Fraqonar qardaşlarının "Apokalipsis süvarisi

 

Dünyaya dramaturq publisist Bomarşeni, taleyinə Amerika Birləşmiş Ştatlarının ilk prezidenti olmaq yazılmış Vaşınqtonu, dahi bəstəkar Haydnı bəxş etmiş uzaq 1732-ci ildə Fransada - Qrassda iki oğlan da doğuldu. Qan qohumu idilər, adlarını da oxşar qoydular: biri Onore, o biri isə Jan Onore adını daşımağa başladı. Soyadları da bir oldu - Fraqonar.

 

Jan Onore dövrünün ən məşhur rəssamlarından biri kimi XVIII əsrin ikinci yarısında tanındı, bəxtinə etdiyi hər şıltaqlığa dözən mesenatlarla dostluq, səyahətlər eyni zamanda hələ 20 yaşına çatmamış qızının ölümünü görmək yazıldı, şan-şöhrət taxtından yıxılmağın, unudulmağın acısını bütün tamlığı ilə yaşadı. Onore Fraqonar isə anatom, müəllim ilk fransız baytarlıq məktəbinin direktoru oldu, intriqaların ucbatından vəzifəsini itirdi 20 il sonra yenidən geri döndü, 1792-ci ildə məhz onu məşhur rəssam Jak Lyuk David milli incəsənət jürisinə üzv təklif etdi - anatom inqilabdan sonrakı Fransada incəsənət əsərlərinin qiymətləndirilməsinə məsul təyin edildi. Çünki artistizm, gözəllik duyumu Onore Fraqonarın qanında idi. Bəli, onun məzarı üstündə yaxın dostlarından biri deyəcəkdi: "Fraqonar bütün dünyadan izolə olunaraq yaşayırdı".

 

Bir neçə il bundan əvvəl Onore Fraqonar haqqında sənədli-publisistik bir film çəkmək istəyən fransızlar böyük çətinliklə qarşılaşdılar. Onore haqqında yaratdığı 700 anatomik modelin bizim dövrümüzə qədər gəlib çatan 21-dən başqa heç yox idi. Onun şəkli belə yox idi, məşhur qohumu Jan Onore, hər hansı bir başqa rəssam onun sadə bir rəsmini çəkməmişdi. Onorenin görkəmi necə idi, deyə bilmərik. Dövrümüzə çatanlardan, onun haqqında deyilənlərdən ancaq məlum olur ki, həddən ziyadə depressiyalara, ruh düşkünlüyünə məruz qalan bir insan imiş Onore Fraqonar. Əslən köhnə italyan aristokratlarının nəslindən olan atası Qrassda bərbər kimi çalışırdı. 18 yaşında Onore ailəsini tərk edərək Liona köçür. Belə hesab edilir ki, Onore Fraqonar həkimlərin yanında işləməyə başlayır, özünü cərrahiyyəyə həsr etmək qərarına gəlir.

 

24 yaşında doğma Qrassa qayıdan gənc cərrah köməkçisi kimi çalışır. Həmin dövrdə cərrahlıq həkimliyin ən aşağı pilləsi sayılırdı, yalnız fransız inqilabı cərrahları digər həkimlərlə bir səviyyəyə qoydu. Fraqonar durmadan çalışırdı, anatomlar Jan Jozef Syu dahi Frederik Ryuş özünün 1701-ci ildə çap olunmuş "Thesaurus anatomicus" kitabı ilə onun bütləri idi.

 

Jan Onore Fraqonar isə öz yolunu gedirdi, rokoko üslubunun ən parlaq nümayəndələrindən biri olacaq Jan Onore əlcək istehsalçısı Fransua Fraqonarın oğlu idi. Məsələ bundan ibarətdir ki, Qrass o zaman Fransanın "gön-dəripaytaxtı" idi, dəri emalı ilə məşğul olmaq Qrassda ən təbii bir sayılırdı. Lakin Fransua Fraqonar, indiki terminologiya ilə desək, marketinqdən əla baş çıxarırdı. Bütün peşə rəqiblərindən çox əvvəl Fransua başa düşmüşdü ki, dərinin qoxusu artıq müştərilərin xoşuna gəlmir, intibah dövrü incə zövqlərin təntənəsidir. Fransua Fraqonar əlcək tikiləcək dəriləri xüsusi mayelərdə, qızılgül yağında yumşaltmağa başladı, qoxuya bu üsulla "qalib gəldi". Günlərimizdə Fransada, Qrassda yerləşən məşhur "Fraqonar" ətriyyat fabrikinin adı Jan Onore Fraqonarın adı ilə bağlı olsa da, bu fabrikin yaranmasında onun atası Fransuanın az rolu olmamışdı. Jan Onore fırçasını müxtəlif üslublarda sınasa da, məşhur Buşenin şagirdi ilk əvvəl dövrünün qanunlarına uyğun dini-mifoloji janrda çəkdiyi əsəri ilə Roma şəhərində yaşamaq təhsil almaq kimi mükafat qazandı mükafatdan maksimum istifadə etdi: bütün İtaliyanı qarış-qarış gəzdi, peyzajlar yaratdı. Halbuki peyzaj Fraqonarın güclü tərəfi sayılmamalıdır. O, yüngün, erotik çalarlı, lakin vulqarlığa yuvarlanmayan şəkilləri ilə insanları fəth etdi.

