"MEDİA çox
gözəl bir ilkə imza
atdı"
Milli mətbuat
günü ilə bağlı bayram tədbiri və "mətbuat
inciləri" sərgisi böyük maraq və rəğbət
doğurub
İyulun
22-də Dənizkənarı Milli Parkda Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin
(MEDİA)təşkilatçılığı
ilə Milli Mətbuat və Jurnalistika Gününə
həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə Vətən
müharibəsi şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra qalib ölkənin mediasını
özündə əks
etdirən "Milli Mətbuat Günü-146 il"
adlı video-çarx
nümayiş olunub.
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan
mətbuatı böyük
və şərəfli
inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl
ictimai ideyaların carçısı olub:
"Azərbaycan mətbuatı,
jurnalistlərimiz Prezident,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə Vətən müharibəsində qazanılan
Qələbənin carçılarıdır.
Əminik ki, milli mediamız bu işi bundan sonra da davam
etdirəcək".
Əhməd İsmayılov qeyd edib ki, "Media haqqında" qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir. Layihə bitdikdən sonra
onun məzmunu ictimaiyyətə açıqlanacaq.
Ə.İsmayılov Azərbaycanla digər ölkələr
arasında beynəlxalq
media platformalarının yaradılmasının
əhəmiyyətindən də söz açıb: "Artıq
Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən
təmin edilməkdədir.
Belə
media platformalarının sayının
artırılması gələcəkdə
Azərbaycan mediasının
güclənməsi və
Azərbaycan həqiqətlərinin
daha geniş coğrafiyada yayılmasına
köməklik göstərəcək".
Mətbuat Şurasının sədri
Əflatun Amaşov isə vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən
bəy Zərdabi
"Əkinçi" qəzetini
nəşr etdirməklə
xalqı maarifləndirmək,
onu dünyada baş verən ictimai-siyasi, mədəni,
iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya
qoyub.
Milli Televiziya
və Radio Şurasının
(MTRŞ) aparat rəhbəri
Fazil Novruzovun fikrincə, 1998-ci ildə senzuranın ləğvindən
sonra mətbuat inkişaf edib və yeni bir
mərhələyə qədəm
qoyulub.
Sonra MEDİA Agentliyi
və İctimai Televiziya və Radio Yayımları Şirkətinin
birgə hazırladığı
"Əkinçinin doğru
sözü" adlı
sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və
Radio Yayımları Şirkətinin
Baş Direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.
Agentliyin şöbə müdiri Natiq Məmmədli "Mətbuat inciləri" jurnalının təqdimatını
edib. O bildirib ki, Agentlik tərəfindən
"Azərbaycan çap
mətbuatı tarixi inciləri 1875-1920" illəri
əhatə edən jurnal nəşr olunub. Həmin jurnalda 1875-1920-ci illərdə
işıq üzü
görən qəzet və jurnalların əksəriyyəti haqqında
məlumatlar öz
əksini tapıb. Jurnalda sözügedən qəzet,
jurnalların ön səhifəsinin şəkili,
onlar haqqında Azərbaycan və ingilis dillərində məlumatlar verilib.
Bu jurnalda olan nümunələr isə
stend formasında
"Mətbuat inciləri"
sərgisində münayiş
olunub: "Sərgidə
yer alan
stendlərdə 74 qəzet
və jurnal haqqında məlumatlar yer alıb".
N.Məmmədlinin dediyinə görə,
jurnalda yer alan materiallar
elektron versiyada
MEDİA-nın rəsmi
saytında yerləşdiriləcək:
"Elektron versiya sayta yerləşdirildikdən
sonra bu məlumatları elektron formada oxumaq mümkün olacaq. Jurnal isə kitabxanalara paylanılacaq".
Şöbə müdiri qeyd edib ki, növbəti mərhələlərdə
Sovet və müstəqillik dövrü
mediası barədə
məlumatların çap
olunması nəzərdə
tutulub.
Sonra "Mətbuat
inciləri" jurnalına
həsr edilən
video-çarxın nümayiş
olub.
