Azərbaycanın tolerantlıq mühiti: dünyaya təkrarsız örnək

 

Tolerantlıq müxtəlif xalqların etnosların mədəni irsinin öyrənilməsi, milli mədəniyyətlərin adət ənənələrinin, milli ruhun qorunması deməkdir. Azərbaycanda tolerantlıq ənənəsinin əsası uzun illər öncə qoyulub.

 

Azərbaycanda tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara dinlərə hörmətlə yanaşılıb. İllər keçdikcə bu münasibət dəyişməyib. Əksinə, daha da dərinləşib. Beləliklə ,  tarixdən süzülüb gələrək milli dini tolerantlığın Azərbaycan modeli formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin edilib. Ölkə ərazisində milli dini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı alınıb. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün azsaylı xalqların dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit edib.

 

Son 15 ildə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların müxtəlif dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

 

Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir.

 

Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir.

 

Prezident İlham Əliyevin dediyi kimi, dinlər məzhəblər arasında dostluq dözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs çağırışlarla çıxış edir. Son illər ölkədə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm ekstremizmin artması göstərir ki, sülh əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər məzhəblər arasında dostluq dözümlülük münasibətlərinin alternativi yoxdur".

 

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin sözlərinə görə, insanların şüurunda, həyat tərzində, qəlbində xalqa, millətə, ölkəyə, əhatəsinə sevgi olmasa, tolerantlıq mühitindən danışmaq mümkün deyil: "Ulu öndər Heydər Əliyev deyirdi ki, "Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür". Məhz Azərbaycan xalqının yüksək mədəniyyətinin təntənəsidir ki, bu gün ölkədə qeyri-islam icmalarının sayı 40-ı keçib. Böyük dövlətlərlə müqayisədə Azərbaycan kiçik ölkədir, amma əməlləri böyükdür". M.Yevdayev vurğulayıb ki, Azərbaycanda yəhudi xalqının yaşayıb inkişaf etməsi üçün digər dövlətlərdən yaxşı şərait var: "Sinaqoqa gəlmisiniz gördünüz ki, qapılarımız taybatay açıqdır, amma Avropada gedib bir sinaqoqa sərbəst şəkildə girə bilməzsən. Hər 10 addımdan bir bu məkanları avtomatlı, silahlı əsgərlər qoruyur. Biz isə bütün dini ayinlərimizi sərbəst yerinə yetiririk". Azərbaycan xalqının istifadə etdiyi bütün imtiyazlardan onların da sərbəst yararlandığını diqqətə çatdıran M.Yevdayev deyir ki, əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən heç itirməyib, əksinə, zənginləşdiriblər. Bakıda mühüm küçələrdən biri Milli Qəhrəman Albert Aqarunovun adını daşıyır. Onun şərəfinə xatirə medalı hazırlanıb, hər il adına beynəlxalq karate yarışları keçirilir. Dünyada yaşayan 16 milyona yaxın yəhudidən 30 mini Azərbaycandadır. Qubada yerləşən Qırmızı Qəsəbədə iki min ildir ki, Dağ yəhudiləri kompakt şəkildə yaşayırlar".

 

 

 

Azərbaycanda olan tolerantlıq mühiti, digər ölkələrə sözün əsl mənasında bir nümunədir.

 

Alban-udi dini icmasının sədri Robert Mobili deyir ki, bu gün Azərbaycanda yaşayan xalqlar rəngarəng tolerantlıq nümunəsi kimi dünya tarixinə örnəkdirlər. Burada fərqli xalq, etno mədəniyyət, dini konfessiya nümayəndələri birgə yaşayırlar. Bunun bariz nümunələrindən biri Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir: "Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Hazırda isə Qəbələ rayonunun Nic kəndində qismən Oğuz rayonunda yaşayırlar. Udilər, həm qədim etnik xalqdır, həm fərqli dini konfenssiyadır".

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin sözlərinə əsasən, Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub. Heydər Əliyevin qurduğu din-dövlət münasibətləri, ölkədə dinə olan münasibət dinin dövlətə olan münasibətləri bəllidir: "Heydər Əliyev elə bir bünövrə qoyub ki, müstəqilliyimiz davam etdikcə din-dövlət münasibətlərində heç bir dəyişiklik olmayacaq. Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub. Bu gün Prezident İlham Əliyev tərəfindən din-dövlət münasibətləri ən yüksək səviyyədə uğurla davam etdirilir".

 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınır: "Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.  Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olub, ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar. Tarix boyu ölkəmizdə yaşayan xalqlar arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma müşahidə edilməyib. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq yeri olub, bura təkcə ayrı-ayrı dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan dini cərəyanların nümayəndələri də pənah gətiriblər. Onlar burada özlərini yad hesab etməmiş, yerli əhali ilə qaynayıb qarışıb, qohumluq əlaqələri qurmuş və hər zaman yerli əhali ilə həmrəy olublar. Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə, onlar arasında sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışıb. Bu humanist ənənə bu günqorunub saxlanılır".

 

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki,  Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb: "Xalqımızın minilliklər ərzində formalaşmış toler antlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır".

 

M.Qurbanlı əlavə edib ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb: "Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 16 iyul.- S.11.