Anamın tikiş
maşını
Uçuq
kalafalar arasında atılmış tikiş
maşını... Dopdolu evi
yağmalayanda, evdəki
sandığı qırıb
içindəkiləri gülə-gülə
yığıb aparanda
o tikiş maşınını
niyə atıblar ki, ora? Bizə gözdağı üçünmü?
Kəndin indiki cavanları
o vaxtlar uşaq idilər. Bəlkə,
yadlarına gələr,
bəlkə də gəlməz... Kənd işğaldan azad
olunandan sonra gediblər ora - evləri, həyətləri,
keçmişdən nişanələri
axtarmağa, tapmağa.
İndi işğaldan sonra gedib uçmuş divarlar arasında yadigar nəsə axtarırlar.
Nənənin tikiş maşınını
tapdınız? O tikiş maşını ilə nə qədər xeyirxah işlər görülüb. Nəvələrə balaca yorğan-döşək,
kəndin qız-gəlinlərinin
uşaqlarına paltar
tikilib, kəndin ehtiyacı olan işlərdə nə qədər köməyi dəyib. Daşlar arasına atılmış
o tikiş maşınını
bir vaxtlar həvəslə işlədən
nənə bu gün Bakıda - qərib bir qəbiristanlıqda uyuyur,
ruhu isə "Məni o öz torpağıma aparın"
- deyib fəryad qoparır.
Uşaqlar, zəhmətdən keçib,
getmişkən evin uçmuş zirzəmisinə
də baxın, görün nənənin
sacı, dördayağı,
oxlovu, teşti, böyük samovarı dururmu? Adına "Xaşal samovar" deyərdik, bir vedrə su tuturdu.
O vaxtlar nənə sübh tezdən oyanar, böyük həyəti süpürərdi.
Güllü-çiçəkli bağçası, çoxlu meyvə ağacları olan həyət. Həyətdəki
bir alma ağacının
xüsusi yeri vardı - "Şah Abbas almasıdır" -
deyirdi. O almanın xüsusi qoxusu, rəngi var idi. Uşaqlar deyir, o bağdan
tək bir alça ağacı qalıb. Yəqin, o turş alçadan yeyib ağızlarını
turşudurmuşlar ermənilər,
dilə gətirməsələr
də, ürəklərində
əlbət deyirmişlər
ki: "Buralar bizim deyil, buraların
yiyəsi gələcək".
Vaxtilə bizlə qonşu olan Xənəzək, Bayandur kəndlərində
azərbaycanlılar yaşayıblar. Xənəzəkdə azərbaycanlıların məscidi
olub, anam deyirdi, ermənilər məscidi yem anbarı eyləyiblər.
Ermənilər yayda eşşəklə
gəlirdilər. Anam və kənd
adamları onları duz-çörəklə qarşılayırdılar,
gedəndə eşşəklərini
tut, boranı ilə yükləyib yola salırdılar.
Anam səhər
tezdən o böyük
həyəti süpürüb
sulayardı. Həyətdəki
akasiya ağacının
altına böyük
stol və
stul düzərdilər.
O xaşal samovarı da qaynadıb qoyardı stolun yanına. Kəndin ağsaqqalları oradan keçəndə deyərdilər gedək bir çay içək.
Kənddə maraqlı adamlar çox idi. Məsələn, kəndin yuxarı hissəsində Umud kişinin evi, böyük bağı var idi. Evin qapısından arx keçirdi. Umud kişi suyu
kəndə çətinliklə
verərdi. Su üstündə Qaçay
və Musa müəllimlə
mübahisələri yaranardı.
Bəhmən kişinin həyətində
gözəl qoxulu qızılgüllər olardı.
Qapısından girən kimi
ətrafa qızılgül
ətri yayılardı.
Bəhmən kişi o güllərdən
qırıb qanadlarını
çeynəyərdi.
Asya və Lala mamanın çox duzlu-məzəli
söhbətləri vardı. İndi onlar
Bakıda, Laçın
qəbiristanlığında uyuyurlar.
Uşaqlar, getmişkən bir az da gedin, Rəcəbin evindən dərəyə enin, o balaca çaydan keçin, görün qəbiristanlıq nə vəziyyətdədir?
İki qəbir gördüyünüzü deyirsiniz - ata və oğulun qəbirlərini. Deyirsiniz ki, atanın başdaşı oğlunun qəbrinin üstünə düşüb. Bəlkə, oğlunun qəbrini qorumaq üçün oraya düşüb ki, qəbir dağılmasın. Axı, onlar bir-birlərini çox istəyirdilər.
O bağlar da, elə bil, balacalaşıb, çay da məzlumlaşıb, sanki suyu azalıb. O abad kənd nə qədər məzlum vəziyyətə düşüb. Yəqin öz yiyəsini gözləyir, ancaq demir ki, o kənddən gedən böyüklər həsrətdən dünyalarını dəyişiblər.
1990-cı illərdə kəndin o vaxtkı cavanları tüfənglərini götürüb hər gecə kəndə keşik çəkərdilər.
Yəqin indiki cavanlar da bir gün gedib o kəndi abadlaşdırarlar...
Yavər HALAYQIZI
525-ci qəzet.- 2021.- 29 iyul.- S.8.