MEDİA tərəfindən təşkil olunan fərdi jurnalist müsabiqəsi haqqında
məlumatlar qonaqların
diqqətinə çatdırılıb.
Tədbir iştirakçıları 1875-1920-ci illərdə nəşr olunan qəzet və jurnalların nümayiş etdirildiyi
"Mətbuat inciləri"
sərgisinə baxıblar
və sərgi böyük maraqla qarşılanıb.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycanda 1875-1920-ci illərdə
nəşr olunan qəzet və jurnalların nümayiş
etdirildiyi "Mətbuat
inciləri" sərgisini
və bu ideyanı çox bəyəndiyini deyir. Baş redaktorun sözlərinə
görə, Dənizkənarı
Milli Parkda, insanların çox gəlib-getdiyi bir yerdə belə bir sərginin keçirilməsi və
BDU-nun Jurnalistika fakültəsi
tələbələrinin sərgidə
nümayiş olunan stendlərin yanında dayanaraq "Əkinçi"
qəzetindən başlayaraq
tarixən çap olunan qəzetlərimiz, mətbuat orqanlarımız
barədə məlumat
verməsi çox yaxşı təşəbbüsdür:
"Sərgidəki əksər
stendlərə yanaşdım,
Jurnalistika fakültəsinin
tələbələri ilə
söhbət etdim.
"Mətbuat inciləri" sərgisi
məndə yüksək
təəssürat yaratdı. Bizim əski mətbuat
orqanları haqqında
məlumatın belə
stend şəklində
nümayiş olunması
çox müsbət
hadisədir. Arzu edərdim
ki, vaxtaşırı
və ya hansısa günlərdə
o stendlər yenidən
nümayiş olunsun.
Dənizkənarı Parkda müxtəlif
bu kimi stendlər
var. Məsələn, köhnə
Bakı bulvarının
şəkilləri nümayiş
olunur. Çox yaxşı olar
ki, bizim əski mətbuat orqanları haqqında məlumatları özündə
əks etdirən bu stendlərin sərgi şəklində
vaxtaşırı nümayişi
təşkil edilsin.
Dənizkənarı Milli
Parka üz tutan insanlar da bu
stendlərlə yaxından
tanış olub mətbuatımızın
keçmişi barədə
məlumatlar əldə
etsinlər. Bir də çox
istərdim ki, stendlərin yanında dayanan tələbələr
öz stendləri haqda qısa videolar hazırlasınlar.
MEDİA təfəfindən
isə bu videolar toplanaraq bir videoçarx şəklində hazırlansın.
Məncə, bu, həm ensiklopedik məlumat, həm də maraqlı bir ideyanın təqdimatı
kimi çox yaxşı qarşılanar".
Əflatun Amaşov vurğulayıb ki, "Mətbuat inciləri" sərgisini izləyən hər kəs sanki Azərbaycan mediasının tarixini səhifələdi, jurnalistikamızın keçdiyi yola nəzər saldı. Sərgidə yer alan stendlərdə "Əkinçi"dən sonra işıq üzü görən bütün qəzet və jurnallar haqqında məlumatlar, onların şəkilləri yer almışdı. Stendlərə yaxınlaşan hər bir sərgi iştirakçısına isə orada yer alan qəzet və jurnal barədə ətraflı məlumatlar verilirdi: "İlk dəfə idi ki, Milli Mətbuat günü münasibətilə təşkil olunan tədbirdə belə bir sərgi nümayiş olunurdu.Mən də hər kəs kimi çox böyük maraqla bu sərgini izlədim. Stendlərin hər biri ilə yaxından tanış oldum. Doğrudan da hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. MEDİA-nın bu ideyasını çox bəyəndim".
