"Dialoqun
alternativini görmürəm"
Əhməd Oruc: "Beynəlxalq vasitəçilərin
keçirdiyi dialoq bizə uyğun deyil"
"Siyasi dialoq"
rubrikasının növbəti
qonağı Azadlıq
Partiyasının sədri
Əhməd Orucdur.
- Əhməd bəy,
təxminən ilyarımdır
ki, ölkəmizdə
iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident
Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyətilə
iş şöbəsinin
müdiri Ədalət
Vəliyev mütəmadi
olaraq siyasi partiya liderləri ilə görüşür,
onların fikirlərini,
təkliflərini dinləyir.
Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?
- Hakimiyyət tərəfindən
siyasi dialoqla bağlı təşəbbüs
irəli sürülüb
və bir müddətdir ki, bu proses davam
edir. Düşünürəm ki, prosesin daha da inkişafı,
dərinləşməsi üçün
yüksək səviyyədə
görüşün keçirilməsi
zəruridir. Bilirsiniz ki,
ötən müddət
ərzində müxalifət
milli məsələlərdə
dövlətin, hakimiyyətin
yanında olub və öz dəstəyini ifadə edib.
- Ötən müddətə
nəzər salanda, dialoqun nə kimi nəticələri olub?
- Birincisi, əksər partiyalarla hakimiyyət arasında münasibətlər
yumşalıb. 44 günlük Vətən müharibəsi dövründə
millətimiz, dövlətimiz
üçün vacib
olan milli birlik formalaşdı.
Yəni heç bir siyasi təşkilat, siyasi arenada olan şəxslər fərqli mövqe nümayiş etdirmədilər.
Faktiki olaraq dövlətin, Ali Baş Komandanın, Ordumuzun yanında olduqlarını, 44 günlük
müharibə və ondan sonrakı dövrdə də Ordumuzun qələbəsi
üçün mümkün
olan dəstəyi nümayiş etdirdilər.
Əsas nəticə budur.
Yəni cəmiyyətdə çaxnaşmanın,
xaosun olmaması, vahid fikrin mövcudluğu
bütün diqqəti
cəbhədə qələbəyə
yönəltdi. Cəmiyyət bir yumruq şəklində birləşdi.
Şükür olsun ki, 28 ildən sonra torpaqlarımızı işğaldan
azad etdik. Bu, milli birlik,
dialoq nəticəsində
mümkün oldu.
Mənim
fikrimcə, dialoqun əsas nəticəsi məhz budur.
- Dialoq Azərbaycan
cəmiyyətində nələri
dəyişib?
- Azərbaycan cəmiyyətində
dialoqa münasibət
fərqlidir. Bu məsələdə birbaşa
iştirak etməyən
AXCP və Müsavat partiyaları digər partiyaları hakimiyyətin
yedəyində olan, hakimiyyətin göstərişi
ilə işləyən
partiyalar qismində təqdim etməyə çalışırlar. Məlumdur ki, bu, qətiyyən
həqiqətə uyğun
deyil. Bəzi məsələlər göstərir ki, dialoq, milli birlik
mövqeyində olanlar
daha ağıllı imişlər. Ən azı
44 günlük müharibənin
nəticəsi, Azərbaycan
cəmiyyətində parçalanmanın
olmaması, parçalanmış
vəziyyətdəki Ermənistan
cəmiyyətinin hansı
durumda olduğu ölkədə dialoq çağırışının tərəfdarı olan partiyaların daha doğru düşündüyünü
göstərdi. İkincisi, biz hakimiyyətlə qarşı-qarşıya
oturub, problemləri, səhvləri söyləmək
və bunların düzəldilməsi istiqamətində
israrlı şəkildə
mövqe bildirən partiyalarıq. AXCP və Müsavat isə dialoqdan məsafədə dayanırlar.
Əslində, onlar bizdən
fərqli heç nə nümayiş etdirmirlər. Yəni onlar
da müharibə dövründə hakimiyyəti
dəstəkləyib, biz də
dəstəkləmişik. Lakin özlərini elə aparırlar ki, guya bizdən fərqli mövqedədirlər.
