Qara Tağızadə - nikbin insan

 

 

 

Onun haqqında 40 ildən çox bir müddətdə Azərbaycan Televiziyası və Radiosunun tamaşaçısı və dinləyicisi olan insanlar çox xoş sözlər deyə bilərlər.

 

Qara müəllim böyük istedad sahibi idi və dövlət tərəfindən onun yaradıcı əməyi yüksək qiymətləndirilmiş, əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür.

 

O, çox sayda televiziyaradio komitəsinin sədrləri ilə işləmiş, onlar əyilmək bilməyən bu adamın fitri qabiliyyətini nəzərə alaraq onunla işləməyə davam etmişlər.

 

Qara Tağızadənin istedadının rüşeymləri yeniyetmə çağlarından özünü biruzə vermişdi. Səhhəti ilə əlaqədar olaraq təhsilində fasilələrə yol versə də, əlaçı şagird kimi tanınırdı.

 

Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə qəbul imtahanı ərəfəsində imtahan cədvəli ona səhv verildiyindən bir imtahana vaxtında gəlmədiyinə görə onu sonrakılara buraxmaq istəmirdilər. O, sübut etdi ki, bu məsələdə heç bir günahı yoxdur. Buraxdığı şifahi imtahanı verdikdən sonra Qara həmin gün ikinci imtahanı da "4" qiymətlə verib, universitet tələbəsinə çevrildi.

 

İkinci kursda oxuyanda yaxın qohumu, mərhum Müsafir həkim onu radionun diktoru Yusif Muxtarovla tanış etdionun köməkliyi ilə radioya diktor qəbul olundu, görkəmli diktor Aydın Qaradağlının sevimli şagirdinə çevrildi. Qara gələcək xanımı Lətafətlə nişanlananda məclisi Aydın müəllim aparırdı.

 

Qara çox fərasətli adam idi. İstənilən mətnə bir dəfə göz gəzdirdikdən sonra onu əzbər söyləyə bilirdi. O, diksiyası, intonasiyadan istifadə etmək bacarığı, tanış olmayan terminləri dəqiq tələffüz etməsi ilə çoxlarından seçilirdi. Ümumiyyətlə, o, çoxtərəfli insan idi. Gözəl səsi var idi. Yaxşı muğam oxuya bilirdi. Poeziyanın vurğunu idiözüaz da olsa, ancaq könüləyatan şeirlər yazırdı.

 

Şuşanın vurğunu idi, yeniyetməliyindən yay aylarını bu şəhərdə keçirirdi. Şuşaya gözəl şerlər həsr etmişdi. Ürəyi ilə sevdiyi bu şəhərin işğalı ona ağır təsir göstərmişdi. Sağ olsaydı, qələbəyə ən çox sevinənlərdən biri olacaqdı. Lakin sevgisinin izləri qalmaqdadır: ikicildlik irihəcmli "Şuşa nəğmələri" kitabının naşiri Vasif Quliyev kitaba görkəmli şairlərin əsərləri ilə yanaşı, Qara Tağızadənin bir neçə şerinidaxil etmişdir.

 

Qarasim Tağızadə — Vikipediya

 

Onun şerlərinə bəstəkarlar mahnı da bəstələmişlər. Elza İbrahimova ilə birgə işi ona çox xoş gəlmişdi və o həmin bəstəkarı poeziyanın dərindən bilicisi hesab edirdi. Özümusiqini çox sevirdi. Heç bir musiqi təhsili görmədiyi halda, pianoda, qarmonda yaxşı çalmağı bacarırdı.

 

Qara Tağızadə öz sənətində əsl professional hesab olunurdu. O, bədii qiraətin peşəkarı idi. Cəlil Məmmədquluzadənin hekayələri, Mirzə İbrahimovun, İsa Hüseynovun, digər yazıçı şairlərin əsərləri onun ifasında xüsusi bədii dəyər, rəngarəng çalarlar qazanırdı.

 

Qara müəllimin yaşı ötsə də, ruhən cavan olaraq qalırdı. Sünbül öz ağırlığından əyildiyi kimi, Qara Tağızadə də mənalı ömrünün dəyişikliklərinin əsəblərinə hücum çəkdiyi bir vaxtda həyatdan getdi. Onu tanıyanların hamısı ümumi bir fikirdədir ki, o, həyatdan tez köçdü. Hələ vətəninə, xalqına çox xidmət göstərə bilərdi.

 

Əslində, insanın könlü, daxili qüvvələri yaşa malik deyil, onlar öz imkanlarını, potensialını əsasən saxlamaqda davam edir.

 

Qara Tağızadəyə dövlət rəhbərliyi xüsusi qayğı göstərirdi. Bəzi məmurlar onu başa düşmək istəmədiyindən ürəyini yaraladılar və o, həyatla vidalaşmalı oldu. O, çətinliklərə dözümü ilə seçilirdi, heç vaxt təbii sınaqlardan belə, gileylənmirdi. Onu başa düşməyənlərin əhatəsində də özünü məğrur saxlayıb xarakterindəki nikbinliyi itirmirdi. Yaşasaydı, indi 75 yaşı olacaqdı. Onu yenə öz aramızda hiss edirik, çünki o, həyatsevərliyini heç vaxt itirmədi.

 

Sənin 75 illik yubileyini təbrik edirik, Qara! Sənin yoxluğunu hər an hiss etsək , böyük şair Hafiz demişkən, könül qapımız açılanda obrazın gözlərimiz qarşısında canlanır.

 

Telman Orucov

 

525-ci qəzet.- 2021.- 23 iyul.- S.13.