"Qələbəmizin
ədəbiyyatda layiqli inikası mütləq olacaq"
"9-luq"
Musa URUD
(şair)
- İnsanlığın mahiyyəti sabitlik, yaratmaq və
inkişaf, doğulub-artmaq deməkdir. Müharibə
insanlığın astar üzüdür. Müharibə insanın dağıdıcı,
yırtıcı xarakterinin kollektiv şəkildə
nümayişidir. Müharibə bəşəriyyətin
ən faciəli kəşflərindən biridir. Müharibə bir toplumun, dövlətin,
koalisiyanın öz rəqibinin iradəsini zorla özünə
tabe etdirmək vasitəsidir. Müharibə
silah, zor, qan, faciə, xəsarət, şəhidlik deməkdir.
Ədalətli, yaxud ədalətsiz
olmasından, işğalçı, yaxud azadlıq xarakteri
daşımasından asılı olmayaraq, müharibə
insanın insanı öldürməsi deməkdir. Bəşər tarixi müharibələr tarixidir.
Buna görə də bəzən deyirlər ki,
sülh dövrü müharibələr arasındakı fasilədən
başqa bir şey deyildir.
Bəziləri də söyləyirlər
ki, müharibə ayrı-ayrı dövlətlərin, bəzən
isə bəşəriyyətin inkişafına güclü
təkan verir, yenilənmə gətirir. Məsələn,
Birinci Dünya müharibəsində kimyəvi silahın tətbiqi
yüz minlərlə insanın məhvinə səbəb
oldusa, müharibədən sonra kimya sənayesinin
inkişafına güclü təkan verdi.
Yaxud, İkinci Dünya müharibəsinin sonunda
atom bombasının kəşfi və tətbiqi faciələr
gətirsə də, atom enerjisinin sülh məqsədi ilə
istifadəsi ideyasını da gerçəkləşdirmiş
oldu. İstənilən halda müharibə
dağıntıdır, yoxsulluq və insan iztirabıdır.
Təbii inkişaf qanunauyğunluğuna zidd olan hər şey, antiinsanidir,
antibəşərdir.
Cavan oğulun yaşlı atasını dəfn etməsi,
yasa gələnlərdən başsağlığı qəbul
etməsi təbiidir, normaldır. Yaşlı atanın cavan oğlunu
dəfn etməsi isə müharibədir! Müharibə bəşəri ola bilməz! Ədəbiyyat isə bəşəridir!
Ədəbiyyat
sözlə naxış toxumaqdır, sözlə divar
hörməkdir, sözlə ev tikməkdir,
müalicə etməkdir, həyatı öyrətməkdir. Müharibənin predmeti silahdırsa, bədii ədəbiyyatın
silahı sözdür, fikirdir, təxəyyüldür.
Müharibə öz iradəsini rəqibinə
zorla qəbul etdirmək vasitəsidirsə, ədəbiyyat
yazıçının düşüncələrinin bədii
söz vasitəsi ilə oxucusuna çatdırmaq, təlqin
etmək sənətidir. Ədəbiyyat
harmoniyadır, ədəbiyyat qarışqanın həyatıdır,
arının yaşam tərzidir.
Ədəbiyyat insanı yetişdirmək, kamilləşdirmək
niyyəti daşıyırsa, müharibə insanı
düşünmür, ədəbiyyat insan
üçündürsə, müharibədə insan məqsəd
üçün bir vasitə rolunu oynayır.
Müharibə ədəbiyyatı deyilən bir ədəbiyyat
yoxdur, müharibədən bəhs edən əsərlər
vardır. Və bu əsərlərin də, demək olar ki,
hamısı sülhü təbliğ etmək məqsədi
daşıyır. İnsan ölümünə bais olan
müharibə, ədəbiyyatın təhlil və tədqiqat
mövzusu ola bilər, amma təbliğat və
tərənnüm edilə bilməz.
Müharibə mövzusunda istər dünya ədəbiyyatında,
istər milli ədəbiyyatımızda, o cümlədən,
folklorumuzda olduqca maraqlı və dəyərli nümunələr
var. Amma qəhrəmanlıq dastanını oxuyub qəhrəman
olana heç rast gəlmədim!
-
Adına Vətən müharibəsi dediyimiz İkinci
Dünya müharibəsi və adına
Qarabağ müharibəsi dediyimiz Vətən müharibəsi
istər miqyas etibarı ilə, istərsə də xarakterinə
görə bir-birindən fərqləndiyi üçün bu
müharibələrin ədəbiyyatda inikası da fərqli
təsir bağışlayır.
