Pandemiya bitəcəkmi?
Hər kəsin ağlında bir sual var:
Pandemiya nə vaxt və necə
bitəcək?
Dünya tarix boyu buna
bənzər, hətta
daha böyük problemlərlə qarşılaşıb. Pandemiya başladığı
nöqtədə qısa
müddətdə əngəllənmədikcə,
böyüməyə davam
edir. Təbii olaraq, insanlar
sosiallaşmağı sevdiyindən
onun böyüməsinə
həm də kömək etmiş olur. Sosiallaşmaq nə qədər
çox olsa, virusun böyümə səviyyəsi və ölən insan sayı da artır.
Bu ölümlər virusdan, insan immuniteti fərqliliyindən
və çökən
səhiyyə sistemlərindən
dolayı meydana gəlir.
İnsanların çoxu virusa yavaş-yavaş yoluxur. Bəziləri birbaşa ölür, bəziləri isə güclü immunitetləri
sayəsində həyatda
qalırlar. Virus yeni insanları yoluxdurmayana qədər bu beləcə davam edir.
Bir pandemiyanın
bitmədiyi ssenari yoxdur. Pandemiya gec-tez bitməyə
məhkumdur.
Pandemiyalarda ən tükürpədən
nöqtəsi ölən
insan sayıdır. Eynilə "Çiçək xəstəliyi"ndə
olduğu kimi. Hər 10 nəfərdən üçünün
öldüyü xəstəlik.
Çiçək xəstəliyi, bundan
təxminən 10 min il öncə Cənub-Şərqi Afrikada
ortaya çıxdı.
Virus hava yolu
ilə yayılırdı.
Əvvəlcə insanların dərisinə,
sonra dəri hüceyrələrinə, sonra
isə sümüklərinə
və limfa vəzilərinə yayılırdı.
İnsanlarda yüksək temperatur,
qusma və bədəndə müxtəlif
qızartılarla özünü
göstərən bu xəstəlik, yoluxduğu
hər on nəfərdən
üçünü öldürürdü.
Qurtulanlar həyatları boyunca
bədənlərindəki yara izləri ilə yaşayırdılar.
Xəstəliyin dünyaya yayılmasının
ən əsas səbəbkarları misirli
tacirlər olmuşdu.
18-ci əsrdə ingilis
aristokrat Deydi Meri Çiçək xəstəliyinə yoluxaraq
bütün gözəlliyini
itirmişdi. İstanbulda olduğu müddətdə
Osmanlı dövlətinin
Ədirnə Darüşşəfasında
xəstəliyinə çarə
tapılmış, Meri
bundan faydalanmış
və eyni xəstəliyə yoluxan oğlu üstündə də tətbiq etdirmişdi. Dostuna yazdığı
bir məktubda xəstəliyə qarşı
peyvənd olunduğunu
sevinclə bildirmişdi.
O illərdə İngiltərədə
Çiçək xəstəliyi
yayılmışdı və
minlərlə insan ölməyə davam edirdi. İngilislər
"Çiçək peyvəndi"nin yararlı olub-olmamasını yoxlamaq
üçün qəribə
bir üsuldan istifadə etdilər. Peyvəndi edama məhkum edilmiş insanlar üstündə yoxladılar.
Bunun həqiqətən də işə yaradığını
görən ingilislər,
peyvənddən uzun illər istifadə etməyə davam etdilər. Hətta buna "türk
peyvəndi" adı
belə verilmişdi.
Sonradan peyvənd bütün dünyaya yayıldı.
Ancaq zamanla peyvəndin çata bilmədiyi yerlərə yayılan
virus, təkcə 20-ci əsrdə
500 milyona yaxın insanın ölümü
ilə nəticələndə.
ÜST-nin yaradılmasından
sonra millətlər bir araya gəldi
və peyvəndləmə
kampaniyaları başlandı.
Ancaq yenə də bəzi yerlərdə
problem davam edirdi.