Ancaq onların bu cür mövqe nümayiş etdirmələrinin
səbəbi tamamilə
fərqlidir. Hamıya
məlumdur ki, bu iki qüvvə
uzun müddətdir ki, xaricdən Azərbaycan hakimiyyətinə
bir təzyiq, təsir vasitəsi, alternativ kimi, yəni tutaq ki, demokratik ölkələrin bu qüvvələrə "stavka"
edəcəyi halda bunların hakimiyyətə
gələ biləcəyi
haqda rəy yaratmaqla hakimiyyəti təzyiq altında saxlamağa çalışırdılar.
AXCP və Müsavat
bu rolda olduqlarına və uzun müddət maliyyələşdirildiklərinə görə bir qədər fərqli yanaşma nümayiş etdirdilər. Əslində isə onlar nəinki dialoq mühitində olmuş, hakimiyyətlə uzun müddət əməkdaşlıq
etmiş partiyalardır.
Hər ikisi vaxtilə "saxta" dedikləri seçkilərlə parlamentdə
ana müxalifət funksiyasını yerinə
yetiriblər. Onların ana
müxalifətçiliyindən indi Azərbaycan cəmiyyətində yaddaqalan
heç nə yoxdur. Faktiki olaraq müxalifətçilik
mövqelərini qoruyub
saxlamağa çalışırlar.
Bununla da hakimiyyətin mövqeyinə birbaşa xidmət etmiş hesab olunurlar. Onlar ölkədə yeni bir siyasi mühitin
yaranmasında, yeni siyasi qüvvənin meydana çıxmasında
maraqlı deyillər.
Ona görə özlərindən
başqa hamını
çirkaba qarışdırmaq,
guya bunlar həqiqi müxalifətdir,
digərləri yox, deyərək yalançı
rəy yaratmağa çalışırlar. Əslində, Azərbaycan müxalifətinin
bu günə düşməsinin, demokratik
qüvvələrin bu
qədər zəif vəziyyətdə olmasının
əsas səbəbkarı
bu iki partiyadır.
Onlar səhv yoldadırlar, müəyyən qrantlar almaq naminə özlərindən başqa
guya ölkədə müxalifət olmadığı
görüntüsünü yaratmaq naminə müxalifəti parçalayıb,
bu günə salıblar.
- Sizin rəhbərlik etdiyiniz partiya dialoq çərçivəsində hansı
təklifləri verib və onlardan reallaşan olubmu?
- Biz dialoq çərçivəsində
hakimiyyətə əsasən
4 təklif vermişik.
Təkliflərimizdən biri dövlət
başçısı ilə
görüş idi.
Partiyaların qərargahlarla təminatı,
eyni zamanda, mediada müxalif fikrə yer verilməsi təkliflərini
irəli sürmüşük.
Bu, sivil ölkələrdə
də belədir.
Dördücü təklifi müharibədən
öncə vermişdik.
Dünyada Azərbaycanın mövqeyini müdafiə edən azərbaycanlı olmayan 100-lərlə insan
var. 44 günlük müharibə
göstərdi ki, biz haqlı olsaq belə, ermənilər dünyanın hər yerində bizi haqsız çıxartmağa
çalışırlar. Ermənilər bəzilərini inandıra
bilmişdir ki, guya azərbaycanlılar onların torpaqlarını
"işğal edib"
və dinc erməniləri qırırlar.
Buna görə də mən təklif etmişdim ki, dünyada Azərbaycanın dostları
cəmiyyətini yaradaq.
Bunu eləməyə hazır
insanlar da var. Bu məslədə mən də kömək etməyə hazıram.
Azərbaycanın haqq işinin
dünyaya çatdırılmasında
bu, çox mühümdür.
- Dialoq çərçivəsində
gələcəkdə hansı
addımların atılmasını
zəruri hesab edirsiniz?
