Yer yerindən
oynadı...
Heç
bilmirəm nələrə təəccüblənim,
nə
görmədim 70 yaşım olunca?
Nə
desinlər həvəslənim, təblənim,
səbr
də yox, kor quyumuz dolunca.
Hirslənməyə
səbəb hanı, bağırım,
salğın da var, savaş da var, ölüm də.
Bir
qulağı eşidən yox, çağırım,
bir
güldürən qalmayıb ki, gülüm də.
Hamı
olub siyasətin pərgarı,
danışırlar bir-birinin bəhsinə.
Hardan
tapım, bir sərrafi, zərgarı,
baxıb
desin zər hansıdır, saxsı nə?
Nuhun
özü qiyamətə qalmadı,
bax, gəmisi
Ağrı dağın başında.
Pənah
xansız qaramata dalmadı,
nələr varmış Qarabağın başında.
Dediklərim
sizə çöçün gəlməsin,
yaşamışıq hey itirə-itirə.
Gözləmişik, xızır neyçün gəlməsin?
Xızır gələ torpaqları gətirə.
Gəldi
çıxdı, ağ atının
belində,
yer
yerindən, göy göyündən oynadı.
Dəmir
yumruq yüz milyonun dilində,
Türk
dünyası Turan dedi qaynadı.
Göz dəyməsin,
Şuşamıza qayıtdıq,
Halal olsun başımızda durana.
Dağımıza-daşımıza
qayıtdıq,
inşaallah qayıdarıq Turana!..
Əsgərim
Uca boylu,
dağ vüqarlı əsgərim,
oğuz
soylu, ixtiyarlı əsgərim,
xoşamallı, sülhməramlı əsgərim,
Allah səni bəd nəzərdən saxlasın.
Heç
kimsənin torpağında gözün yox,
əlin
ağır, ayaq yüngül, gözün tox,
yandırmazsan düşmən evin, közün çox,
Allah səni bədnəzərdən saxlasın.
Bir ölərsən,
minin doğar analar,
südlə, qanla ər yoğurar analar,
Şəhid
olsan, qürur duyar analar,
Allah səni bədnəzərdən saxlasın.
Əcdadı heç
olar saxta millətin...
Açıq
qapılardan girməyə nə var,
bacarsan
bağlanmış qapıları aç.
Axtalanmış
atı sürməyə nə var,
oğulsan xam atın belinə dırmaş.
Bura
köhnə hamam, bu da köhnə tas,
bu qədim
bazarın nırxı da qədim.
Bu hamam
suyuynan dost tutmaq olmaz,
bunun
hovuzu da, arxı da qədim.
Yatsa
yuxusuna girməzdi əsla,
bu zati
qırığın düşdüyü durum.
Vallah,
röyasında görməzdi əsla,
Gözünün önündə Ağrı,
Ərzurum.
Mehri hardan çıxdı, Zəngəzur hardan? -
Yağı dəyirmanın çarxı çıxıbmış.
Türkün qafasında bu hüzur hardan? -
Şuşanın fəthinin qırxı
çıxıbmış.
Biz əski
bazarın nırxın dəyişdik,
nə
alandan sorduq, nə də satandan.
Əski
arabanın çarxın dəyişdik,
İzn
istəmədik ara qatandan.
Yerdəki
sədləri yerdə buraxdıq,
göylərin sahibi göytürkmüş demə.
Düşmənə dərd verib, dərdə
buraxdıq.
Çaxan ildırımlar ürkütmüş demə.
Övladı
bic olar zina dövlətin,
kimi
güclü görsə, itaət eylər.
Əcdadı
heç olar saxta millətin,
özgə kilsəsində ibadət eylər.
Aləmin
yarasın hey qaşıdılar,
verməzlər kimsəyə əlacı bunlar.
Adəmdən
Həvvaya söz daşırdılar,
erməni
adında qaraçı bunlar.
Qanları
yoğrulub fitnə-fəsadla,
yanan
ocaqları sac tanımayıb.
Əlləri
uyuşmaz oxla, busatla,
başları heç zaman tac tanımayıb.
Mayası
nifrətdən, kindən yoğrulub,
türknəndi söhbəti-sovu bunların.
Könülsüz
əkilib, xəlvət doğulub,
sirr ilə
doludur növü bunların.
