Qarabağda 44 gün" "İçimdəki səs" işıq üzü görüb

 

 

Naxçıvan Teleradiosunun əməkdaşı Təranə Arifqızının yeni kitabları nəşr edilib.

 

Müəllif bu dəfə "Qarabağda 44 gün"   "İçimdəki səs" kitabları ilə oxucuların görüşünə gəlib. Vətən müharibəsinə həsr olunan "Qarabağda 44 gün" kitabı Naxçıvan ədəbi mühitində bu mövzuda nəşr olunan ilk nəşr nümunəsi sayıla bilər. Kitabda zəfər tariximizə həsr olunan şeirlər toplanıb.

 

Şairənin "İçimdəki səs" kitabında isə müxtəlif mövzulu şeirlər yer alır. Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadənin dediyi kimi, "İçimdəki səs" kitabındakı  şeirlər müəllifin özündən özünə pıçıldadıqları, öz-özünü ovutmasıdır.

 

Hər iki kitab "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunub.

 

Qeyd edək ki, Təranə Arifqızının bundan əvvəl "Mən şair olsaydım", " qədər ki, insan var", "Sözün bayatı rəngi" şeir kitabları nəşr olunub. Müəllifin şeirləri, hekayə məqalələri Azərbaycanla yanaşı, Türkiyədə müxtəlif almanaxlarda, toplularda, "Türk ədəbiyyatı", "DergiZan", "Hece taşları", o cümlədən, Cənubi Azərbaycanda yayımlanan "Yeni qapı" kimi sayt jurnallarında dərc edilir.

 

 

525-ci qəzet.-2021.- 20 fevral.- S.12.