Mahir HəmzəyevLitva Qarşısında Xidmətlərə Görəordeni ilə təltif edilib

 

Litva Respublikasının Prezidenti Gitanas Nauseda bu ölkənin milli bayramı - Litva dövlətinin bərpa edilməsinin 103-cü ildönümü münasibəti ilə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist tərcüməçi Mahir Həmzəyevi "Litva qarşısında xidmətlərinə görə" ordeninin Cəngavər xaçı ilə təltif edib.

Vilnüsdəki Litva Milli İcmalar Evindən verilən məlumatda bildirilir ki, Mahir Həmzəyev mükafata bu il fevralın 15-də Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında çoxmillətli Litva vətəndaş cəmiyyətinin qurulmasında görkəmli xidmətlərinə, çoxmədəniyyətli, demokratik tolerant Litva cəmiyyətinin inkişafında uzunmüddətli səmərəli ictimai-siyasi mədəni fəaliyyətinə görə layiq görülüb.

Elmi-mədəni, ictimai-siyasi diaspor sahəsində xitmətləri ilə tanınan M.Həmzəyev 1979-cu ildən Litvada yaşayıb fəaliyyət göstərir. BDU-nun filologiya fakültəsini bitirib, diplom işi "Azərbaycan-Litva ədəbi əlaqələri" mövzusunda olub. 1984-1989-cu illərdə Vilnüs Universitetində litvaşünaslıq üzrə aspiranturada təhsil alan  M.Həmzəyev Litva-Azərbaycan ədəbi, mədəni, tarixi ictimai-siyasi əlaqələri, 1918-1922-ci illər dövlətlərarası münasibətlər mövzularında elmi, kulturoloji komparativistik araşdırmalar aparır, bədii publisistik tərcümələr edir. 1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib 1994-cu ildən bu qurumun sədridir.

M.Həmzəyev 1988-ci ildə Litvada başlanmış dirçəliş hərəkatı dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizənin Litva milli azlıqları arasında ilk təşəbbüsçülərindən biri kimi çıxış edib, 1988-1991-ci illərdə fəaliyyət göstərmiş Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının təsisçilərindən olub. 1988-ci ildə Vilnüsdə yaşayan həmvətənlərimizlə birgə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb o ildən bu təşkilatın sədridir.

1990-1991-ci illərdə Litva müstəqilliyi uğrunda Xalq hərəkatı Sayudis Seyminə üzv seçilib. 1991-ci ildə, Vilnüsün qanlı yanvar təcavüzünə məruz qaldığı günlərdə Litva Millətlər Departamentinin xətti ilə Litva Hökumətinin yanında yaradılmış Milli İcmalar Şurasının həmtəsisçisi olub otuz ilə yaxın bu Şuranın üzvü olaraq geniş fəaliyyət göstərib. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvadakı səlahiyyətli nümayəndəsi olub. 2001-2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarında iştirak edib, 2001-ci ildən indiyədək Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

M.Həmzəyev 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb, 2011-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib. 2006-cı ildə Litva Prezidenti Valdas Adamkusun fərmanı ilə "Litva qarşısında xidmətlərə görə" dövlət medalı ilə təltif edilib. O, həmçinin, çoxillik səmərəli fəaliyyətə, yüksək peşəkarlığa xüsusi nailiyyətlərə görə 1991-2018-ci illərdə Litva Respublikası Seyminin sədri, Litva Respublikasının Baş naziri, Litva Respublikasının Mədəniyyət naziri digər yüksək dövlət qurumları rəhbərləri tərəfindən təşəkkürnamə fəxri fərmanlara layiq görülüb.

M.Həmzəyev həm Litva milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsi, yeni dövr Litva-Azərbaycan ədəbi-mədəni tarixi münasibətlərinin qurulub inkişaf etdirilməsi, qədim Litva-Azərbaycan mədəni əlaqələrinin Azərbaycan xalqının etnokulturoloji dəyərlərinin orijinal tədbirlər vasitəsilə təşviq olunub tanıdılması sahəsindəki xidmətlərinə görə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən dəfələrlə mükafatlandırılıb.

M.Həmzəyev 2002-ci ildən Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür. 2016-cı ildə Litva Respublikası Mədəniyyət nazirinin sərəncamı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb. 2020-ci ildən Litva Respublikası Seyminin Milli Təhlükəsizlik Müdafiə Komitəsi sədrinin ictimai müşaviridir.

 

525-ci qəzet.- 2021.- 24 fevral.- S.20.