Qaçan adam
- Bir rəsmin dedikləri
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
rəssam Vüqar Əlidir. Vüqar bəylə onun "Qaçan adam"
əsəri haqqında
danışmışıq.
- Rəsmin ideyası necə yaranıb?
- Mən həmişə özümlə bir kağız, bir qələm götürürəm.
Bir əlim həmişə qələmdə olur ki, beynim daim
axtarışda olsun.
Bu rəsmin də
ideyası elə şəraitdə - iclaslardan
birində qələmlə
işləyərkən gəlib.
- Bu adam nədən qaçır?
- Həyat hərəkət
deməkdir. Mədəniyyət də, incəsənət
də daima hərəkətdədir. Hərəkətdə olan dinamik fantaziyanın içərisində
təsvirlər onu bildirir ki, hardan-hara
qaçır. Qədim zamanlardan
bəri gələn inkişaf yolunda realizmə, realizmdən də yenidən mücərrədliyə qaçan
insan təsvir olunur. Burada həm kalliqrafiya,
həm də yazı var. Tarixən realizmdən mücərrədliyə,
mücərrədlikdən realizmə doğru inkişaf olub. Şərqlə Qərb daima
bir-birindən götürüb
və bu hərəkətlilik davam
edib.
- Rəsmin bir tərəfində daha çox milli əhval-ruhiyyə, digər
tərəfində isə
antik mədəniyyətin
ab-havası var.
- Burada antik sənətlə
yanaşı, Sovet realizminin detalları da var. Svastika günəşin hərəkət
rəmzi kimi verilib. Kompozisiya prinsiplərindən yeddi prinsipin hamısı burada var.
- Qız bizimkidir?
- Burada bizimki-sizinki söhbəti yoxdur.
- Bəs buta təsvirləri
niyə var?
- Sadəcə dekor kimi istifadə etmişəm. Mesajlar işin içərisindədir.
Realizmi əks etdirən detallar Qərbi təcəssüm etdirir.
Ümumiyyətlə, realizm qərbə
aiddir, mücərrədlik
şərqə. Ancaq onlar
daim qarşılıqlı
əlaqədədir. Məsələn, şkaf ilk dəfə Çində yaranıb.
Şərq isə onu daha da təkmilləşdirib.
- Əgər Qərb
nəyisə götürüb,
inkişaf etdirib daha təkmil formada bizə təqdim edirsə, bu, özü də Qərbin uğuru deyilmi?
- Gəlin, burada uğur axtarmayaq. Bunu mədəniyyətin funksiyası
kimi qəbul edək. Tarixən müharibələr dağıdıb, mədəniyyət
bərpa edib.
- Rəsmin bir tərəfi qədimlikdən,
bir tərəfi isə müasirlikdən xəbər verir.
- Bəli, sağ tərəfdə Qobustanla
bağlı detallara işarə vermişəm.
Əslində, mənim üçün
Qobustan bu gün də müasirdir. Ümumiyyətlə, müasirlik təkcə təqvimlə ölçülmür.
Bəzən biz müasir sənət
deyəndə düzgün
başa düşmürük.
Müasir sənət dünyaya
baxışın, ideyanın
aktuallığı, vacibliyi
və bəşəriliyidir.
Bu, hər sahədə
belədir. Bethovenin
musiqiləri bu gün də müasirdir, Cəlil Məmmədquluzadənin əsərlərində
qoyduğu problemlər
bu gün də aktualdır.
- Sizcə, siz bu əsərdə bəşəri
ideya göstərə
bilmisinizmi?
- Bəli, burda simvolika, svastika, Avropa mədəniyyəti
ilə Şərq mədəniyyətinin sintezi və şərqin qərbə,
qərbin şərqə
müraciəti var.
- Antik heykəlin üzərində nar görmək təəccüblüdür.
- Əslində, mən əsəri işləyəndə
daha çox kompozisiyanın tələbinə
görə nar detalından istifadə etmişəm. Digər tərəəfdən, nar təkcə bizim incəsənətdə
deyil axı. Yunanıstanda da, Karfagendə
də, digər xalqların incəsənətində
də nar var. Hətta ikonalarda belə nar görmək
olar. Nar bəşəridir. 2009-cu ildə mən nar rəsmi ilə bir yarışmaya
qatılmışdım. Orada yarışma iştirakçılarından
biri mənə narla bağlı qədim bir Karfagen nağılı göndərmişdi. Oxuyandan sonra
gördüm ki, mənim rəsmdə çəkdiyim obraz Karfagen nağılının
personajı imiş.
Halbuki mənim bundan əvvələr xəbərim
olmayıb. Bir sözlə,
nar dünyanın bir çox xalqlarının mədəniyyətində
var.
- Əsərin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Əsasən simvolikaya
üstünlük verdiyim
üçün burada
çox rəngdən
istifadə etməmişəm. İstifadə etdiyim rənglər isə isti rənglərdir.
Qara, qırmızı və qızılı rənglər
üstünlük təşkil
edir. Ümumiyyətlə, hərəkət təsviri olduğu üçün isti rənglərə üstünlük
vermişəm.
- Bu rəsm bizə nə deyir?
- Deyir ki, həmişə
hərəkətdə olmaq
lazımdır.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 14 iyul.- S.21.