Administrasiyasının
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
müdiri Ədalət
Vəliyevin ölkədə
tanınmış politoloq
və müvafiq sahədə ixtisaslaşmış
QHT rəhbərləri ilə
fevralın 19-da keçirilmiş
“Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə
Prezident İlham Əliyevin təşəbbüsü
ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər
sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik,
milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi
və demokratik ənənələrin formalaşması
kimi vəzifələri
özündə ehtiva
edən islahatlar qaçılmazdır və
siyasi münasibətlər
sisteminə də sirayət edir. Dövlətimizin başçısının
“Hesab edirəm ki, indiki genişmiqyaslı
islahatlar dövründə
siyasi islahatlar mütləq aparılmalıdır.
Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara
bilməz. Çünki
dialoq üçün
tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma
və nümayiş olunan siyasi iradə
sayəsində "dialoq
məfhumu” Azərbaycanda
siyasi dəyər statusuna qədər yüksəlmiş olur.
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə
tanınmış politoloq
və siyasi şərhçilərlə yanaşı,
ölkənin müvafiq
sahədə ixtisaslaşmış
qabaqcıl QHT rəhbərləri
də iştirak ediblər. Tədbiri giriş sözü
ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi
adından iştirakçıları
salamlayaraq, şöbənin
əsas fəaliyyət
istiqamətləri və
prioritetləri, Azərbaycanda
aparılan sistemli islahatlar, o cümlədən
siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində
görülmüş işlər
haqqında geniş məlumat verib.
Ölkəmizin artıq gündəlik
siyasi təcrübəsinə
daxil olmuş iqtidar-müxalifət dialoqunun
davamlı şəkildə
inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin
vətəndaş cəmiyyəti
institutlarının bu
proseslərdə qabaqcıl
mövqe tutmasının
əhəmiyyətindən
bəhs edib. Qeyd olunub ki,
dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə
və təbliğat işlərinin aktuallığı
xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər
olunması və müvafiq sahələrin mütəxəssisləri ilə
birgə müzakirələrin
aparılması siyasi
zərurətdir.
Öz çıxışını
Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi,
müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam
zəmində qurulması
işində önəmli
addımlar atılacaqdır”
– fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə
dialoq mühitinin dəstəklənməsinin,
ilk növbədə,
ölkə rəhbərliyinin
dövlət quruculuğu
məsələlərində demokratik prinsip və ənənələrə
sadiq qalmasından xəbər verdiyini bildirib.
Dövlətin və cəmiyyətin
inkişafında siyasi
dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının
aşılanması üçün
Azərbaycanda tanınmış
ictimai xadimlər tərəfindən mövzu
ilə bağlı verilən şərhlərdə
obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin
prinsipial məsələ
olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində
44 gün davam edən Vətən müharibəsində əldə
olunan Böyük Qələbəni xatırladan
Administrasiya rəsmisi
Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl
artıq ölkəmizdə
yeni bir siyasi iqlim yaranmışdır,
müsbət iqlim. Çünki bizim hamımızın, bütün
vətənpərvər qüvvələrin
bir amalı var idi - torpaqlarımızın
işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail
olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi
durur”. Bu mənada siyasi
dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz
keyfiyyətlərinin inkişafı
prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin
məhz bu tərəfləri Azərbaycanda
ən az tədqiq və təhlil olunmuş mövzulardandır.
Daha sonra
dialoqun Azərbaycan milli mədəniyyətinə
məxsus keyfiyyətlərdən
biri olduğunu xatırladan şöbə
müdiri hökumət
tərəfindən mövcud
istiqamətdə atılan
qlobal təşəbbüslərdən
danışıb. Konteksti
inkişaf etdirərək
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva tərəfindən
mövcud istiqamətdə
görülmüş işlər
haqqında məlumatları
tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən
Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda
siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”,
Musa Qasımlı “Diskussiya mədəniyyəti:
keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi
tariximizdə yeni plüralist əməkdaşlıq
mərhələsi”, Cavanşir
Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq – milli təhlükəsizliyin mühüm
elementi”, həmçinin
tanınmış politoloqlar
Eldar Namazov “Dəyişən dünyada
milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli
Həmrəylik və
dialoq üçün
təhsil platforması”,
Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan
təkamülə doğru”,
Rufiz Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”,
Rauf Arifoğlu “Siyasi dialoq düşmənin
informasiya təxribatlarına
qarşı milli dirənişin əsası
kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə
məruzələrlə çıxış
ediblər.
Tədbirdə yekun sözü
ilə çıxış
edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə
bizim qarşımızda
bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni
faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq
müstəvidə keçmiş
münaqişə ilə
və indiki reallıqlarla bağlı, o cümlədən
dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq
vəzifəsi durur. Bizim partiyalarımızın
bəziləri beynəlxalq
partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək
fəaliyyət üçün
əsas istiqamət olmalıdır. Əlbəttə
ki, ölkə daxilində demokratikləşmə
proseslərinə müsbət
təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar
haqqında məsələ
qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik” - fikirlərini
səsləndirərək bildirib
ki, dialoqun təzahür formalarından
biri olan əməkdaşlığın nəticəsində ölkədə
aparılan islahatların
maksimal effektivliyi təmin olunacaq.
Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi
həmrəyliyin inkişafı
üçün bütün
amillərin mövcudluğunu
qeyd edən tədbir iştirakçıları
mövcud istiqamətdə
əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya
xüsusi diqqətin
ayıracaqlarını bildiriblər.
525-ci qəzet.- 2021.- 20 fevral.- S.4.