1941-1945-ci
illər müharibəsi dövrün iki nəhəng dövlətinin
- Almaniyanın və SSRİ-nin arasında Hitler reyxinin
dünyaya ağalıq etmək iddiasindan doğan
ölüm-dirim savaşı idisə, Qarabağ müharibəsi
vaxtilə qucaq açdığımız, öz
torpaqlarımızda yer verdiyimiz ermənilərin xəyanətkar
separatizmi və Ermənistanın ölkəmizə ərazi
iddiasından qaynaqlanan işğalçılıq müharibəsi
idi. Əgər 1941-ci ildə Sovet hökuməti artıq 24
yaşında oturuşmuş, bütün idarəetmə
strukturları formalaşmış, başında Stalinin
dayandığı ideoloji təbliğatı və təsir
gücü güclü olan
möhkəm mərkəzi idarəetməyə malik bir
totalitar dövlət idisə, 1991-1993-cü ilin Azərbaycanı
haqda güclü sözünü heç bir halda və
heç bir mənada işlədə bilmərik. Həmin illərdə elə bil ki, dövlət
müharibə aparmırdı - əslində, dövlətin
yalnız adı var idi - ayrı-ayrı rayonlar və pərakəndə
dəstələr vuruşurdu. Necə ki,
indi fələstinli uşaqlar hərdən İsrail tərəfini
daşlayır. Və nəticədə
itkilər verdik, torpaqlarımız da işğal olundu.
Məğlubların böyük ədəbiyyatı
olmur.
Sovet-alman
müharibəsi isə qanlı-qadalı 4 il
davam etsə də, Sovet hökuməti qalib çıxdı
və qalibiyyətin ədəbiyyatı yarandı.
Digər bir fərq isə ədəbiyyat
adamlarının müharibədə bilavasitə
iştirakı ilə bağlıdır. Əgər Sovet-alman
müharibəsində görkəmli Sovet, o cümlədən,
Azərbaycan yazıçılarının böyük bir dəstəsi
(İsmayıl Şıxlı, Rəsul Rza, Süleyman
Rüstəm, Ənvər Məmmədxanlı,
Əbülhəsən, Hüseyn Abbaszadə, Əhməd Cəmil,
Gəray Fəzli və b.)
şəxsən iştirak etmişdi, qalan qismi isə (Səməd
Vurğun, Əli Vəliyev, Mehdi Hüseyn, Əliağa Vahid,
Məmməd Rahim və b.) təşviqatçı kimi cəbhə
bölgələrində tez-tez çıxışlar edərək
müharibənin ab-havasını birbaşa ciyərlərində
hiss etmişdilər.
Qarabağ
savaşında isə döyüşən şair və
yazıçılarımız - Alı Mustafayev, Nizami
Aydın, Fuad Qəriboğlu - şəhidlik zirvəsinə
ucaldılar - müharibə təəssüratlarını ədəbiyyata
gətirə bilmədilər. Müharibə
mövzusunda (daha çox Xocalı soyqırımı
haqqında) şeirlər və publisistik məqalələr
diqqəti cəlb edir. Çağdaş
yazıçılarımız indiyədək məğlubiyyətin
hekayəsini danışdılar.
Bununla
yanaşı, hesab edirəm ki, 28 sentyabr-10 noyabr 2020-ci il tarixlərindəki 44 günlük Vətən
müharibəsinin qalibiyyət ədəbiyyatının
yaradılmasının şahidi və
iştirakçıları olacağıq. Ali Baş Komandan İlham
Əliyevin, Vətən müharibəsi qəhrəmanları
Mübariz İbrahimovun, Raquf Orucovun, Polad Həşimovun, Hikmət
Mirzəyevin və başqalarının Qəhrəman
obrazları ədəbiyyatımıza daxil olacaq.
-
Sözün birdiyi yer müharibənin, savaşın
başlandığı yerdir. Çox zaman
deyirlər ki, müharibə siyasətin zorakılıq vasitələri
ilə davamıdır.
Sözün bitdiyi yer həm də ədalətin
olmadığı, haqqın nahaqqın qapısında
boynubükük qaldığı yerdir.
Sözün bitdiyi yer Allahın unudulduğu yerdir.
