Mahir Həmzəyev “Litva qarşısında xidmətlərinə görə”ordeni
ilə təltif edilib”
Litva Respublikasının Prezidenti
Gitanas Nauseda bu ölkənin milli bayramı - Litva dövlətinin bərpa edilməsinin
103-cü ildönümü münasibəti ilə Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir
Həmzəyevi "Litva
qarşısında xidmətlərinə
görə" ordeninin
Cəngavər xaçı
ilə təltif edib.
Vilnüsdəki Litva Milli İcmalar Evindən verilən məlumatda bildirilir ki, Mahir Həmzəyev mükafata bu il fevralın 15-də Litvanın dövlət müstəqilliyinin bərpa
olunmasında və çoxmillətli Litva vətəndaş cəmiyyətinin
qurulmasında görkəmli
xidmətlərinə, çoxmədəniyyətli,
demokratik və tolerant
Litva cəmiyyətinin
inkişafında uzunmüddətli
səmərəli ictimai-siyasi
və mədəni fəaliyyətinə görə
layiq görülüb.
Elmi-mədəni, ictimai-siyasi və diaspor sahəsində xitmətləri ilə tanınan M.Həmzəyev
1979-cu ildən Litvada yaşayıb fəaliyyət
göstərir. BDU-nun filologiya
fakültəsini bitirib,
diplom işi "Azərbaycan-Litva ədəbi
əlaqələri" mövzusunda
olub. 1984-1989-cu illərdə
Vilnüs Universitetində
litvaşünaslıq üzrə
aspiranturada təhsil alan M.Həmzəyev
Litva-Azərbaycan ədəbi,
mədəni, tarixi və ictimai-siyasi əlaqələri, 1918-1922-ci illər
dövlətlərarası münasibətlər mövzularında
elmi, kulturoloji və komparativistik araşdırmalar aparır,
bədii və publisistik tərcümələr
edir. 1985-ci ildə
Vilnüs Kitabsevərlər
Cəmiyyətinin məsul
katibi seçilib və 1994-cu ildən bu qurumun sədridir.
M.Həmzəyev 1988-ci ildə Litvada başlanmış dirçəliş
hərəkatı və
dövlət müstəqilliyinin
bərpa olunması uğrunda mübarizənin
Litva milli azlıqları arasında
ilk təşəbbüsçülərindən
biri kimi çıxış edib,
1988-1991-ci illərdə fəaliyyət
göstərmiş Litva
Millətlərarası Əlaqələndirmə
Assosiasiyasının təsisçilərindən
olub. 1988-ci ildə Vilnüsdə yaşayan həmvətənlərimizlə birgə Litva Azərbaycanlıları Cəmiyyətini
yaradıb və o ildən bu təşkilatın
sədridir.
1990-1991-ci illərdə Litva müstəqilliyi uğrunda Xalq hərəkatı Sayudis Seyminə üzv seçilib. 1991-ci ildə,
Vilnüsün qanlı
yanvar təcavüzünə
məruz qaldığı
günlərdə Litva
Millətlər Departamentinin
xətti ilə Litva Hökumətinin yanında yaradılmış
Milli İcmalar Şurasının həmtəsisçisi
olub və otuz ilə yaxın
bu Şuranın üzvü olaraq geniş fəaliyyət göstərib. 1992-1995-ci illərdə Azərbaycan
Respublikasının Litvadakı
səlahiyyətli nümayəndəsi
olub. 2001-2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda
keçirilmiş qurultaylarında
iştirak edib, 2001-ci ildən indiyədək Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının
üzvüdür.
M.Həmzəyev 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi"
medalına layiq görülüb, 2011-ci ildə
ona Azərbaycan Respublikasının Əməkdar
jurnalisti fəxri adı verilib. 2006-cı ildə Litva Prezidenti Valdas Adamkusun fərmanı ilə "Litva qarşısında xidmətlərə
görə" dövlət
medalı ilə təltif edilib. O, həmçinin, çoxillik
səmərəli fəaliyyətə,
yüksək peşəkarlığa
və xüsusi nailiyyətlərə görə
1991-2018-ci illərdə Litva
Respublikası Seyminin sədri, Litva Respublikasının Baş
naziri, Litva Respublikasının Mədəniyyət
naziri və digər yüksək dövlət qurumları rəhbərləri tərəfindən
təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb.
M.Həmzəyev həm də Litva milli icmalarının
mədəniyyətlərarası dialoqunun genişləndirilməsi,
yeni dövr Litva-Azərbaycan ədəbi-mədəni
və tarixi münasibətlərinin qurulub
inkişaf etdirilməsi,
qədim Litva-Azərbaycan
mədəni əlaqələrinin
və Azərbaycan xalqının etnokulturoloji
dəyərlərinin orijinal
tədbirlər vasitəsilə
təşviq olunub tanıdılması sahəsindəki
xidmətlərinə görə
Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən
dəfələrlə mükafatlandırılıb.
M.Həmzəyev 2002-ci ildən Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının
üzvüdür. Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü və Litva Ədəbi Tərcüməçilər İttifaqının
həqiqi üzvüdür.
2016-cı ildə Litva
Respublikası Mədəniyyət
nazirinin sərəncamı
ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna
layiq görülüb.
2020-ci ildən Litva Respublikası Seyminin
Milli Təhlükəsizlik
və Müdafiə Komitəsi sədrinin ictimai müşaviridir.
525-ci qəzet.- 24
fevral.- S.20.