Görkəmli ədiblərin ev-muzeylərinə
virtual ekskursiyalar
F.Köçərli adına Respublika Uşaq
Kitabxanası ümumi təhsil müəssisələrində
“Yay məktəbi” nin fəaliyyəti ilə əlaqədar
Bakı şəhəri üzrə fəaliyyət göstərən
şair və yazıçıların ev muzeyləri ilə
məktəblilər arasında virtual ekskursiyalar təşkil etdi.
525.az xəbər verir ki, “Yay məktəbi”
nin əsas məqsədi mövcud vəziyyətlə əlaqədar
şagirdlərin zəruri bilik və bacarıqlarının
möhkəmləndirmək, hərtərəfli
dünyagörüşlərinin artırılmasını təmin
etməklə uşaqlara mədəni xidmət göstərməkdir.
Məktəblilər Azərbaycanın xalq şairi, dramaturqSəməd
Vurğunun və
görkəmli yazıçı-dramaturq, publisist,
naşir Cəlil Məmmədquluzadənin Bakıdakı
ev-muzeyiləri ilə tanış oldular.
Zoom platforması üzərindən reallaşan virtual
ekskursiyaya Bakı şəhəri üzrəmüxtəlif məktəblərin
sinif şagirdləri qatıldılar. Görüş
çərçivəsində məktəblilərəbələdçilər
tərəfindən muzeylərdəki eksponatlar haqqında ətraflı
məlumat verildi.
Virtual ekskursiyalar şagirdlər
tərəfindən böyük maraqla qarşılandı.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 9.