Firuz
Mustafanın hekayələri
Firuz
Mustafanın hekayələrdən at ayaqlarının
tappıltısı və at kişnərtiləri eşidilir.
Onun hekayələri Mirzə Fətəlidən üzü bəri
gələn nəsrimizdə öz mövzu, təsvir
materialları və hətta yazı tərzinə görə
tamamilə yeni hadisədir.
Düzünü
deyim ki, indi - yəni bu yaşda nəsə oxuyanda, gözlərimi
səhifələrə gəzdirirəm. Çünki məni
sətir-sətir oxumağa məcbur edən əsərlər
az olur və ümumiyyətlə, xüsusən, son vaxtlar bədii
əsər demək olar ki, oxumuram, ya da çətinliklə,
həvəssiz oxuyuram.
Köhnə
dostum, mənim kimi həqiqət aşiqi və bu aşiqlikdən
mənəvi həzdən başqa heç bir xeyir görməyən,
əksinə, maddi cəhətdən böyük problemlərlə
çulğalaşan tanınmış dramaturq və
maraqlı nəsr əsərləri ustası Firuz
Mustafanın böyük bir kitabı iki gündür ki, əlimdən
düşmür. Bu onun əksər hekayələrinin
toplandığı bir nəşrdir. Hekayələr mənim
hövsələsizliyimə, yaşla bağlı tənbəlliyimə
üstün gəldi. Doğrudur, hekayələrin hələ
hamısını oxuya bilməmişəm və bu kiçik
yazını da kitabdakı üç hekayənin müxtəsər
təhlilinə həsr etmişəm.
Ümumiyyətlə,
şair və yazıçının necəliyini, zəif və
güclü cəhətlərini bilmək üçün əlbəttə,
onun bir neçə, hətta bir şeir və hekayəsini də
oxumaq kifayətdir. Amma bir şərtlə: şair və ya
yazıçı kitabına heç bir zəif əsərini
daxil etməməlidir. Çünki təsadüfən həmin
zəif əsər bütün kitabı gözdən sala bilər.
Bunun üçün müəllif öz yazdıqlarına
soyuq, "kənar nəzərlə" baxmağı
bacarmalıdır. Təəssüf ki, istər Sovet
dövründə, istərsə də sonrakı mərhələdə
bir çox yazıçı və şair belə bir məsuliyyəti
hiss etməyib.
Xoşbəxtlikdən
Firuzun oxuduğum hekayələrinin içində beləsinə
rast gəlmədim. O, özünə və
yaradıcılığına məsuliyyətlə
yanaşan yazıçıdır.
Haqqında
qısaca söhbət açmaq istədiyim həmin
üç hekayə bunlardır: "Haray",
"İşıq" və "At günü". Əvvəla,
onu qeyd edim ki, hekayələri oxuyub belə qərara gəldim
ki, Firuz Mustafa nəsrimizdə bəlkə
də, ən bənzərsiz, özünəməxsus
mövzuları olan bir yazıçıdır. Onun hekayələri
Mirzə Fətəlidən üzü bəri gələn nəsrimizdə
öz mövzu, təsvir materialları və hətta yazı
tərzinə görə tamamilə yeni hadisədir. Ənənəvi
qaydada desək, o, əsasən "kənd ədəbiyyatının"
nümayəndəsidir və kənd həyatı, kənd adamları, kənd ruhu və kənd
havası onun bütün yaradıcılığına bir
növ hopub. Bunu kitabdakı elə ilk hekayədən görmək
olar. Firuz Mustafa bu cəhətdən təsvir ustasıdır.
Bəhs
etdiyim hər üç hekayənin ikinci orijinal cəhəti
həmin hekayələrin bir və iki nömrəli qəhrəmanlarının
at olmasıdır. Və belə çıxır ki,
ümumiyyətlə, bu qalın kitabdakı bütün hekayələrdə
at ayaqlarının tappıltısı və at kişnərtiləri
eşidilir. Bir az qəribə
görünsə də, deyərdim ki, o, sanki atların ruhi aləmlərinin
bilicisidir.
Firuz
Mustafa - Müqəvva » Qadinkimi.com
"Haray"
hekayəsində meşəbəyi və şəhərdən
gələn qonaqlar təsvir
olunur. Onların içində meşə idarəsinin
direktoru da var. Və o meşədə təşkil etdikləri
qonaqlıqda başına qarpız qabığından papaq
qoyduğuna görə meşəbəyi hətta onu bir
müddət tanımır da. Bir az söhbətləşdikdən
sonra bu hadisədən xoşu gəlməyən meşəbəyi
atını sürüb gedir.
Doğrudur,
hekayədə meşə çox reallıqla təsvir edilir.
Amma cəmi dörd səhifədən ibarət olduğuna
görə mənə elə gəlir ki, əsər bir qədər
yarımçıqdır. Daha doğrusu, hekayə
başlandığı yerdə də sona çatır.
"At
günü" hekayəsi, müəllifin özünün də
qeyd etdiyi kimi, yəqin ki, kitabdakı əsərlərin ən
gözəlidir. Hərçənd ki,
"İşıq" hekayəsi
mənə daha güclü təsir bağışladı.
Bu barədə bir qədər sonra danışacağam.
"At
günü" hekayəsində dayçanın obraz kimi
seçilməsinin özü bir ədəbi kəşfdir.
Lakin bu gözəl hekayənin də böyük bir eybi var
ki, onu müəllifə deməliyəm. Əzizim Firuz,
bütün zooloq və hətta zoopsixoloqların müəyyən
etdiyinə və bunun aksioma olduğuna görə, insandan
başqa heç bir canlı göyə - ulduzlara baxmır.
Ona görə də dayçanın qaça-qaça
ulduzlara, buludlara, onların əmələ gətirdiyi
fiqurlara tamaşa etməsi həqiqətə
uyğun deyil. Hekayə dayçanın gözü ilə
çölün, çəmənin, rəngbərəng
otların, güllərin nəfəsi ilə doludur.
Xüsusilə dayçanın canavar ağzından xilas
olması "At günü" hekayəsinin ən gözəl
və təsirli səhnəsidir və oxucunu uşaq kimi
sevindirir. Amma eyni zamanda qeyd etməliyəm ki, bu gözəl
heyvanın canına qəsd etməsi - yəni intiharı, məncə,
bir qədər inandırıcı deyil.
Firuz
Mustafanın hekayələrində çox vaxt qəhrəmanların
bu və ya digər aktı heyvanlardan çox, müəllifin
istəyi ilə baş verir. Bu isə əsərin psixoloji
realizminə müəyyən zərər vurur. Bu cəhətdən
"İşıq" hekayəsi daha bitkin və
inandırıcıdır. Əsərin qəhrəmanı,
istəklisinin kəndin o başında yaşayan bir adama
qoşulub qaçdığı "İsgəndər"
obrazı, çox güclüdür və onun qəzəbi çox böyük ustalıqla təsvir
edilib. Sanki bu qəzəb, buz əriyib suya döndüyü
kimi, əriyib göz yaşlarına çevrilir. Bununla da elə
bil ki, həllolunmaz konflikt, düyün öz-özünə
açılır.
Ümumiyyətlə,
hər üç hekayənin qəhrəmanı demək olar
ki, atlardır. Lakin bununla yanaşı, Firuz Mustafa insan
psixologiyasına da yaxşı bələd olan bir
yazıçıdır.
Əlisa NİCAT
525-ci qəzet.- 2021.- 9
iyul. S. 15.