Dil mühəndisliyi, yoxsa...   

 

 

Televiziya kanallarının birində ansambla üz tutan aparıcı "rəqs havası çalın" deməsəydi, bəlkə , bu yazını qələmə almayacaqdım. Doğrusu, televiziya aparıcılarının qulaqları yoran yerli-yersiz ifadələrini çox eşitdiyimdən buna əvvəlcə əhəmiyyət vermədim. Lakin həmin sözlər təkrar  işlədildiyi üçün fikrimdən vaz keçib, qərarımı dəyişdim.

 

Əvvəla, deyim ki, rəqs sözü ərəb dilindən gətirilmə xoreoqrafik bir termindir. O da mahnı kimi musiqinin müşayiəti ilə ifa olunur. Yəni, musiqi oxumaq üçün nəzərdə tutulanda mahnı, oynamaq üçün nəzərdə tutulduqda isə rəqs adlandırılır. Burada "rəqs"sözü "hava" anlamını da ifadə edir. Daha dəqiq desək, rəqs özü musiqi növü hesab edilir. Məsələn, "Tərəkəmə", "Heyvagülü", "Vağzalı", "Uzundərə", "Nəlbəki", "Yallı", "Kəmalə" sair rəqslər.

 

Zənnimizcə,  çalınan musiqiyə "mahnı havası" demədiyimiz kimi, "rəqs havası" deməyimiz doğru olmaz. "Rəqs havası" əvəzinə "Oyun havası" sözlərini işlətmək daha effektivlidir. Çünki xalqımız tarixən belə işlədib, dilimizdə bu cür qəbul olunub.

 

Əslində, həm şifahi, həm yazılı nitqdə işlətdiyimiz hər bir söz ifadə etdiyi mənanı sərrast çatdırılmalı, hər bir məfhumun mahiyyətini dəqiq ehtiva etməlidir. Dil vahidləri məntiqli istifadə edilməlidir ki, fikir məntiqli alınsın. Danışıqda yazıda yanlış olaraq tez-tez istifadə edilən "ad günü", "ailə şiddəti" ifadələr bu baxımdan xarakterikdir. Aid olduqları prosesləri düzgün əks etdirməyən belə sözlərin daha yetərli variantlarla əvəzlənməsi zəruridir.

 

İnsanın dünyaya gəldiyi anı ad günü kimi qeyd etmək dərəcədə düzgündür? Axı, advermə doğumdan sonrakı mərhələdə həyata keçirilir. Deməli, dünyaya gəldiyimiz məqam doğum günü adlandırılmalıdır. Müstəqillik illərində dilimizin lüğət tərkibinə daxil olmuş "ailə şiddəti" yaxud "ailəyə şiddət" kimi ifadələr bu qəbildəndir. Dilimizdə zorakılıq, münaqişə sözləri olduqları halda, şiddət tərcümə sözünə lüzum qalmır. Ona görə öncə hər kəsdən Ana dilini incəliklərinə qədər bilmək, dil mühəndisliyini yetərincə bacarmaq məharəti tələb olunur. Ümumiyyətlə, dil mühəndislik edərək, özü artıq sözü, ifadəni kənara qoyur. Özü təkrar sözləri ixtisara salır, düzgün olmayan fikirləri tənzimləyir, əlavə yüklərdən azad edir. Dil linqvistik ahəngə sığmayan söz ifadələri işarələyərək,cümlədə yerlərini göstərir.

 

Ədəbi dilin normalarını dərindən bələd olmaq, sözün frazeoloji çevikliyindən, sinonimlik imkanlarından, semantikasından yararlanmaq hər bir mətbuat işçisi üçün xüsusilə önəmlidir. Bu sahədə televiziya radio jurnalistlərinin, aparıcılarının üzərinə mühüm vəzifə düşür. Odur ki,  hər bir jurnalist, aparıcı peşəsinin sahibi kimi öz fəaliyyətində dilimizin zənginliyindən geniş istifadə etməlidir. Sözlər mühəndis dəqiqliyi ilə seçilib cümlələrə elə yığılmalıdır ki, fikir daha dolğun, təsirli olmaqla bütün təbəqədən ibarət tamaşaçı dinləyici auditoriyası tərəfindən aydın şəkildə başa düşülsün. Bunun üçün hər kəs xalqımızın tarixindən coğrafiyasından, adət-ənənələrindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından geniş məlumatlı olmalı, türk dillərindən, dialekt şivələrdən, ərəb-fars mənşəli sözlərdən baş çıxarmalıdır.

 

Əlbəttə, hər bir yazar, jurnalist, tərcüməçi, yaxud aparıcı yalnız dilimizin qayda-qanunlarını yaxşı bilməklə, öz yaradıcılıqlarına nümunəvi tətbiq etməklə kifayətlənməməlidir. Onlar ədəbi dilin normalarının təbliğində, öyrənilməsində mühüm rol oynamalıdırlar.

 

Təəssüflər olsun ki, bu gün televiziya verilişlərində, qəzet və jurnallarda ədəbi dilin normalarının ciddi pozulması hallarına rast gəlinir. Televiziya kanallarında belə hallar daha çoxdur. Orfoepik normaların pozulması haqlı narahatlıq doğurur.

 

Televiziya verilişlərində həm aparıcılar, həm də dəvət olunan şəxslər tərəfindən paralel sözlərdən (məsələn, aktiv, fəal), şivə sözlərindən (Bakı şivəsi) istifadə etmək artıq adət halını alıb. Tələffüz zamanı vurğuların yerində işlədilməməsi müəyyən məna yanlışlığına səbəb olur.

 

İnternet televiziyaların, saytların fəaliyyətlərində də ciddi dil problemləri hökm sürür. Sözügedən internet mediaların verilişləri, publisistik materialları dil xətaları ilə doludur. Eyni fikri sosial şəbəkə istifadəçilərinə aid etmək olar. Açığı, sosial şəbəkələrdə orfoqrafik xətalar baş alıb gedir. Əksər yazılarda sözlər böyük-kiçiklikdən çıxıb, nöqtə-vergül, digər durğu işarələri tamam unudulub. Nədənsə, burada yer alan materiallarda ədat bağlayıcılar qarışıq salınır. Da, bağlayıcısının yerlik hal şəkilçisi kimi bitişik yazılmasına ad vermək olar? Bu kimi xətalara laqeyd alsaq, tezliklə Ana dilimizlə bağlı hədsiz qarışıqlığın şahidi ola bilərik.

 

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2021.- 23 iyul.- S.15.