Yedikcə qanayan, qanadıqca yeyən...  

 

 

Cəmiyyətin başlıca probleminin olduğunu soruşsalar, düşünmədən "münasibətlər" deyərəm. İlahi, ətrafda qədər sınıq-salxaq, kələ-kötür əlaqələr var. Səkkizindən yeddisi yaralı, sancılı, ağrılıdır.

 

Kənardan güllük-gülüstanlıq kimi görünən cütlüklərə bir az yaxınlaşanda üfunət iyindən burun tutulur. Anlayış yox, fədakarlıq yox, güzəştə getmək yox, dəyər vermək yoxdur. Hərə öz eqosunu qucaqlayıb "Burada mənəm, Bağdadda kor xəlifə" deyərək bir-birilərinə meydan oxumaqla məşğuldurlar. kaprizləri bitir, mübahisələri dayanır. Elə bil, qarşısındakının dizini yerə qoymaq üçün bir-biri ilə yarışa giriblər. Özlərini sevgili yox, rinqə çıxan rəqib kimi aparırlar, bir-birilərinə kürəyini yerə vurmaq ehtirası ilə alışıb yanırlar. Nəyin mübarizəsidir, nəyin acığını çıxırlar, hansı əskikliklərini tamamlamağa çalışırlar, anlamaq olmur. Adama deyərlər, zövq almaq varkən niyə didişirsən, niyə qarşındakının həyatını zəhərə çevirmək ehtirası ilə qovrulursan?

 

Bu cür münasibətlərdə tərəflərdən biri əzən, o biri əzilən olur. Bilərəkdən ya bilməyərəkdən qarşısındakını özünə tabe edir. Beləliklə, yaman günün ömrü başlayır. Asılılıq adamı özünü tanıya bilməyəcək hala gətirir. "Birdən gedər", "birdən tərk edər" deyə-deyə dayanmadan səhvlər edirlər. Nəticədə münasibət məhvə sürüklənir. Ayrılıq yaxınlaşdıqca vəziyyət daha da kritikləşir, "o, mənim hər şeyimdir, onsuz yaşaya bilmərəm" deyilir. Qarşıdakı da bundan arxayınlaşır. Artıq mövcud durumdan qaçmağa deyil, asılı olanın çırpınışlarından, yalvarışlarından zövq almağa başlayır. Eqosu tumarlanır, özünü vazkeçilməz hiss edərək şişə bildikcə şişir. O, yüksəldikcə qarşısındakı daha da alçalır. Asılı tərəf isə bu vəziyyətə boyun əyir, onu itirməmək naminə hər şeyə razı olur. Əzilən mütəmadi olaraq yeni yollar axtarır. Əgər bu, qadındırsa, kişinin gah anası roluna girir, gah köləsinə çevrilir. Əgər kişidirsə, qadının atası, mühafizəçisi, bankomatı, müşahidə kamerası, sürücüsü olmağa çalışır. Onun gözündə azacıq dəyər qazanmaq üçün girmədiyi rol qalmır.

 

 

 

Frida Kalonun "Henry Ford xəstəxanası" tablosu

 

Adətən asılılıqdan əziyyət çəkən, özünü yapışqan kimi aparan qadınlar olur. Münasibət boyu susmurlar. Hər şey qaydasına düşsün deyə dəridən-qabıqdan çıxırlar və bitdiyi günə qədər əzabdan qıvrılırlar. Məsələ burasındadır ki, qadın münasibət bitənə qədər acı çəkir. Qaydasına düşsün deyə əlindən gələni edir. Əgər bütün bunlar nəticə vermirsə, "bitdi" deyirgeri çəkilir. Kişilərdə isə vəziyyət bir az fərqlidir. Bitənə qədər işin ciddiyyətini dərk etmirlər. Qadının böyütdüyünü düşünürlər. Həm də özündən asılı olduğunu bildiyi üçün rahat hərəkət edirlər. Çünki qarşıdakının gedəcəyini heç vaxt ağıllarına gətirmirlər. Əksinə, "düzələr", "həll edərik" deyə-deyə günü-günə calayırlar. Ta ki qadının bitirdiyini görənə qədər. O andan etibarən kişi çabalamağa başlayır. Həmin məqamda isə iş-işdən çoxdan keçmiş olurkişi kritik dönəmə ayaq basır. Bu səbəbdən qadının münasibət zamanı, kişinin isə bitdikdən sonra yas mərhələsi başlayır. Qadının zərrə qədər ümidi qalmayanda çıxıb gedirbunun geri dönüşü olmur.

 

Qadın çox keçmədən aşiq oluronun üçün yeni mərhələ başlayır. "Yox, elə deyil, kişilər bu məsələdə daha fərasətlidir" söyləyənlərə demək istəyirəm ki, bu, yalandır. Aparılan bütün araşdırmalar da sübut edir ki, kişilərin adaptasiya müddəti uzundur. Hətta bəzən bu, ömür boyu davam edir. Çünki yeni vəziyyətə ayaq uydurmağa çətinlik çəkirlər. Ona görə sevgi yox, “fastfoodkimi biratımlıq münasibətlərlə günlərini keçirirlər. Ətrafımda sevgilisindən ayrılan kişilər də var, qadınlar da. Qadınlar çoxdan yolu yarılayıb, kişilər isə hələ də yıxıldıqları yerdən qalxa bilməyiblər. Təbii ki, söhbət uzunmüddətli və daha dərin münasibətlərdən çıxmış adamlardan gedir. Bu kimi hallarda kişinin qopmağı çətin olur. Qadın isə lazım olan davranış nədirsə, onu sərgiləyir və həqiqətlər qarşısında çox dirənmir. Amma kişi heç nə olmamış kimi davam edə bilmir. Münasibəti bitirib bir ay içində digər ciddi münasibətə başlayan kişi görə bilməzsiniz, amma bu addımı atan yüzlərlə qadın göstərə bilərəm. Qadın həyatın çətinliklərinə qarşı kişidən daha dözümlüdür. Amma bütün hallarda belə münasibətlərin qalibi olmur. Biri yaralanaraq uduzur, digəri yaralayaraq. Hər iki halı insan ömür boyu kürəyində yük kimi hiss edir. Biri vicdan əzabı, digəri əzilmək duyğusu ilə davam edir. Ancaq görünən budur ki, insan qanatmadan sevə bilmir. Tikan yedikcə qanayan, qanadıqca yeyən dəvələr kimi öz qanımızda boğula-boğula yaşayırıq. Bu qədər qanlı-qadalı münasibətlərin səbəbi də elə budur...

 

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 18 iyul.- S.17.