Bununla da ÜST strategiya dəyişdirdi. Hər kəsi
peyvəndləmək yerinə,
virusa yoluxmuş insanlar başda olmaq şərtilə, onlarla təmasda olan şəxslər peyvəndləndi. Bu, xeyli uğurlu strategiya idi. Virus bütün dünyada
sürətlə azaldı
və yox oldu. 1980-ci il
mayın 8-də ÜST Çiçək
xəstəliyinin tamamilə
yox olduğunu elan etdi.
Digər bir virus növü isə 1900-cü illərin
əvvəllərində ortaya
çıxdı. "İspan qripi" adlanan bu virus təxminən 50 milyondan çox insanın ölümünə səbəb
oldu. Qısa müddətdə çox sayda insanın ölümünə
səbəb olduğundan,
tarixin ən ağır pandemiyalarından
biri kimi qiymətləndirilən bu
virus, hər 10 nəfərdən
ikisinin ölümünə
yol açırdı.
Qəribəsi bu idi ki, virus gənc və sağlam insanlara daha çox təsirini göstərirdi. Birinci Dünya
müharibəsində ortaya
çıxan bu virus,
əsgərlərin motivasiyalarına
mənfi təsir göstərməsin deyə
senzuralandı. Yəni mediada
bu virusla bağlı xəbərlərə
qətiyyən yer verilmədi. Ancaq həmin
dövrdə müharibəyə
qoşulmayan İspaniya
öz mediasında virusla bağlı xəbərlərə hər
gün yer verirdi. Dünyada bir çox insan bu virusu
İspaniya sayəsində
öyrəndiyi üçün
virus "İspan qripi" adlandırıldı.
Yəni virusun əslində İspaniya ilə əlaqəsi yoxdur. Xəstəliyin ABŞ-da başladığı
ilə bağlı fərziyyələr var. Virus bir
neçə ay sonra öz-özünə azaldı
və tamamilə yox oldu.
Bütün tarixin ən ağır xəstəliyi
- Qara vəba. 1300-cü illərin ortaları.
İnsanların aclıq və
qıtlıqdan təzə-təzə
çıxdığı illər.
Çində isə vəziyyət hələ də ağır olaraq qalmaqda davam edirdi. İnsanların çoxu elə
səfil halda idi ki, donuz,
ilan, siçan kimi heyvanlarla qidalanırdı. Siçan və
ilan kimi heyvanlarda olan "Yersinia Pestis" bakteriyası immun sistemi zəifləmiş bir nəfərə bulaşaraq öz fəsadlarını göstərməyə,
insandan insana yayılmağa başlayar.
Dəridə ləkələr,
qusma, titrəmə, əl və ayaqlarda dərialtı qanamalar və ən sonda gələn
ölüm...
Bu dərialtı qanamalarla
bədənin qara rəng almasına görə xəstəliyə
Qara vəba deyilir. Çində başlayan bu
xəstəlik, yenə
ticarət yolları vasitəsilə Avropaya da nüfuz etmişdi.
Virus sadəcə 14-cü əsrdə 200 nəfər
milyon insanın ölümünə səbəb
olmuşdu. Bu xəstəliyə görə
atalar uşaqlarını,
qadınlar kişilərini
tərk edirdi. Virusa yoluxan insanlar 5 gün ərzində acılar içərisində
ölürdü.
Virusun bitməsi
üçün özəl
xəstəxanalar quruldu. Viruslu insanlar
karantinə alındı.
Bütün gəmilər bir-bir
təmizləndi. Çimməyi bilməyən avropalılar
çimməyi öyrəndilər.
Vəba dörd ilin sonunda yavaş-yavaş bitdi.
Hazırda COVİD-19 virusu
ilə yenə bir pandemiya
dönəminə girdik. Bunun
nə zaman və necə bitəcəyini bilmirik. Tək bildiyimiz şey, eynilə keçmişdə olduğu kimi, bunun da bir
gün tamamilə bitəcəyidir. Amma xəstəlik qalıcı təsirlər
buraxacaqmı, peyvəndlər nə dərəcədə təsirli
olacaq və vaksinasiya
prosesində başqa planlar
varmı? Bütün bunları sadəcə
zaman göstərəcək.
El Roman
525-ci qəzet.- 2021.- 17 iyul.- S.16.