Narsist

 

 "Bir rəsmin dedikləri"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Əlizadədir.

 

Fatimə xanımla rəssam  Nikola Pussenin "Narsist Exo" əsəri haqqında danışmışıq.

 

***

 

- Rəssam Nikola Pussen yaradıcılığında mifologiyadan çox istifadə olunur. Bu əsər deyəsən, istisna deyil.

 

- On yeddinci əsr incəsənətində klassizmin ən tanınmış nümayəndələrindən olan Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olub. 1612-ci ildən Parisdə  yaşamağa başlayan Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaradıb, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm edib. Onun belə əsərlərindən biri    "Narsist Exo" əsəridir.  1627-1678-ci ilər ərzində yağlı boya ilə çəkilən əsər yunan mifologiyasından qaynaqlanır. Bu mövzuda aparılan araşdırmalarda, ümumiyyətlə, mifin yalnız bir ya bir neçə semantik cəhətdən istifadə edildiyi müəyyən olunub. Bu mənada, fərqli dövrlərdə fərqli sənətkarların təsvir etdiyi  Nərgiz mifi dövrlərə görə daha çox fərqlənsə , bu araşdırma daxilində təqlid, təmsil, özünə sevgi, narsisizm, gözəllik, estetika metamorfoz birlikdə müzakirə olunaraq araşdırılıb.

 

Nərgiz yunan mifologiyasında suda öz əks olunan surətinə aşiq olub sevgisindən ölərək Nərgiz gülünə çevrilən bir gəncin hekayəsidir. Daşıdığı simvolik xüsusiyyətlər verdiyi universal mesajlar sayəsində mif müxtəlif sahələrlə birlikdə təsviri sənət sahəsinin əsas araşdırma mövzularından olub. Bu mifin təsviri sənətə əks olunmasında onun daşıdığı məna simvolların böyük rolu var. Bu xüsusiyyətlərlə mif, rəssamların müraciət etdiyi klassik hekayələrdən biri kimi bir çox sənətkar üçün ilham mənbəyi olub.

 

- Həmin hekayə bu əsərdə öz əksini necə tapir?

 

- Çay tanrısı Kefisin pəri Lavrionanın oğlu olan Nərgiz özündən razı, başqa heç kimi sevməyən, yalnız özünü sevgiyə layiq görən bir gənc idi. Bir çox Nimfa ona aşiq idi. Nimfalardan biri olan Exo da onu sevirdi.  Exo sevgisini Nərgizə etiraf etməsinə baxmayaraq, bunun qarşılığını almır. Bu qarşılıqsız sevginin nəticəsində Exo dağlara qaçır, orada məhv olaraq qayalar arasında əkssədaya, yəni exoya çevrilir.  Sevgi tanrıçası Afrodita Exoya yaşatdıqları üçün Nərgizi  cəzalandırmaq qərarına gəlir. Bir bahar ov edərkən Nərgiz bir dərəyə gəlir su içmək üçün əyilir. Elə bu an Afroditanın əmri ilə Eros (Sevgi tanrısı) onu öz oxu ilə vurur. Bu an Nərgiz əllərini sudan çıxan bir daşa söykəyərək dərəyə tərəf əyildi   suyun üzündə bütün izzəti ilə siması əks olundu. O, heyrət içində sudakı əksinə baxır özünə aşiq olur. Sevgi dolu gözlərlə su içindəki Nərgizi  çağırır, çağırır, əllərini ona uzadır, lakin etsə , öz əksinə qovuşa bilmir. Nərgiz öz əksini öpmək üçün suların aynasına yaxınlaşır, ancaq axının buz kimi, şəffaf suyunu öpürdü. Günlərlə Nərgiz bu eşqin təsirindən öz əksindən uzaqlaşa bilmir. Onu bu qarşılıqsız sevgisi məhv edir elə dərənin yanında torpağa qarışaraq Nərgiz çiçəyinə çevrilir. Mifalogiya təkcə incəsənətdə deyil, fəlsəfə psixologiyada da öz əksini tapıb. Narsistik şəxsiyyət pozğunluğu da elə mifologiyadan alınmış bir termini idi. Narsisizm - insanın öz şəxsiyyətinə yüklədiyi  sevgi, pərəstiş olaraq bilinir. Bu narsistik şəxsiyyət pozğunluğu olan insanlarda  empatiya qura bilməmək, özünə pərəstiş, həmişə göz önündə olma ehtiyacı, başqalarının düşüncəsinə əhəmiyyət verməmək kimi hallar müşahidə olunur. Belə insanlar həyatda eyni ilə  Nərgiz kimi özlərinə qapanıb çöküş yaşayırlar.

