Nizaminin "Leyli və
Məcnun"u Kiyevdə təqdim olunub
Dahi
Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin
880 illik yubileyi münasibətilə ukrain dilində Ukraynada ərsəyə
gətirilmiş "Leyli və Məcnun" kitabının
Ukrayna Milli Ədəbiyyat Muzeyində təqdimat mərasimi
keçirilib.
Dövlət
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki,
tədbirdə Ukraynanın tanınmış elm və ədəbiyyat
adamları, media və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Ukrayna
Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr
Boqomolov, tanınmış şərqşünas-alim Qriqori
Xalimonenko, Ukrayna Milli Elmlər Akademiyası Ukrayna Dili
İnstitutunun direktoru, professor Pavel Qriçenko,
tanınmış dramaturq, professor Larisa Xorelets, Ukrayna Tərcüməçilər
Birliyinin rəhbəri Sergey Borşevski, "Yaroslav Val" nəşriyyatının
direktoru, tanınmış şair Svetlana Ko-ronenko,
Kiyev-Moqilyanski Akademiyası Milli Universitetinin professoru Fərhad
Turanlı, Ukrayna Kitab İnstitutu Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Darina Stepanyuk
çıxış edərək dahi şairin
yaradıcılığı haqqında fikirlərini
bölüşüblər.
Dövlət
Tərcümə Mərkəzinin idarə rəhbəri,
yazıçı Etimad Başkeçid Nizami Gəncəvinin
880 illik yubileyinə təsadüf edən 2021-ci ilin Azərbaycanda
"Nizami Gəncəvi ili" elan olunduğunu qeyd edib, dahi
şairin əsərlərinin insana və Allaha sonsuz sevgiylə
dolu olduğundan, bu zəngin söz xəzinəsinin tarix boyu,
dilindən və dinindən asılı olmayaraq, dünya
xalqları tərəfindən sevilərək, öyrənildiyindən
danışıb.
Tanınmış
şərqşünas-alim, nizamişünas, professor Qriqori
Xalimonenko Nizami irsinin Ukraynada tədqiqindən, Azərbaycan
klassik ədəbiyyatının dünya poeziyasına təsirindən
söz açıb. Kitabın yaxın günlərdə
ölkə kitabxanaları və universitetlərinə yerləşdiriləcəyi
bildirilib.
Tədbirin
sonunda layihənin həyata keçirilməsində göstərdikləri
dəstəyə görə Ukrayna Milli Ədəbiyyat
Muzeyinin direktoru Qalina Sorokeyə, "Yaroslavov Val" nəşriyyatının
bir qrup əməkdaşına, layihənin koordinatoru Marina
Qonçaruka və kitabın redaktoru Qriqoru Hüseynova
Dövlət Tərcümə Mərkəzinin diplomları təqdim
olunub.
Ukraynanın
zəngin ənənəli "Yaroslavov Val" nəşriyyatında
işıq üzü görmüş kitabı ukrain dilinə
görkəmli Ukrayna şairi, tərcüməçi Leonid
Pervomayski tərcümə edib. Kitabın redaktoru Taras
Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı
Qriqori Quseynov, "Ön söz"ünün müəllifi
görkəmli şərqşünası alim Aqafangel
Krımskidir.
525-ci qəzet.- 2021.- 13
iyul. S. 9.