Unudulmaz
Musa müəllim
Mən hər şeydən öncə Musa Salam oğlu Məmmədovu
bir müəllim kimi qəbul edirəm. İndiki
dövrümüzdə müəllim sözünün mənası
ilk vaxtlardakı məzmununa görə nəzərəçarpacaq
dərəcədə dəyişib.
İnsanların bir-birinə müraciətində bu
söz hörmətli sözünün sinonimi olmuşdu,
yaxın keçmişdə isə "bəy"
sözünə rəqib kimi işlədilirdi. İxtisasından
və nə işlə məşğul olmasından
asılı olmayaraq, bizim vətəndaşlar hətta
telefonla zəng vuranda özlərini filankəs müəllim
- yəni hörmətli şəxs kimi təqdim edirlər.
Bu sözün əsl məzmunu isə - dərin biliklərə
malik, bunu başqalarına ötürmək qabiliyyətli,
ağıllı məsləhətlər verən, nalayiq hərəkətlərdən,
pis vərdişdən yayındırmağı bacaran
savadlı insandır.
Mən Musa Məmmədovu 1962-ci ildə ilk
gördüyümdə məhz bu keyfiyyətlərinə
görə müəllim kimi qəbul etdim. Və Musa Məmmədovun
mənim hafizəmdə bir şəxsiyyət olaraq tərəfimdən
qəbul edilməsi altı onilliklər boyu davam edir.
Musa müəllimin aqronomluq ixtisasını seçməsi
onun hələ gənc yaşlarında başlanan ömür
yolundakı qanunauyğunluqların nəticəsi kimi qiymətləndirilir. Atasını cəbhəyə
yola salıb, onun orada qısa vaxtda həlak olması,
uşaqlar arasında böyük olan 12 yaşlı Musanın
yeddi nəfərdən ibarət olan ailənin maddi baxımdan
yükünün onun çiyinləri üzərinə düşməsinə bilavasitə
zəmin yaradır. Heç bir ixtisası və
bacarığı olmayan kənd uşağı harada və nə
qazana bilərdi?
Xoşbəxtlikdən, onun əslən bağlı
olduğu Qəbələ rayonunun münbit təbiətinin
olması, odundan, giləmeyvələdən və digər
meşə nemətlərindən istifadə edilməsi gənc
Musaya ailə büdcəsinə münbit yatırım etməyə
şərait yaradırdı. O, kolxozda işləyən
anasına kömək edirdi. Bir sözlə, o,
gənc yaşlarından ağır fiziki işlərə
alışmış və heç təsadüfi deyil ki,
orta məktəbi bitirdikdən sonra kənd təsərrüftatı
sahəsində təhsil almağı, iqtisadiyyatın daha
vacib və məhsuldar sahəsində işləməyi qərarlaşdırmışdı.
1947-ci ildə Musa müəllim Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun aqronomluq fakültəsinə daxil olur. Çalışqanlığı
və əməksevərliyi, torpağın sirlərini bilməsi
və Musanın idrak sahibi olması institutun professor-müəllim
heyəti tərəfindən yüksək qiymətləndirilir
və ən yüksək pul mükafatına - "Stalin"
təqaüdünə layiq görülür. Təhsilini bitirdikdən sonra Musa müəllim
institutda işə götürülür, ona kənd təsərrüfatı
elmləri namizədi elmi dərəcəsi verilir və tezliklə,
o, Mingəçevir İnstitutunun elmi-təcrübə təsərrüfatının
direktoru təyin edilir.
Mənim Musa müəllimlə ilk
tanışlığım məhz burada olmuşdu. Tələbə
ikən mən istehsalat təcrübəmi elmi-təcrübə
təsərrüfatında keçirdim. Biz
bunu elmi təsərrüfat adlandırırdıq - burada
böyük və çoxillik əkin-biçin sahələri,
iri və xırdabuynuzlu malqarası olan iri sovxoz var idi. Təsərrüfat yüksək istehsalat göstəriciləri
ilə tanınırdı. Bütün
bunlar gələcəkdə tələbələrin kənd
təsərrüfatı sahəsində lazımi elmi bilik və
bacarıqlara yiyələnməsi üçün
yaradılan şərait idi.
