Reza
Deqatinin Qarabağ fotolarından ibarət daha bir sərgisi
açılıb
Fransanın müxtəlif şəhərlərində
məşhur fotoqraf Reza Deqatinin silsilə sərgiləri təşkil
olunub.
AZƏRTAC
xəbər verir ki, Şatovilən şəhərində
tanınmiş incəsənət komissarı Pyer Boncovaninin təşkilatçılığı
ilə "Dünyanın mənşəyi" adlı sərgi
çərçivəsində Reza Deqatinin Azərbaycandan
çəkdiyi fotolar yer alıb. Sərginin ən
böyük zalı Reza Deqatinin böyük formatda
nümayiş olunan fotolarına həsr edilib.
Qobustan
qayaüstü rəsmlərini əks etdirən fotosərgi
ziyarətçiləri tərəfindən maraqla
qarşılanıb və bu foto vasitəsilə və sərginin
adına uyğun olaraq, ölkəmizin qədim
yaşayış məskənlərindən olduğu diqqətə
çatdırılıb.
"Sülh fotojurnalisti" kimi təqdim olunan Reza
Deqatinin müxtəlif münaqişə olan ölkələrdən,
xüsusilə də Qarabağ müharibəsindən, erməni
silahlı qüvvələri tərəfindən viran
qoyulmuş şəhərlərimizdən çəkdiyi
fotolar diqqət və emosiyalarla qarşılanıb. Füsunkar
görünən bu fotolar arxa planda çəkildiyi məqam,
yer və onun əks etdirdiyi səhnənin, bəzən faciəvi
bir hadisəni xatırladır. Fotoların
arxasında gizli qalan faciəvi tarixçələr
yazılı şəkildə hər bir fotonun
aşağısında təqdim olunur. Nəfis
dildə və seçilmiş xüsusi ifadələrlə
yazılan mətn ziyarətçilər tərəfindən
xüsusi maraqla qarşılanıb.
Sərginin komissarı Pyer Boncovani hər bir fotonu onun əks
etdirdiyi sirli məqama əsasən seçib. Hər bir foto
haqqında verilən yazılı mətnləri Raşel
Deqati ilə birlikdə hazırlayıb. Bu
mətnlərin hər bir fotonun gizli saxladığı sirri əks
etdirməsi baxımından çox vacibdir. Bu mətnlər sayəsində ziyarətçilər
hər fotonun arxasında gizlənən sirli aləmdən xəbər
tuturlar.
Reza Deqatinin nümayiş olunan 100-ə qədər
fotosunun hər biri qardaşlığa, sülhə,
barışığa və mehriban birgə
yaşayışa çağırışı ifadə
edir. Reza fotoların dili ilə yaşadığı səhnələri
ifadə edir, bu gün bəşəriyyət
üçün zərurətləri insanlara
çatdırır. Müharibələrin
törətdiyi acıları fotolarındakı insanların
üz ifadələri ilə göstərir. Yaxınlarını itirmiş insanların üzlərində
əks olunan iztirablar bu fotolar vasitəsilə beynəlxalq
ictimaiyyətə çatdırır.
525-ci qəzet.- 2021.-
7 iyul. S. 13.