 

- Rəsm ona baxanlarda çox vaxt  ziddiyyətli bəzən dəfedici duyğular doğurur. Bu barədə deyə bilərsiniz?

 

- Bu əsər insanı həyatda hansı yeri tutduğu barədə düşünməyə vadar edir. Əsər  yalnız emosional məzmununa görə deyil, həm texniki göstəricilərinə görə fikir ayrılığı yaradır.  Həqiqət budur ki, rəsm klassik  üslubun bütün qaydalarına, normalarına standartlarına uyğun olaraq hazırlanıb. Digər tərəfdən, şəklin əsas simvollarından ibarət bir növ "üçbucaq" inşa edilib.

 

- Əsərin rəng koloriti necədir?

 

- Rəssam xüsusi qırmızı-qəhvəyi rənglərin üstünlük təşkil etdiyi sakit, yumşaq rəngləri seçib. Əsas qəhrəman olan Nərgizin cəsədinin hər sahəsi zəif, lakin nəzərəçarpan Günəş işığı ilə işıqlandırılıb.  Rəsmin tərkibi iki plana bölünür - bu mənzərə şəklində arxa və əsas simvolların göstərildiyi ön tərəfdir. Şəkildə yaradıcısı və müəllifi Pussenin təsvir etdiyi bütün süjet, antik dövrlərdən bəri ən populyar əfsanələrdən biri üzərində qurulduğu üçün bu işdə heç bir dinamikanın olmaması vacibdir, yəni şəkil tamamilə statikdir. Buna görə də baş verənlərin reallığı və özünün bənzərsiz və ehtimal olunmayan atmosferi  hiss edilir. Xüsusi diqqət yetirilməsi məqam Exo personajının baxışlarıdır. Onun baxışlarından  qürur, düşüncə və sakitlik oxunur.

 

- Rəsm harada qorunur?

 

- Hazırda əsər Luvr muzeyində saxlanılır.

 

- Sizcə, bu rəsm bizə nə deyir?

 

- Nərgiz və Exo mifi bir çox sahalərdə öz əksini tapib. Təbii ki, bu mövzu təsviri sənətdən də yan keçməyib. Bir çox rəssamın  bu mövzuya müraciət etdiyini kiçik bir araşdırma ilə görə bilərik. Səbəb isə mövzunun aktualığıdır. Nəinki keçmişdə, hətta günümüzdə də, gündəlik həyatımızda da narsistik şəxsiyyət pozğunluğu olan bir çox insan görə bilərik. Bu səbəblə də rəssam Nikola Pussen öz yaradıcılığında bu mifdən istifadə edib. Rəssam əsərində insanların həddindən artıq özlərinə pərəstiş etməsini, özlərindən razı olmasını, özlərinə həddindən artıq güvənmə kimi hissləri tənqid edərək bunun doğura biləcəyi nəticələri tamaşaçıya açıq bir formada göstərib. Biz bunu əsərdəki obrazların görünüşündən müəyyən edə bilərik.  Bununla rəssam yaşadığı dövrün insanlarına bu hisslərin nələrə səbəb ola biləcəyini öz əsərində göstərir.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 28 iyul.- S.21.