Musiqimizin sabahından soraq verən istedad

 

 

Hər ilin 1 iyunu  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi önəm verilir, dövlət səviyyəsində qeyd edilir.

 

Ümumiyyətlə, Azərbaycanda uşaqların sağlam inkişafının təmin olunmasını, onların təhsilinin, sosial fəaliyyətinin gücləndirilməsi eləcə , təhlükəsizliyinin qorunması üçün ciddi önəmli addımlar atılır, layihələr həyata keçirilir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalamışdı. Sərəncama görə, 2009-cu il "Uşaq ili" elan olunmuşdu. Bu kimi tədbirlərin sayəsində, gün keçdikcə ölkəmizdə müxtəlif sahələrdə uğurlu uşaqların sayı artmaqdadır. Xüsusən, mədəniyyət incəsənət yönündə istedadlı uşaq gənclərimiz gündən-günə parlayırlar.

 

Həmin istedadlı uşaqlardan biri Məhəmməd Allahverdiyevdir. Məhəmməd Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinif şagirdidir. O, burda fortepiano bəstəkarlıq üzrə təhsil alır. Caz, muğam, vokal dərsləri ilə isə fərdi məşğul olur. Könlünü, həyatını musiqiyə bağlayan gənclərimizdəndir Məhəmməd. Professional musiqini öyrənməyin təbliğinin tərəfdarıdır. O, təkcə musiqini öyrənməklə kifayətlənmir, praktiki şəkildə öz üzərində işləyərək, müxtəlif layihə müsabiqələrə, festivallara qatılaraq, həm təcrübəsini genişləndirir, həm musiqimizi ölkə xaricində təbliğ edir. Bir çox beynəlxalq musiqi festivallarında uğurla çıxış edərək laureat olub.

 

Yaşının az olmasına baxmayaraq, bəstələdiyi bir çox mahnı uğur qazanıb. Məsələn, ərazi bütövlüyümüz uğrunda baş verən Vətən müharibəmizdə parlaq qələbəyə həsr etdiyi "Zəfər marşı" hərbi orkestr tərəfindən səsləndirilib. 11 yaşında bəstələdiyi bir əsəri yerli serialların birində "soundtrack"ə çevrilib.

 

 

 

Dünyada ölkəmizdə bir ildən çoxdur ki davam etməkdə olan məlum pandemiya bütün sahələr kimi, mədəniyyət sahəsinə ciddi təsirlərini göstərdi. Bir sıra mədəni tədbirlər, festivallar ya fəaliyyətini dayandırdı, ya da onlayn rejimə keçdi. Gənc musiqiçimiz Məhəmməd Allahverdiyev isə bu dövrdə fəaliyyətini dayandırmayıb. Onlayn fəaliyyətdən maksimum yararlanmağa çalışıb nəticədə internet üzərindən Azərbaycan Xalq bəstəkar mahnılarının təbliğatı istiqamətində "Friendship Project" layihəsinə başlayıb. Dünyada inkişaf etmiş ölkələrlə dostluq musiqi layihəsi etməyi qarşısına məqsəd qoyan Məhəmməd bu layihə çərçivəsində həyata keçirdiyi bir çox işləriylə bu məqsədinə hər gün bir az da yaxınlaşır. Layihə çərçivəsində o, Danimarka, İspaniya, Türkiyə, Pakistan, İran, İsrail Braziliya sənətçiləri ilə Azərbaycan musiqisinin maraqlı sintezini aranjiman edərək video-rolik ilə təqdim edir. Bu günə kimi o, "Gəl, ey səhər" (Türkiyə), "Ayrılıq" (İran), "Gül açdı" (Danimarka), "Gəl" (İspaniya), "Evlər var xana-xana" (Braziliya), "Yaşa, Azərbaycan!" (Türkiyə-Pakistan-İsrail) mahnılarını sözügedən ölkə musiqiçiləriylə birgə ifa edib. Əlbəttə, bu da qismən olsa Azərbaycan mədəniyyət dostluğuna gətirib çıxarır. Hazırda Ukrayna sənətçiləri ilə birgə "Sarı gəlin" xalq mahnısını ərsəyə gətirməyi düşünür. Özünün sözlərinə görə, bu istiqamətdə artıq işlər başlayıb, məşqlər gedir. Məhəmməd Allahverdiyevin artıq bir albomu rəqəmsal musiqi platformalarında işıq üzü görüb.

 

Müxtəlif müsabiqələr laureatı Məhəmməd Allahverdiyevin yaşı az olsa da, istəkləri, aruzları qarşısına qoyduğu məqsədi böyükdür. Məhəmməd onun kimi Azərbaycan musiqisinin vurğunu, Azərbaycan mədəniyyətini, incəsənətini dünyada tanıtmağa iddialı gənclərimizin varlığı hər birimiz üçün sevinc fəxr yeridir. Biz Məhəmməd onun timsalında bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara möhkəm sağlamlıq yeni uğurlar arzulayırıq!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 1 iyun .- S.9.