Dəvə
quyruğunda pırpız olarlar,
Qısılıb yaşarlar quyruq ucunda.
Dəvənin
gözündə yarpız olarlar,
çalıb oynadarlar, buyruq ucunda.
Bir qədirbilməzə
Sən bu
ömrü elə-belə yaşama,
nəfəs alma, hava səni sıxırsa.
Sevmədiyin
yükdən qurtul, daşıma,
gücün yetməyirsə, canın çıxırsa.
Yaşamaqçün
yaşamaqdan fayda yox,
həzz
almasan, çalışmağa dəyərmi?
Ömrü
necə sürməlisən, qayda yox,
Kölə kimi alışmağa dəyərmi?
Yüz
yaşamaq hünər deyil, unutma,
elə
yaşa, gedişinə ağlayaq.
Urvatlı
get, kim dünyadan doyubdur?
Baxıb, paşa gedişinə ağlayaq.
Kimlər
gəldi, kimlər getdi sayı yox,
Adəmindən Məhəmmədə çatınca.
Kiminin az, kiminin də payı çox,
qatlaşsınlar qiyamətə çatınca.
Bu qaçaqaç, bu basabas sondumu?
Nuhun taxta
gəmisində yer də yox...
Başımıza şahlıq quşu qondumu?
Alabaxta zəmisində tir də yox.
Ovçuların
tüfəngləri əlində,
bir bəhanə
axtarırlar atmağa.
Dayanmısan,
tapançan da belində,
yer gəzirsən
dincəlməyə, yatmağa.
O qədər
günahımmı var?
Ölüm,
sənə işim düşüb,
al
canımı yatan vaxtı.
Yuxu
gördüm - dişim düşüb,
diş
sümüyə çatan vaxtı.
Ölüm,
başqa yolum yoxdur,
vallah
sağım, solum yoxdur,
haqqa
çatan qolum yoxdur,
namərdlər daş atan vaxtı.
Ölsəm,
qısırlar da doğar,
səhralara qar da yağar,
dəryalar dibinə axar,
Nuh gəmisi batan vaxtı.
O qədər
günahımmı var?
cəhənnəm pənahımmı var?
qalmağa sabahımmı var? -
Əzrayıl
gül satan vaxtı.
Ölüm,
qurtar bu bazarı,
çox
uzatdın e azarı,
yer var
ikən qaz məzarı,
əcəl gəlib çatan vaxtdı.
Məndən
niyə qorxursan ki?
Məndən
qorxma,
bəyənmədiyin qızın öfkəsindən
qorx,
saymadığın düşmənin fitnəsindən,
eşitmədiyin öyüdün keşkəsindən qorx.
Dağın
yox,
aranın
şaxtasından,
bayquşdan çox,
Allahın
alabaxtasından,
gözü dönmüş öküzdənsə,
sapı
sınmış noxtasından qorx!
Pulsuzun,
müflisin qəzəbindən,
ədəbsizin yalançı ədəbindən,
dinməzin, söylənməzin qəhqəhə çəkib
gülməsindən,
namərdin qeyrətə gəlməsindən,
yalançı ədasından qorx.
Qışda
çaşıb çiçəkləyən ağacdan,
perikmiş turacdan,
dul
qadınınn
düyməsi qırılmış qoftasından qorx.
Dostun, yoldaşın saxtasından qorx.
Goru
çatlamışları didərgin ruhundan,
kütlənin
sel gələndə
çör-çöp kimi
öndə gedən qaragüruhundan,
qəzalı binanın
çürük taxtasından qorx.
Mən
Allahın vergili bəndəsiyəm,
məndən niyə qorxursan ki?
Qaraciyər
Susar,
sızıldamaz, içində çəkər,
Sevər unutmağı, unudulmağı.
Sənə
çox bənzəyir, bu qaraciyər,
istəməz ağciyər, ürək olmağı.
Çıxar
ortalığa qürub çağında,
illərin hesabın qoyar qarşına.
Lapdan
yaxalanan suç ortağın da
insafı,
mürvəti sayar arşına.
Qəribə
doğmadır, qəribə yaddır,
çalışar başını salıb aşağı.
Təpədən
dırnağa təəssüratdır,
bütün tərcümeyi-halı bayağı.
Nə
onla yaşamaq olur, nə onsuz,
qədrini bilməkçün öləsən gərək.
