Nizami Gəncəviyə
aid beynəlxalq xalça eskizi müsabiqəsi keçirilir
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak
edə bilərlər.
Xalça Muzeyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərdən öz
xalça eskizlərinin
600 DPI JPEG formatında skan
olunmuş versiyasını
carpetmuseum.contest@gmail.com elektron ünvanına mayın
15-dək göndərmələri xahiş olunur.
Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək
və mayın 30-da elan ediləcək. Qalib gələn
müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya
şöbəsinin əməkdaşları
tərəfindən xalça
toxunacaq. Həmçinin,
qalibə pul mükafatı təqdim olunacaq.
Müsabiqənin qalibi xarici vətəndaş
olarsa, onun xalça kəsimi mərasimində iştirak
etməsi üçün
yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.
525-ci qazet.- 2021.- 23 fevral.- S.14.