Elmi təsərrüfat tam olaraq suvarılma ilə təmin
edilmişdi.
Bütünlükdə və respublika üzrə bu problem o
dövr üçün indiki kimi kəskin xarakter
daşımırdı. Ancaq gələcəyi
görən insan kimi o, təsərrüfata geniş yayılmayan
texnologiya və növlərin daha proqressiv olanını
tanıtdırırdı. Məhz Musa
müəllimin təşəbbüsü ilə əməyin
istehsalat gücünün artırılmasına, bol məhsulun
əldə edilməsinə və əhəmiyyətli dərəcədə
suya qənaətə şərait yaradan kənd təsərrüfatında
damcı ilə suvarılma işi aparılmışdır.
İndi bütün bunlar aksioma adlanır və
respublikada onlarla, hətta yüzlərlə təsərrüfat
sahələrində damcı və yağış tipli
suvarılma artıq təkmilləşdirilmiş hala gətirilib.
Ancaq o zamanlar gənc Musanın təşəbbüs
və inadkarlığı sayəsində bu proqressiv, eyni
zamanda, rəqabətə malik texnologiya ölkəmizdə də
tətbiq olunmağa başladı. Bu keyfiyyətlər -
təşkilatçılıq bacarığı və elmi təsərrüfatın
istehsalat göstəricilərinin yüksək göstəricisi
kimi Mingəçevir şəhər partiya komitəsi tərəfindən
nəzərə alınıb qiymətləndirilmişdi -
Musa müəllim şəhər partiya təşkilatının
büro üzvü seçilmişdi.
Son 30-35 ildə mürəkkəb iqlim şəraitində,
rütubətin çatışmazlığı və
yüksək temperaturda, Qafqazda yetişdirilən şam
ağacının unikal növünün böyüməsi
sayəsində daha geniş sahələr əhatə
olunmağa başlayır. Belə ki, uzun müddət bu qiymətli
ağac növünün rəsmi yarandığı ərazi müəyyən
edilməmişdi. Qeyd etməliyəm ki, bu
növün qeydiyyata alınması prosesinə qonşu
ölkələr cəhd edirdi.
Bu
ağac növünün mənşəyinin uzun müddət
və mürəkkəb şəkildə müəyyən
edilməsi prosesi Musa müəllimin təşəbbüs və
təşkilatçılığı ilə
aparılmış və dünya elmi ədəbiyyatına -
Eldar şamı kimi daxil edilmişdi ki, vətəni
Azərbaycanın Samux rayonu ərazisi kimi göstərilmişdi.
Musa müəllim harada işləməsindən
asılı olmayaraq, istər qabaqcıl texnologiyalarda, istərsə
də kənd təsərrüfatı sahəsində, meşə
təsərrüfatındakı ağac növlərində
istehsalata həmişə yeniliklər tətbiq etməyə
çalışırdı.
O,
fövqəladə işinin bilicisi, fenomenal hafizəyə
malik olmaqla, günün istənilən vaxtında 10-15 il
öncə Respublikada nə qədər pambıq
yığılıb, nə qədər lif ixrac edilib və
sair bunları deməklə, biliklərini həvəslə
paylaşmağı xoşlayan insan idi. Yaxşı rəhbər,
təşkilatçı idi və heç təsadüfi
deyil ki, Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda əmək fəaliyyətinə assisent kimi
başlamaqla, daha sonrakı illərdə nazir müavini, nazir,
dövlət komitəsinin sədri, Nazirlər Kabineti sədrinin
müavini kimi yüksək vəzifələrdə
çalışmışdı.
Ancaq Musa Salam oğlu Məmmədov hər hansı bir vəzifəni
tutmasından asılı olmayaraq, həmişə sadə,
insani keyfiyyətlərə malik, öz bilik və
bacarıqlarını paylaşmağa hazır bir müəllim
idi. O, həyatında
rast gəldiyi insanların yaddaşında beləcə də
qaldı.
Arif
RƏHİMZADƏ
525-ci qəzet.- 2021.-
7 iyul. S. 15.