Şöhrəti
qısadır, töhməti sonsuz,
təzədən dünyaya gələsən gərək.
Savab-günah
Deyərsən
ki, Allah verən ömürdür,
nə
biləsən bu gün bitə, ya sabah?
Qırx
da, yüz də yaradandan əmirdir,
lütfü-xuda ya savabdır, ya günah?!
Savab bilib
günahlara batarsan,
cənnət sanıb, cəhənnəmə çatarsan,
yuxu
bilib qəflətlərdə yatarsan,
Oyanarsan, oyanmazsan, ya pənah. -
Oyansan da, ya şiş yanar, ya kabab?
Bir könüldə iki
evi isitdik...
71-i
haqlamışam, az qalıb,
qınamayın, gənclik ağlım başımda.
Necə
deyim, ilk sevdiyim qız qalıb
Qarabağda - qara qəbir daşında.
Unutmuşam
nə vaxt gördüm son kərə,
Omu küsdü, mənmi atdım? - unutdum.
Xatirəmiz
döndü daşa, heykələ,
sevgimizi
həsrətimiz soyutdu.
İmkan
atdı hərəmizi bir yerə,
qismət
bizə nə söylədi eşitdik.
Sadiq
qaldıq ömür boyu qədərə,
bir
könüldə iki evi isitdik.
50 ildə
görüşmədik bir dəfə,
aramızda məsafəni saxladıq.
Üz
çevirib hərəmiz bir tərəfə
mehrimizi
uşaqlara bağladıq.
Nə
romana, nə dastana düşmədik,
abrımızı, hayamızı qoruduq.
Alnımıza
yazılandan keçmədik,
Tanrı verən payımızı qoruduq.
Bir gileyin eşitmədim...
48 illik tək
dostum, ən qiymətli varlığım Züleyxanın
xatirəsinə
Dünya
boyda dərd apardın özünlə,
Heç kimsəyə qəlbindəkin demədin.
Anlamadıq,
anlatsan da gözünlə,
Hamısı sirr kimi qaldı əbədi.
Minnət
yükü götürmədin kimsədən,
Nə qohuma, nə də yada əyildin.
Sevgimizə
güvən idi hədiyyən,
Bu bəxşişdən heç nigaran deyildin.
Əcəl
bizi dönə-dönə eşitdi,
Üstümüzdə haqqı-sayı qalıbdır.
Ölüm
ki, var cürbəcürdü, çeşiddi,
əzrayılın ehsan payı qalıbdır.
Səfər
üçün dayanmışam növbədə,
Çatar sonu basabasın, tıxacın.
Bir
ayağım pirdə, biri tövbədə -
Babalını necə çəkər tox acın.
48 il sevgi ilə yaşadıq,
İmkanımız gah oldu, gah olmadı.
Yükümüzü
belimizdə daşıdıq,
Yol yoruldu, belimiz yorulmadı.
Nə
atadan, nə anadan ummadıq,
Bizdən qalan nəvələrin bəsidir.
Öləndə
də gözümüzü yummarıq,
Qəbrimizdə qulağımız eşidər.
Bibiheybət
məzarlığı son duraq,
70 ilə dünya yaman dəyişdi.
Başdaşına
göyərçinmi yonduraq,
Sülh quşudur bəlkə, zaman dəyişdi?
***
Bir gileyin
eşitmədim,
qeybət
nədir, bilmədi ki.
Nə
düşündü, onu dedi,
heç
yalandan gülmədi ki.
Səliqə-səhman
dəlisi,
gül
kimi, çiçək kimiydi.
Ömrümə
mehman gəlişi,
Gedişi mələk kimiydi.
Əlinin
dadı ağzımda,
sığal-tumarı əynimdə.
Nəsihəti
qulağımda,
haqqı,
əməyi çiynimdə.
Heç
belə qadın yox imiş,
Vallah, bənzərin görmədim.
Tanrı
yaradan çox imiş,
oxşar
nəzərin görmədim.
Qayadan
asılı qaldım,
kor bulaq
çeşməsiyəm.
Doymadım,
tamarzı qaldım,
mən
Züleyxa təşnəsiyəm.
Əhməd
HÜSÜOĞLU
525-ci qəzet.- 2021.-
2 iyul. S. 15.