Kim
öldürdü, körpə, səni?
Kim
öldürdü, körpə, səni,
Doğulmayan
əllərini?
Kim
öldürdü gözlərini?
Kipriklərin
uzundumu,
Tellərin
nə rəngindəydi,
Qaramı,
qızılıydımı?
Ananınkı
ipək kimi, qara şəvə, cilvəliydi,
Anan
cilvələr içindən, dəli haraylar çəkirdi,
Yox,
yox, körpə! Anan dəli deyildi!
Öldürdülər.
Şər
vaxtımı, sübh çağımı?
Ananı
çağırdınmı,
Bildinmi
onun adını?
Kim
eşitdi qığıltını,
bircə
ağız ağladınmı?
Amma
anan ağlamışdı... Sübh çağıydı,
deyəsən,
Bir
erməni gülləsinə, fəğan edib
yalvarmışdı.
"Çiçək
Fatimə"ydi adı, zahılığı aha bulandı,
körpə!
Param-parçaydı
qolların,
Şəhid
etdilər səni!
Göy
müşəmbənin içindən
bir
yol əl-qol da atmadın,
Doğulmayan
əllərini
bir
yol atıb oynatmadın.
Necə
gözəl oynayardı, amma anan!
Qolları
qu lələyiydi, kirpikləri yelpik idi,
Bildinmi
ki, körpəcik, anan necə gözəldi!
Vücudun
yuxularda!..
Sən
anana qısılmadın,
Eşitmədin
laylasını,
Yellənmədin
nənnisində.
Sən
Günəşdən asılmadın,
Əylənmədin
hanasında.
Amma
anan... sarınmışdı Günəşə...
Əllərini,
gözlərini, səni əmanət deyib
Doğulmayan
ürəyini... tapşırmışdı Günəşə.
Barmaqların
qan içində.
Cıqqanacıq
o barmaqlar
Ana
döşü aramadı,
titrəmədi
sinəsində,
Ana
qoxusu dadmadın, qızınmadın istisinə.
Amma
anan... göylərin ətəyində gözlərini,
əllərini
görmüşdü. O ətcə barmaqlarını
sübhə
qədər... bircə-bircə öpmüşdü!..
Böyümədi
əllərin,
Böyümədi
gözlərin,
Çiçəklərə,
güllərə
bulaşmadı
tellərin.
Aman
körpə!
Doğum
günün, ölüm günündü! Sənin...
Anan...
on səkkizinin içində...
Əlləri
böyümüşdü, gözləri
böyümüşdü,
Telləri
teyxa... yaş su... Anan çoxdan ölmüşdü!..
...
"Fatimə məscid"ində yuyurlar Fatiməni.
Zahılıqdan
azad oldu Fatimə...
Qanla
dolu astana! -
Yuyurlar
körpə, yuyurlar, səni də!
Nə
səsin, nə səmirin.
Dünyanın
gözü doydu!
İç
qatil, iç! Ana qanıdır! İç, İç!
O
ananın Allahı
bil,
səni də bir gecə
yaman
q
andıracaqdır!!!
...
Dikilib göylərə o qara gözlər,
Qüssəli
baxırlar göydən ulduzlar.
Qan
aparır Fatimənin
qara
şəvə, cilvəli tellərini...
Kərəm
ol sən, o gözəlin allahı,
Fatimənin
Sinəsi
üstə qoydular
Körpənin
Param-parça
əllərini...
1992
Nurəngiz GÜN
525-ci qəzet.- 2021.-
26 fevral. S. 11.