"O adamlar incəsənətdən
zövq almırlar" - Sosial
şəbəkələrdə parlayanlar
Özal Aydınov:
"Özümü yaratdığım əsərlərin
içərisində hiss edirəm"
Biz daha çox kağız üzərində
çəkilmiş rəsmləri
görməyə adət
etmişik. Ancaq həmin əsərləri
divar üzərində
yaradan adamlar da var. Həmsöhbətimiz
onlardan biri - gənc rəssam Özal Aydınovdur.
Bəs Özal bu işlə
məşğul olmaq
qərarına necə
gəldi? Bunu onun öz dilindən
eşidək...
- Xarici rəssamların divar üzərində rəsmlərini görərək
bu işə həvəslənmişdim. Hazırda bizdəki
məşhur divar rəssamlarının çoxu
rəsmi kompressorla çəkir. Mən isə
fırça ilə çəkirəm. Yaxınlarda kompressorla
da sınamaq fikrim var.
- Sosial şəbəkələr
fəaliyyətinizdə hansı
yerləri tutur?
- Birinci növbədə ən çox istifadə etdiyim platforma instaqramdır. İnstaqramda
məşhur olan şəxslərin portretini
çəkirəm, onlar
da bunu paylaşaraq
məni reklam etmiş olurlar.
- Həyatımızın yaddaqalan
məqamlarından biri
də tələbəlik
illəridir. Siz bu illəri
necə xatırlayırsınız?
- Azərbaycan Memarlıq
və İnşaat Universitetində təhsil almışam. Tələbəlik illəri həqiqətən
də həyatımın
fərqli bir mərhələsidir. İndi də
tələbə yoldaşlarımızla
görüşürük, bir-birimizlə əlaqəmiz
var.
- İnsanların rəsm
əsərlərinə göstərdiyi
maraq sizi qane edirmi?
- Çox vaxt insanlar ən dahi rəssamın şah əsərinə adi fotoya baxırmış
kimi reaksiya verirlər. Çünki o adamlar incəsənətdən
zövq almırlar.
- Sosial şəbəkələrdə
məşhurlaşan bəzi
adamlar cəmiyyətin
tənqidinə tuş
gəlirlər. Həmin insanlara
münasibətiniz necədir?
- Məncə, tənqidə
tuş gələn o adamlar həqiqətən buna layiq olanlardır.
Çox
vaxt elələrinə
fikir vermirəm.
- Qazanc əldə bilirsiniz bu işdən?
- Divar üzərində çəkilən rəsmlərlə
yanaşı, portretlər
də çəkdiyim
üçün qazancı
elə buradan əldə edirəm.
- Hər bir insanın
sevdiyi musiqi olur. Bəs siz rəsm çəkərkən hansı
musiqiləri dinləyirsiniz?
- Musiqi əvəzinə söhbət etməyi sevirəm. Rəsm çəkərkən kimləsə söhbət
edəndə vaxtın
necə keçdiyini özüm də bilmirəm. Bir də baxıram
ki, rəsmi çəkib bitirmişəm.
- Bu rəsmləri konkret bir məkanda yaradıb, sərgi kimi saxlamaq fikriniz
varmı?
- Düşünürəm ki,
hələ sərgi açacaq qədər əsərim yoxdur. Sürətlə işləməyimə baxmayaraq, ağlımda olan rəsmlərin çoxunu çəkməmişəm.
Əgər xəyalımda canlandırdığım
o əsərləri yaratsaydım,
indiyə qədər
çoxdan sərgi açardım.
- Düşünürsünüz ki, indi əvvəlki
dövrlərə nisbətən
incəsənətə maraq
azalıb?
- Şübhəsiz ki,
əvvəlki dövrlərdə
daha çox maraq var idi. Amma bu prosesi dünyanın hər yerinə aid etmək olmaz. Bəzi ölkələrdə incəsənətə
olan maraq gündən-günə artır.
- Dünya rəssamlarının
əsərlərini izləyirsinizmi?
- Bəli, izlədiyim rəssamların çoxu
xaricilərdir.
- Rəsm çəkərkən
sizdə yaranan auranı necə izah edərdiniz?
- Özümü yaratdığım
əsərlərin içərinidə
hiss edirəm. Beləcə, həmin rəsm ürəyim istəyən
kimi alınır.
- Gələcəklə bağlı
hansı planlarınız
var?
- Açığı, plansız
həyat sürürəm.
Bu, özümdə ən sevmədiyim xüsusiyyətdir. Amma gözlədiyim
bir məqam var, o da indiyə
qədər çəkmək
istədiyim bütün
rəsmləri çəkməkdir.
Günel ABBAS
525-ci qəzet.- 2021.- 28 iyul.- S.19.