Səməd Seyidovun şeirləri Şəfəq
Əlibəylinin tərcüməsində
QORU VƏTƏNİ
Sevdin külək kimi azadlığı sən,
O Qafqaz qürurun
yüksəlir hər
dəm.
Sənin tək təbiət taparammı mən?
Səni çox sevirəm, ey gözəl ölkəm.
***
Odla buz qurubdur səndə
bir vəhdət,
Onda Şərq
ruhu var, Qərb cazibəsi.
Nadir cavahir tək onda var qiymət,
İşığın bürüyür, nurla hər kəsi.
***
Səninlə bağlıdır fəxrim,
qürur da,
Sönməz odlar yurdu, şöhrətim,
adım.
Bəxtəvər insanam, istərəm
burda
Övladlar böyüdüb, yazım
yaradım.
***
Həm gözəl, həm mətin olur bu vətən
Yenilməz, möhkəmdir vətən
torpağı
Yüksələn biz olduq, alçalan düşmən
Daşır küdurəti, inləyir yağı.
***
Rahat nəfəs alıb, salıram yada,
Xaqani dilindən
bu vəsiyyəti.
Qanlı
döyüşlərdə vermə sən bada
Qoru, sən Vətəni, dili, qeyrəti!!!
MƏHƏBBƏTİN
GÜCÜ
Döğan hər Günəşin
bir qürubu var,
Gecə köç eyləyər
gələndə səhər.
Təkcə məhəbbətçün vaxtdan yox hasar,
Qışı da səninçin yaya çevirər.
***
Bir də görürsən ki, hər şey
qarışır,
Kədərin, sevincin, qanlı göz yaşın.
Düşmən dosta dönür,
sənlə barışır,
Məhəbbət yox edir düşmənlik
daşın.
NƏ QƏDƏR
KİÇİLMİSƏN
Sən necə enmisən, Avropa, yazıq,
O möhtəşəm ruhun
deyəsən, darda.
Hanı bərabərlik, sülh və azadlıq
Qulağa xoş gələn sözlərin harda?
ŞƏXSİYYƏT
Hər yaradıcı şəxsin
öz təzadı var,
Çox fərqli məqamlar onda yer alar.
Adi insanlara çətin gələn iş,
Onunçün çox asan, o etmiş vərdiş.
525-ci qəzet.- 2021.- 24 fevral.- S.13.