Xarici kino mütəxəssisləri
Qobustan qoruğunda olublar
Kino sahəsində əməkdaşlıq
məqsədilə ölkəmizdə səfərdə olan
Türkiyənin mədəniyyət və turizm nazirinin
müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə
heyəti, eləcə də digər ölkələrdən
gəlmiş kino sahəsi üzrə mütəxəssislər
Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycan
Respublikası mədəniyyət nazirinin müşaviri Elnur
Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin
müdiri Rüfət Həsənov və nazirliyin digər məsul
şəxsləri müşayiət ediblər.
Qonaqlar Azərbaycan tarixi-mədəni irsinin daş
yaddaşı olan Qobustan abidələri, buradakı
qayaüstü rəsmlər, qoruq ərazisindəki muzey
kompleksi ilə maraqla tanış olublar. Onlara qoruq ərazisində qazıntılar nəticəsində
aşkar olunmuş artefaktlar haqqında da məlumat verilib.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 9.