- Dialoqun gələcəkdə
davam etməsi üçün ölkə
rəhbəri ilə görüş vacibdir. Ədalət Vəliyev çox yaxşı iş aparan, kommunikasiya quran insandır. Ancaq hesab edirəm
ki, proses daha da dərinləşib,
yüksək səviyyəyə
qalxmalıdır.
- Bayaq siz də
dediniz, Vətən müharibəsində iqtidar-müxalifət
birliyinə şahidlik
etdik. Şuşa Bəyannaməsi ilə bağll da eyni birliyi
müşahidə etdik.
Sizcə, əldə edilmiş qələbədən
sonra bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?
Nəzərə almaq lazimdır
ki, hələ də sərhəd və digər həll edilməmiş məsələlər qalıb.
Həmçinin, sülh
müqaviləsi imzalanmayıb...
-Bəli, qeyd etdiyim kimi, Vətən
müharibəsindəki birlik
- Ordu ilə millətin birliyi bizim qələbəmizlə
yekunlaşdı. Ancaq bu,
kövrək nəticəsidr.
Çünki Azərbaycan daxilində
istənilən parçalanmanı
Azərbaycanın bütün
düşmənləri gözləyir.
Proseslərin uzadılması,
erməniləri əldə
olunmuş razılıqları
pozmağa sövq etmək, razılaşmaların
ləğvinə çalışmaq,
ATƏT-in Minsk qrupunun dirçəldilməsi,
sərhədlərin demarkasiyası
məsələsində yeni
yanaşmanın ortaya
qoyulması cəhdləri
göstərir ki, Ermənistan cəmiyyəti,
eləcə də onun tərəfdarları Azərbaycanda bir parçalanma, qarşıdurma,
çaxnaşma gözləyirlər.
Hesab edirəm ki, nə qədər ağır olsa da, buna yol
vermək olmaz. Ona görə də dialoqun davam etməsi Azərbaycanın
milli maraqlarına uyğundur.
- Ölkəmizdə aparılan
siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna,
iştirakçılığının
artmasına necə təsir göstərib?
- Dialoq mühiti partiyaların reytinqinə fərqli təsir edib. Məsələn, elə siyasi partiyalar var ki, yaradılan imkandan razı qalıblar. Biz bilirik ki, dialoq Azərbaycanın milli maraqları üçün zəruridir, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, dünyada Türkiyənin nüfuzunun artması üçün Azərbaycanda indiki kimi qarşıdurmalar olmayan cəmiyyətə ehtiyac var.
- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?
- Əvvələr Azərbaycanda dialoq adı altında müxtəlif ölkələrin, beynəlxalq təşkilatların öz oyunlarını qurması prosesi gedib. Bu prosesdə ATƏT də, Britaniya, ABŞ səfirliyi və digər qərb dövlətlərinin də səfirlikləri iştirak edib. Mən həmişə bildirmişəm ki, Azərbaycanın ictimai fikrini xaricdən asılı vəziyyətə gətirmək doğru deyil. İqtidar və müxalifət daxildə bir araya gəlib, dil tapa bilsə, 44 günlük müharibədə olduğu kimi, problemlərimizi həll edə biləcəyik. Xaricdən özümüzə ağa axtarsaq, kimlərinsə nəzarəti, rəhbərliyi altında guya danışıqlar aparmağa çalışsaq, düşmənlərin maraqlarına xidmət etmiş olacağıq. Ona görə də bəzi razılaşmadığım məqamlara baxmayaraq, biz prinsipcə dialoq tərəfdarıyıq. Bizim dövlət olmağımız üçün mütləq daxildə siyasi qüvvələr arasında dialoq aparılmalıdır. Biz bir araya gəlməyi bacarmalıyıq. Münasibətlərimiz şəxsi müstəviyə, düşmənçiliyə keçməməlidir. Mən iqtidarla müxalifət arasında dialoqun alternativini görmürəm. Beynəlxalq vasitəçilərin keçirdiyi dialoq bizə uyğun deyil.
PƏRVANƏ
525-ci qəzet.- 2021.- 28 iyul.- S.10.