Xocalı soyqırımı haqqında
silsilə materiallar təqdim edilib
Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində
Xocalı soyqırımının
iyirmi doqquzuncu ildönümünə həsr
edilmiş tədbirlər
planına əsasən,
Respublika Gənclər
Kitabxanası silsilə
xarakterli videomateriallar
hazırlayaraq istifadəçilərə
təqdim edib.
Kitabxanadan bildirilib ki,
"Xocalı soyqırımını
unutma" adlı videoçarx, "Xocalı
qətliamı 29" adlı
ingilis dilində
virtual sərgi, "Xocalı
soyqırımı-qan yaddaşımız"
adlı virtual fotosərgi
və s. materialların
adını çəkmək
olar.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan və Xocalı soyqırımının ingilisdilli istifadəçi kütləsi arasındakı təbliğinə yönləndirilmiş "Khojaly massacre 29" ("Xocalı qətliamı 29") adlı virtual sərgi Xocalı soyqırımının bütün hadisələrini ardıcıllıqla əks etdirir. Virtual sərgidə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi və onlardan 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması və s. bu kimi faktlar dəqiqliklə, rəqəmlərlə əks etdirilir. Virtual sərgidə o günlərin fotoxronikası da yer alıb.
"Xocalı soyqırımı-qan yaddaşımız" adlı virtual fotosərgidə bu ağrılı, acılı, qəm-qüssə, nisgil dolu 29 il ərzində Xocalı soyqırımı haqqında olan posterlər, fotoçəkilişlər təqdim olunub. Virtual sərgidə Xocalı soyqırımı haqqında olan şüarlara, statistik rəqəmlərə də yer ayrılıb.
Respublika Gənclər kitabxanasının sosial şəbəkə səhifələrində Xocalı faciəsi mövzusuna həsr etdiyi paylaşımlar istifadəçilərin də diqqətindən yan keçməyib. Paylaşımlarımızdan ruhlanan, istifadəçilərimiz tərəfindən Xocalı faciəsinə dair hazırlayıb bizə göndərdikləri materiallar kitabxananın "İnstagram" və "Facebook" səhifələrində yerləşdirilib.
Kitabxanada "Xocalı soyqırımı - 29 il" adlı kitab sərgisi də təşkil olunub.
525-ci qəzet.- 2021.-
25 fevral. S. 16.