 

 

 

Onore Fraqonar isə öz üslubunu tapmışdı: onun "palitrası" da, "kətanı" da meyitlər idi, heyvan insan cəsədləri üzərində Onore Fraqonar yüksək estetik meyarların tətbiqi ilə işləyirdi. Maraq yaranır, heyvan insan cəsədində estetik ola bilər ki? Fraqonarla bir dövrdə yaşamış dünya şöhrətli anatom Vik D'Azir demişdi: "Elə bir əsr olmamışdır ki, müxtəlif növlü cahilliklər anatomiyanın inkişafına böyük maneələr yaratmasın". İntibah əsrində, gözəllik duyumunun artması, əbədiyaşar sənət əsərlərinin yaranması dövründə Onore Fraqonar buna cavab tapdı, bu çətinliyi ustalıqla aradan qaldırdı. Cəmi bir sözlə, daha doğrusu üslubla. Üslubun adı ekorşe idi.

 

Ekorşe dəri örtüyündən məhrum, açıq əzələlərdən ibarət insan ya heyvan fiqurunun təsviridir. Bu üslub Fraqonardan əvvəl məlum idi. İtalyan yazıçısı İntibah dövrünün ən qabaqcıl incəsənət nəzəriyyəçisi Leon Battista Alberti, ümumiyyətlə, insan fiqurlarının təsvirini sümük əzələlərdən başlamağı, sonradan onları dəri ilə örtməyi tövsiyə edirdi. Da Vinçi öz ilk eskizlərində ekorşedən istifadə etmişdi.

 

Onore Fraqonar ekorşeni incəsənət səviyyəsinə qaldırdı. Lion atsürmə akademiyasının direktoru Klod Burqelat ilə tanışlıq Fraqonarın həyatında əvvəlcə çox müsbət hadisə oldu. Məhz Burqelat Fraqonarın istedadının üzə çıxmasında böyük rol oynadı. 1765-ci ildə XV Lüdovik Parisdə baytarlıq məktəbini açıb, sonra onu Mezon-Alfora köçürdü. Burada Burqelat Fraqonara anatomiya dərslərini tapşırdı, 6 il ərzində Fraqonar minlərlə eksponat yaratdı, onlara xüsusi vəziyyətlər verməklə bu eksponatları sənət əsərinə çevirdi. "Apokalipsis süvarisi" də belə yarandı. Bu eksponat Albrext Dürerin qravürası əsasında düzəldilmişdir. 1771-ci ildə Onore Fraqonar işdən kənarlaşdırıldı. Səbəb kimi onun psixi xəstəliyigöstərilsə də, görünür, anatomiya professorunun artan şöhrəti Burqelatda sadəcə paxıllıq yaratmışdı. Növbəti 20 il ərzində Onore Fraqonar eksponatlarını varlı müştərilərə satmaqla dolanmağa məcbur oldu.

 

Jan Onore onu məşhurlaşdıran əsərlərinə oxşar həyat tərzi sürürdü, anatom qardaşından fərqli olaraq həyatı daha asan görürdü, asan da yaşayırdı. Lakin fransız inqilabı bir anda onun əsərlərini, rokoko üslubunu "aristokratik", "izafi dərəcədə əyləncəli" saydı, Jan Onore Fraqonarın əsərləri, demək olar ki, çox tez unuduldu. XIX əsrin sonlarına qədər Jan Onore Fraqonar heç yada düşmədi. Qızının ölümü, həyat yoldaşının bacısı ilə eşq macərası, rəssam oğlunun ata kölgəsindən çıxmaq qərarı bu qərardan doğan atası ilə bütün münasibətlərini kəsməsi -həyatı sevən Jan Onorenin sağlamlığını pozdu. İsti avqust günlərinin birində Jan Onore Fraqonar dondurma dükanına daxil olub stollardan birinin arxasında əyləşdi sanki yuxuya getdi. Onu sevən tanıyan satıcılar əvvəlcə heç əhəmiyyət vermədilər, yalnız iki saatdan sonra rəssamın vəfat etdiyini başa düşdülər. Əsl həyat aşiqi, gözəllik vurğunu Jan Onore Fraqonar avqust günəşinin sığalları altında dondurma payını gözləyərək dünyasını dəyişdi. Onun özündən dövrü üçün bir qədər az məşhur olan qohumu isə, artıq bir neçə il idi ki, həyatda yox idi. Fransa inqilabı nəticəsində 1792-ci ildə milli incəsənət jürisinə seçilən yeganə anatom Onore Fraqonar çox tezliklə dünyadan köçdü, çəkdiyi əziyyətlər onun həm psixi, həm fiziki sağlamlığını pozmuşdu. Əsərləri Parisdən bir qədər aralı Fraqonar D'Alfor muzeyində saxlanan Onore Fraqonar istifadə etdiyi eksponatların konservasiya üsulunu sağlığında heç kəsə açmadı, açmaq istəmədi. Doğma qardaş olmasalar da, gözəllik aşiqliyi iki Fraqonarı qardaş etmişdi, hər ikisi həyat eşqini insandan alırdı, yalnız Onore Fraqonar ölmüş insanın da gözəlliyini açmağa nail oldu.

 

Anar ABDULLAYEV

Azərbaycan Tibb Universitetinin dosenti

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.21.