Azərbaycan nəsrində hadisə - Don Juan
Bu yığcam yazını
kompüterimdəki qovluqları
sahmana salarkən gördüm. Mənə elə gəlir
ki, onu birinci
dəfədir, oxuyuram.
Görünür, başım qarışıq
olduğundan kompüterin
yaddaşına köçürmüşəm,
sonradan da unutmuşam. Peşəkar tərcüməçi, istedadlı
şair, zövqlü
oxucu olan Siyavuş müəllimin bu yazısı mənim üçün çox dəyərli və təsirlidir. Onu Azərbaycan dilinə tərcümə
elədim və Siyavuş müəllim demiş, "çalışdım
ki, orijinaldan yaxşı olmasın..."
Elçin HÜSEYNBƏYLİ
***
İmkan
daxilində, həm də tərcüməçi
peşəmlə əlaqədar
olaraq, 90-cı illərin
əvvəllərindən Elçin
Hüseynbəylinin yaradıcılığını
izləyirəm. Artıq ötən
əsrdə qalmış
həmin illərdə
Elçinin hekayələrini
"Literaturnı Azerbaydjan"
jurnalı üçün
tərcümə edirdim
və olardakı səmimilik, düşüncə
prosesi, detallarla işləmək bacarığı
xoşuma gəlirdi.
Bütün bunlar isə
peşəkar nəsr
üçün vacibdir.
Sonralar onun "Yovşan qağayılar",
"Balıq adam" romanlarını
rus dilinə çevirdim. Bu əsərlərdə
Elçin Hüseynbəyli
nəsrinin metoforikliyi,
fantaziya qarışıq
gerçək süjeti
məni cəlb elədi. Bir müddət sonra
isə orta əsrlərdə I Şah
Abbasın diplomatik missiyanın tərkibində
Batıya, İspaniyaya
göndərdiyi Oruc bəy Bayatın həyatından bəhs edən "On üçüncü
Həvari - 141-ci Don Juan" romanını da rus dilinə tərcümə
elədim. Bu ekzotik süjet cavan romançıya parlaq imkanlar verirdi ki, Orta
əsr Qərbinin rəngarəng və koloritli panoramını, əsrin hiyləgər və fitnəkar aurasını yarada bilsin.
Əlbəttə, bütün bunlar qırmızı xətt kimi əsərin baş qəhrəmanı
Oruc bəy Bayatın (Bu tayfa bizim tariximizdə xüsusi yer tutur, həm də İraqda yaşamış məşhur
şairimiz Məhəmməd
Füzulinin bu tayfa ilə genetik bağlılığı
var) taleyindən keçir. Vacib bir missiyanın
Oruc bəyə tapşırılması onun
qeyri-adi şəxsiyyət
olduğundan xəbər
verir. Bunu ispan şairlərinin
Oruc bəyə həsr etdikləri çoxsaylı sonetlər
də təsdiq edir (Bu lirik odalar "İranlı Oruc bəy Bayatın
əlaqələri" adlı
kitabda da var. Kitab
1988-ci ildə "Yazıçı"
nəşriyyatında çap
olunub). Bakıda nəşr olunmuş
bu kitab ingilis dilindən tərcümə edilib.
London nəşri isə öz növbəsində ispan dilindən tərcümədir.
"İranlı Don Xuanın əlaqələri"
kitabı 1604-cü ildə
İspaniya Krallığının
o zamankı paytaxtı
Valyadoliddə basılıb.
Elçin öz əsərini orta əsrlər qəhrəmanının ardınca
gedərək yazır
və gözəl hekayət ustası olduğunu təsdiqləyir. O, öz
axtarışları arxasınca
gedərkən İsfəhan,
Qəzvin, Ərdəbil,
Təbriz, Ənzəli
(İran), Valyadolid, Madrid, Valensiya
(İspaniya) kimi şəhərlərdə olur.
Bir oxucu və tərcüməçi
kimi bizim yazıçının İspaniyadakı
bələdçisi Qayde
obrazı mənim üçün sirli qaldı. Əsərə
özünəməxsus, lirik
səmimilk qatan, müəllifin bir az da ironiya
ilə yanaşdığı
belə bir personaj olmuşdumu, yoxsa yazıçının
uydurmasıydı?
Azərbaycan nəşrlərində "iranlı" (fars)
kimi qələmə verilən, əslində isə Azərbaycan türkü, diplomatı, şairi olan Oruc bəy haqqındakı
bu roman nəsrimizdə
hadisədir.
Mən heç
nəyi şişirtmədən
onun yazı manerasını "rus Düması" sayılan
Valentin Pikulun ən yaxşı əsərlərilə müqayisə
edərdim.
Səyavuş MƏMMƏDZADƏ
525-ci qəzet.-2021.- 20 fevral.- S.12.