“Abdulla
Şaiq – 140” adlı virtual sərgi açılıb
XX əsr Azərbaycan
uşaq ədəbiyyatı
xəzinəsini zənginləşdirən
görkəmli yazıçı
Abdulla Şaiqin 140 illik
yubileyi tamam olur. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin
tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının
yaradıcısı hesab
edilən Abdulla Şaiqin
çoxşaxəli ədəbi-bədii
yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli “Əsrimizin qəhrəmanları”, “Araz”,
“Qafqaz çiçəyi”,
“Məktub yetişmədi”,
“Köç” və s.
kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin
yaradıcılığı onun çoxsaylı oxucuları və tələbatçıları tərəfindən maraqla
izlənib və daima onun əsərlərinə
böyük tələbat
olub. Bu əsərlər
uşaqların mütaliəsinə
rəhbərlik edən
tərbiyəçilər, müəllimlər və
valideynlər üçün
mühüm vasitəyə
çevrilib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “Abdulla Şaiq – 140” adlı
virtual sərgi hazırlanıb.
Virtual sərgidə Abdulla Şaiqin həyat və yaradıcılığı
haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.
525-ci qəzet.- 2021.- 25 fevral. S. 9.