Aşıq
Ələsgər irsini təbliğ edəcək ictimai birlik
yaradılıb
İyulun
15-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində
"Dədə Ələsgər Ocağı" İctimai
Birliyinin təqdimatı keçiriləcək.
AZƏRTAC
xəbər verir ki, "Dədə Ələsgər
Ocağı" İctimai Birliyin yaradılması
Aşıq Ələsgər irsini və aşıq sənətinin
təbliği, gənc nəslin milli ruhda tərbiyə
olunması üçün milli dəyərlərimizin təbliği,
beynəlxalq analoji qurumlarla əlaqələrin qurulması məqsədi
daşıyır.
Xatırladaq
ki, Prezident İlham Əliyevin "Aşıq Ələsgərin
200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamına
əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli
Elmlər Akademiyası, Təhsil Nazirliyi və Azərbaycan
Aşıqlar Birliyi ustad aşığın 200 illik yubileyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb.
525-ci qəzet.- 2021.- 10
iyul. S. 13.