Fransızdilli "Le Carrefour" (“Yol qovşağı”) qəzetinin təsisçisi
və baş redaktoru Zeynab Kazımova MEDİA-nın Milli Mətbuat Günü
münasibətilə təşkil etdiyi tədbirdə
iştirakdan və "Mətbuat inciləri"
sərgisini izləməkdən çox məmnun
qalıb: "Milli Mətbuat
Günündə belə bir sərginin
keçirilməsi simvolik xarakter
daşıyırdı. Bu sərgi 146 illik mətbuat tarixinə bir
nəzər yetirmək baxımından çox
yaxşı düşünülüb. Mən
sərgini izlədikdə, stendlərin qarşısında
qayandıqca xəyalən oradakı qəzet və
jurnalların çıxdığı dövrlərə
qayıtdım. Bu sərgi sanki
keçmişdən bu günə və bu gündən gələcəyə bir körpü rolunu oynadı. Biz
keçmişimizə bir nəzər
saldıq, dünənimizlə üz-üzə gəldik. Fərqli
duyğular, hisslər yaşadıq.Mən
bu sərgidən böyük
zövq aldım. Çox
maraqlı bir məqamı da
xüsusi olaraq vurğulamaq istəyirəm. Stendlərdə
Azərbaycan mətbuat tarixindən danışarkən
adları daha tez-tez
çəkilən "Əkinçi","Həyat",
"Şərqi rus" "Kaspi" kimi qəzet və
jurnallarla yanaşı dörd,
altı ay, bir il müddətində nəşr olunan, daha sonra
müxtəlif səbəblərdən fəaliyyətini
dayandıran mətbu orqanlar haqqında
da məlumatlar yer
almışdı. Bütün bunların
araşdırılması və məhz Milli
Mətbuat Günündə ictimaiyyətə təqdim
olunması çox yaxşı təşəbbüsdür.
"Mətbuat inciləri" sərgisi Milli Mətbuat Günü
keçirilən tədbirə xüsusi rəng
qatdı. Mən bu sərginin təşkili
üçün MEDİA-ya
çox təşəkkür edirəm, bu ideyanı alqışlayır və dəstəkləyirəm.
Çox istərdim
ki, bu ideya
bir layihə formasında davam etdirilsin".
Bakı
Dövlət Universiteti
(BDU) Jurnalistika fakültəsinin
dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib ki, "Mətbuat inciləri" sərgisi
146 illik şərəfli
yola müfəssəl
bir baxış idi. Oradakı stendlərin hər biri klassik Azərbaycan
mətbuatının bir
nümunəsinə həsr
edilmişdı: "Jurnalistika
fakültəsinin 2 və
3-cü kurs tələbələri
MEDİA könüllüləri olaraq stendlərin yanında dayanıb sərgi iştirakçılarına
stenddə yer alan mətbu orqan haqqında ətraflı
məlumat verirdi. Onlar böyük həvəslə
bu işin öhdəsindən gəlirdilər.
Bu bizim klassik
irsimizin tanıdılması
idi. Gənc nəslin nümayəndəsi,
gələcəyin jurnalisti
bu klassik irsimizi tanıdır, təqdim edirdi. Milli Mətbuat günündə
fərqli bir formatda tədbir və belə möhtəşəm sərgi
təşkil etdiyi üçün mən
MEDİA-ya öz təşəkkürümü bildirirəm".
BDU-nun Jurnalistika fakültəsinin
dekan müavini Samir Xalidoğlu vurğulayıb ki, hər il
Milli Mətbuat günündə tədbirlər
təşkil olunur, ancaq bu il
MEDİA-nın keçirdiyi
tədbir digərlərindən
tamamilə fərqlənirdi:
"Bu tədbir əvvəlkilərdən
sözün yaxşı
mənasında seçilirdi.
Həm tədbir, həm də sərgi yüksək səviyyədə
keçdi. MEDİA-nın təşkil etdiyi "Mətbuat inciləri" sərgisi çox bəyənildi.
MEDİA bu ideyası
ilə çox gözəl bir ilkə imza atmış oldu. Maraq doğuran digər məqam isə ilk dəfə olaraq BDU-nun Jurnalistika fakültəsinin
tələbələrinin, gələcək jurnalistlərin
MEDİA könüllüləri olaraq bu işə
cəlb olunması idi".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 24 iyul.- S.6-7.