Amma mən istəyirəm ki, sözün bitdiyi yer ədəbiyyatın
tarlası olsun. Sözümüz sünbül-sünbül boy
atsın, dən tutsun, halal çörək kimi oxucunun mənəviyyət
süfrəsinə bərəkət gətirsin!!Günel
Anarqızı: Qorxuram, çox qorxuram... | 1news.az | Xəbərlər
Günel
ANARQIZI
(nasir)
- Məncə,
onlar bir-birini tamamlamalıdır. Çünki
qalib olmuş ölkənin ədəbiyyatı daha öncə
bir növ məğlubiyyət kompleksi ilə yaranmış ədəbi
nümunələrinin davamı olaraq, müharibə zamanı
toplanmış material və təcrübə əsasında
daha dolğun məna kəsb etməli, öncə cavabsız
qalan suallara konkret cavablar verməlidir.
- Məncə,
bu barədə söhbət açmaq bir qədər tezdir.
Çünki İkinci Qarabağ savaşından sonra
çoz az vaxt keçib. Amma
əminəm ki, qələbəmizin ədəbiyyatda layiqli
inikası mütləq olacaq və bizi gələcəkdə
möhtəşəm əsərlər gözləyir. Çünki qələbə, ələlxüsus
da bu cür qələbə ilhamlandırmaya bilməz.
- Məncə,
söz heç vaxt bitmir...
SERİALLARIMIZ
(üçüncü söhbət) 1905.az
Rövşən
İSAX
(kinorejissor)
-
Müharibə olmadan da ədəbiyyat olduğuna görə ədəbiyyat
müharibəni də həzm edə bilir. Bu mənada
həmişə ədəbiyyat müharibəyə qalib gəlib.
Müharibə - ədəbiyyat
- müharibə ədəbiyyatı
üçbucağında ədəbiyyat mərhəmətli
ana funksiyasını daşıyır. Çünki
ədəbiyyat müharibənin yaralarını
sarımağı və sağaltmağı bacarır deyə,
yaşayır. Məhz buna görə mənim
düşüncəmdə haqqında
danışdığımız üçbucağın ən
üstün bucağı ədəbiyyatdır.
- Böyük Vətən müharibəsi
anlayışı, əslində, Sovet imperiyasının bizə
təqdim etdiyi formadır. Yəni Azərbaycan müstəqil
olandan sonra mənim üçün sadəcə II Dünya
müharibəsi anlayışı var. Bunu ona görə ətraflı
qeyd edirəm ki, 600 mindən çox insanımızın
döyüşdüyü müharibədən sonra ədəbiyyatımızda
yaranan bütün qəhrəmanların yanında mütləq
şəkildə "İvanovlar", "Nataşalar"
olmalıydı. Sanki ədəbiyyatın oxucuya
təlqin etdiyi və yaxud təqdim etmək istədiyi qəhrəman
azərbaycanlılar təkbaşına qəhrəmanlıq
edə bilməyiblər. Halbuki nə qədər
qəhrəmanımızın olduğunu hamımız
bilirik. Xalqımızın Qarabağ
uğrunda apardığı mübarizədə son 29 ildə
ədəbiyyat sanki məğlubiyyətimizin diktə etdiyi xəcaləti
yaşayırdı. Amma 2020-ci ildə Azərbaycan
xalqının "Dəmir yumruq" əməliyyatı ilə
qələbə qazanması ədəbiyyatın
qarşısına yeni vəzifələr qoyub. Bu baxımdan, 1941-1945-ci illərlə 1991-2020-ci illər
arasında ədəbi müqayisə aparmaq, əslində,
bir qədər tezdir. Çünki qələbədən
sonrakı ab-havada yaranan ədəbiyyat hələ öz
sözünü deməyib. Açığı,
bu günədək Azərbaycan ədəbiyyatının
dünya səviyyəsində diqqət çəkə bilməməsində
də artıq tarixə qovuşan itkilərimizin payı var.
Ümid edirəm ki, qarşıdakı illərdə
Şoloxov kimi Nobel mükafatı alacaq
yazıçımız mütləq olacaq və o zaman biz fərqli
dövrlərdəki ədəbi fikirdə olan oxşar və
fərqli cəhətləri görə biləcəyik.
- Burda səmimi
şəkildə gördüyüm, anladığım real və
çox acı bir həqiqəti söyləyəcəm. Təəssüflər olsun ki, MÜHARİBƏ
dünən də, bu gün də ƏDƏBİYYATIN da,
KİNONUN da (rejissor olduğum üçün bunu qeyd etməyə
bilməzdim) mövzu mənbəyidir. Müharibə
adını çəkdiyimiz sahələrdə şedevrlər
yaradır. Təbii ki, hamı kimi, mən
də arzulayıram ki, gələcəkdə müharibə
mövzu mənbəyi olmasın, amma acı reallıq budur ki,
bu, ancaq arzudur. Sözün bitdiyi yer də
məhz buradır.
525-ci qəzet.- 2021.- 6
iyul. S. 11.