"Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi" nəşr olunub

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın "Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi" monoqrafiyası işıq üzü görüb.

 

Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 fevral 2020-ci il tarixli 2 saylı qərarı ilə çap olunub.

 

Kitabın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. "Sabir Rüstəmxanlı yaradıcılığı yeni təfəkkür hadisəsi kimi" sərlövhəli ön sözünün müəllifi AYB-nin üzvü Səidə Əliyevadır. Kitabın rəyçisi filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayevdir.

 

"Elm təhsil" nəşriyyatında çap olunan kitab 116 səhifədir. Monoqrafiya giriş, beş fəsil, nəticə istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda Xalq şairi Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilib. Şairin nəsr, nəzm dram əsərlərinin tədqiqinə, əsərlərindəki mənəvi problemlərin açıqlanmasına da yer verilib.

 

525-ci qəzet.- 2021.- 24 fevral.- S.9.