Hazırladığım əl
işlərinin çoxunu hədiyyə
edirəm"
Ramin Qulammirzəyev:
"Bizdə əl işlərinə maraq çox azdır"
Taxtadan hazırladığı
əl işləri ilə sosial mediada məşhurlaşan
Ramin Qulammirzəyev ixtisasca operator olsa da, bu sahəyə
daha çox maraq göstərir. Dediyi kimi,
əl işləri hazırlamağı və
rəsm çəkməyi
hobbi sayır.
Ramin Qulammirzəyevlə
söhbəti təqdim
edirik.
***
- 2015-ci ilə qədər hər yeni ildə
uşaqlara hədiyyə
alırdım. Həmin
il hədiyyə
ala bilmədiyim üçün
internetdən taxtadan əl işi hazırlamağın üsullarını
araşdırdım. Onlar üçün
taxtadan hədiyyə hazırladım. Elə o vaxtdan
bəri müxtəlif
suvenirlər hazırlayıram.
- Nə qədər vaxt sərf edirsiniz həmin işləri hazırlamağa?
- Suvenirin hazırlanması onun həcminə görə dəyişir.
Əvvəlcə kəsib hazırlayıram.
Sonra yapışdırma və
boyama işi başlayır. Beləcə, əl işlərinin hazırlanması təxminən
bir həftə vaxt aparır.
- Hazırladığınız əl
işlərindən qazanc
əldə edirsinizmi?
- Sata biləndə satıram, alınmayanda isə hədiyyə verirəm. Toz bağlayana kimi
kiminsə evində xoş bir aura yaradır. Kimisə sevindirərək özüm də sevinirəm. Qazancım əsasən
köhnə stolları,
divan və kresloları
yenidən təmir edəndə olur.
- Hazırda harada işləyirsiniz?
- İlk dəfə
ANS telekanalında operator kimi
çalışmağa başlamışam. Sonradan isə
İctimai Televiziya yaranan gündən fəaliyyətimi orada davam etdirdim.
- Sosial şəbəkələrdə
əl işlərinizi
paylaşmaq qərarına
necə gəldiniz?
- Elə sosial mediada paylaşım etməyə
də 2015-ci ildən başlamışam. Dostlar sağ
olsunlar, bəziləri
məsləhət verib
köməklik etdilər.
Beləcə bu işə
başlamağıma vəsilə
oldular.
- Hər bir insanın
sevdiyi musiqi olur. Bəs siz əl işlərinizi hazırlayarkən
hansı musiqilərə
qulaq asırsınız?
- Mən iş gördüyüm zaman musiqiyə qulaq asmıram. Çünki alətlərin səsi
musiqinin səsini öldürür. Onun üçün
musiqini yol gedərkən qulaqcıqda
dinləyirəm və
hər düzəltdiyim
suvenirin fonunda gözəl musiqilər seçib paylaşıram.
- Bildiyim qədər, əl işlərinizin çox olmasına baxmayaraq, emalatxananız yoxdur. Emalatxana açmaq fikriniz
varmı?
- Emalatxana üçün müəyyən maliyyə
və hazırladığın
əl işlərinə
tələbat olmalıdır.
Onlar olmadığı halda emalatxana açmaq xeyir əvəzinə zərər gətirəcək.
Daha çox heyvanlar üçün evlər düzəltdiyimə görə
istəyərəm həyətində
bir emalatxanam olsun, amma onun
üçün də
yer yoxdur.
- Gələcəklə bağlı
hansı planlarınız
var?
- Mən çox vaxt nəyisə planlaşdırmağı sevmirəm.
Çünki əvvəlcədən nəyisə planlaşdıranda
alınmır. Adicə suvenirləri
də anidən gələn fikirlərlə
hazırlayıram. Amma xaricdə
mənim hazırladığım
əl işlərinə
maraq olduğu üçün orda yaşayıb, əl işlərimi hazırlayıb
marağında olan insanlar üçün istehsal etmək istərdim.
Günel ABBAS
525-ci qəzet.- 2021.-
7 iyul. S. 22.